Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1515/2022 27.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Xəlilova (Mamedova) Dinara Kuvanç qızının İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 27 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Xəlilova (Mamedova) Dinara Kuvanç qızı ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında arvadının soyad, ad və ata adı həmin vaxt “Ərizəçi2” olmasına baxmayaraq səhvən “X5”, oğlunun soyad, ad və ata adı həmin vaxt “Ərizəçi3” olmasına baxmayaraq səhvən “Ərizəçi3 Kuvanç oğlu”, qızının soyad, ad və ata adı həmin vaxt “X9” olmasına baxmayaraq səhvən “X10” kimi yazılmışdır. Mülkiyyətçi olan qızı X9 26 mart 2018-ci il tarixdə X12 ilə rəsmi nikah bağlayaraq ərinin soyadına uyğun Mamedova soyadını götürmüşdür. Dövlət aktında ailə üzvlərinin soyad, ad və ata adında uyğunsuzluq olması torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında ailə üzvlərinin soyad, ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adları ilə Dövlət aktındakı soyad, ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Xəlilova (Mamedova) Dinara Kuvanç qızı Ərizəçi1la eyni məzmunlu izahat verərək JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən 18 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1963-cü il tarixdə Qırğızıstan Respublikası Aravan rayonunda doğulmuş, İsmayıllı rayonun Kəlbənd kəndində yaşayan şəxs Ərizəçi1dur. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən 04 dekabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1960-cı il tarixdə Qırğızıstan Respublikası Oş vilayəti Aravan rayonunda doğulmuş, İsmayıllı rayonun Kəlbənd kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən 09 aprel 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13593459 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05 noyabr 1987-ci il tarixdə Qırğızıstan Respublikası Aravan rayonunda doğulmuş, İsmayıllı rayonun Kəlbənd kəndində yaşayan şəxs X6r. İş materiallarında olan XV-ЖГ 440997 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X9 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 mart 2018-ci il tarixli AZ-İİ 260361 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında 26 mart 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. İş materiallarında olan Asan-Bərdə tərəfindən 10 aprel 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1991-ci il tarixdə İsmayıllı rayonun Kəlbənd kəndində doğulmuş, Tərtər rayonun Seydimli kəndində yaşayan şəxs Ərizəçi4dır. İş materiallarında olan KP-X ******* nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxxxx 1986-cı il tarixdə Qırğızıstan Respublikası Aravan rayonunda doğulmuş şəxs Ərizəçi3 Kuvanoviçdir. İş materiallarında olan JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvünün birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi1, X5, Ərizəçi3 Kuvanç oğlu, X8, X1 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli **********09 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-0004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Kəlbənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 175 nömrəli arayışdan görünür ki, JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı səhv olaraq X5, Ərizəçi3 Kuvanç oğlu və X1 yazılmışdır. Əslində isə Ərizəçi2 Camaləddin qızı, Ərizəçi3 və X2 olmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X16 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına uyğun olaraq Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X8 və X7 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 10 may 2000-ci il tarixli JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın soyad, ad və ata adı “X5”, “Ərizəçi3”in ata adı “Kuvanç oğlu”, “X9”nın adı “Dilarə” kimi yazılmışdır. Dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 10 may 2000-ci il tarixli JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın soyad, ad və ata adının “X5”, “Ərizəçi3”in ata adının “Kuvanç oğlu”, “X9”nın adının “Dilarə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 18 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 04 dekabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 09 aprel 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13593459 nömrəli şəxsiyyət vəsiqəsi) və Xəlilova (nikahdan sonra Mamedova) Dinara Kuvanç qızına (Asan-Bərdə tərəfindən 10 aprel 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən İsmayıllı rayonun Kəlbənd kəndində yerləşən 8,3 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X8 və X7 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 10 may 2000-ci il tarixli JN-0004 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın soyad, ad və ata adının “X5”, “Ərizəçi3”in ata adının “Kuvanç oğlu”, “X9”nın adının “Dilarə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 18 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 04 dekabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 09 aprel 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13593459 nömrəli şəxsiyyət vəsiqəsi) və Xəlilova (nikahdan sonra Mamedova) Dinara Kuvanç qızına (Asan-Bərdə tərəfindən 10 aprel 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1515/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1515/2022
27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver