Məhkəmə qərarları › İş №2(037)-152/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-152/2024

17.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-152/2024 17.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmin alğı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə elektron ərizə göndərərək göstərmişlər ki,cavabdehlərə qarşı məhkəmədə iddia qaldıraraq İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğısatqı müqaviləsinin və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğısatqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.İsmayıllı rayon Məhkəməsi tərəfindən 08 aprel 2024-cü il tarixli qərardad əsasında iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-720/2024 saylı qarardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş,iş yenidən araşdırılması üçün geri qaytarılmışdır. Məhkəmə araşdırması müddətində verilmiş vəkil sorğusuna əsasən müəyyən edilmişdir ki,cavabdehlər mübahisələndirilən alğı-satqı müqavilələri əsasında 16 il sonra notariat ofisinə müraciət edərək,vərəsəlik işi açdırmış,ölən şəxsin adına çıxarış və vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Hesab edirlər ki, iddia tələbində müvafiq düzəliş edilməlidir. Belə ki, qanun tələbinə uyğun olaraq ölən şəxs hüquqi varisləri ilə əvəz edilməli, iddia tələbində müvafiq dəyişiklik edilməlidir. Odur ki, iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmasına zərurət yaranmışdır.Ona görə də mərhum Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 ilə əvəz edilməsi və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43- 03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmin alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatların, həmçinin Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25. 01.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi,ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmənin 24 iyun 2024-cü il tarixli, 2(037)-152/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi/Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 mərhum Cavabdeh4 hüquqi varisləri qismində və Bakı şəhəri 16 saylı Notariat Ofisi isə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 18 iyul 2001-ci ildə Bakı nikah evində nikahlarını rəsmiləşdirmişlər və hazırkı vaxtadək nikah münasibətləri davam edir. Nikah dövründə birgə vəsait hesabına əmlaklar almışlar.Bu əmlaklardan ikisi İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsi və həmin kənddə yerləşən 0,600051 ha torpaq sahəsidir.Həmin torpaq sahələrinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən 2006-cı ilin mart ayında torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş,daha sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsi tərəfindən 0,600051 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış, 0,21006 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir.O,həmin dövrdə Maliyyə Nazirliyində dövlət qulluğunda işlədiyinə görə həmin torpaq sahələrinin sənədləşmələrini özünə yaxın dost bildiyi Cavabdeh3 2008-ci ildə 3 illik etibarnamə vermişdir.Həmin şəxs onun etibarından sui-istifadə edib ondan xəbərsiz ona məxsus olmaqla Səbail RPİ tərəfindən xx.xx.2003-cü ildə verilmiş AZE seriyalı 01047454 saylı şəxsiyyət vəsiqəsində ailə vəziyyəti qrafasında "evli" yazıldığı halda,həyat yoldaşı İddiaçı2 da notarial qaydada razılıq ərizəsini almadan hər iki torpaq sahəsini xx.xx.2008-ci ildə İsmayıllı rayon Dövlət Notariat Kontorunda Cavabdeh4 adlı şəxsə satmışdır.Onun bu tarixli şəxsiyyət vəsiqəsinin mövcudluğu notariat işlərində olan 22 may 2008-ci il tarixli etibarnamələrdə də öz təsdiqini tapmışdır.Hesab edir ki,həmin müqavilələr etibarsız hesab edilməklə,müqavilələrin hüquqi nəticələri ləğv edilməlidir.Belə ki,hər iki torpaq sahəsi göstərilən vaxtdan hal-hazıradək onun və arvadının faktiki sahibliyində və mülkiyyətlərindədir. Buna dair çıxarışlar da dövlət reyestrində onların adına qeydə alınmışdır. O, 2023-cü ilin sonlarında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərkən, belə bir alğı-satqı müqavilələrinin mövcudluğundan məlumatı olmuşdur.Bu barədə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Həmin Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktublarla İsmayıllı rayon dövlət notariat ofisində xx.xx.2008-ci ildə 43-03/401 və 43-03/402 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin kserosurətləri ona poçt vasitəsilə göndərilmişdir.Bundan başqa,həmin notariat işləri ilə tanış olarkən məlum olur ki,bu müqavilələr İsmayıllı rayon dövlət Notariat ofisində təsdiq edilməsinə baxmayaraq, İsmayıllı rayon Notariat ofisinin notariusu əvəzinə Şamaxı rayon Notariat Ofisinin notariusu Yaşar Eyyubov tərəfindən təsdiq edilməklə Şamaxı rayon Notariat Ofisinin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa,notariat işlərində onu guya ki alğı-satqıda təmsil edən Cavabdeh3 xx.xx.2008-ci il tarixli ərizə ilə İsmayıllı rayon Dövlət Notariat Kontorunun adına müraciət edərək bildirmişdir ki,İddiaçı1 İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamış və hal-hazırda subaydır.Eyni zamanda ərizədə gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. Həmin ərizədə alıcı kimi qeyd edilən Cavabdeh4 da bu faktın ona məlum olması barədə imzası ilə təsdiq etmişdir. Bu Həsən kimdi ki, onun evli və ya subay olmağı ona əvvəlcədən məlum olubdur. O, belə bir şəxsi ümumiyyətlə tanımır. Bu şəxs göründüyü kimi saxtakarlıq etmiş, ən azından nikah haqqında şəhadətnamənin surəti onda olmasa belə, ona məxsus 2003cü ildə verilmiş şəxsiyyət vəsiqəsində onun evli olmağı Səbail rayon Polis idarəsi tərəfindən konkret olaraq qeyd edilmişdir.Bu halı onu təmsil edən Cavabdeh3 gizlətsə belə, müqaviləni təsdiq edən Şamaxı rayon dövlət notariusu araşdırma aparmalı idi. Göstərilən xüsusatlar onu sübut edir ki, cavabdehlər cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və sənədləri saxtalaşdırmaqla onun nikah dövründə əldə etdiyi əmlakları ələ keçirmək niyyətində olmuşlar ki, bu hal üzrə sonda məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, alıcı qismində çıxış edən Cavabdeh4 2008-ci ildən hazırkı vaxtadək torpaq sahələrinə gəlib sahiblik etməməsi və həmin müqavilələri daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edib çıxarış almaması, bu şəxsin də cinayətkar qrupun üzvü olması və müqavilələrin formal bağlanılmasına dəlalət edir. Eləcə də, müqavilələrdən görünür ki, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 21 sot torpaq sahəsini 10000 manata,eyni kənddə yerləşən və ondan 3 dəfə çox olan 60 sot torpaq sahəsini isə 20000 manata alğısatqı etmişlər.Habelə,60 sot torpağa dair müqavilənin 3-cü bəndində güya ki, İddiaçı1 satılan torpaq sahəsinin pulunu Cavabdeh4 bütünlükdə alıb, 20 sot torpaq sahəsinə dair müqavilənin 3-cü bəndində isə Cavabdeh3 həmin pulu alması barədə qeyd edilmişdir.Halbuki, o nə alğı-satqıda iştirak etmiş, nə də ki həmin müqavilələrdən məlumatı olmamışdır. Həmçinin, hər iki alğı-satqı müqaviləsində torpaq sahələrinin İsmayıllı rayonun Təzəkənd kəndi əvəzinə "Tircan” kəndində yerləşməsi qeyd edilmişdir,sonradan həmin müqavilələrdə düzəliş edilmişdir.Məhkəmə araşdırması zamanı bu şəxslər məcburi qaydada məhkəmədə dindirilməklə niyyətləri müəyyən oluna bilər ki,bu şəxslərin alğı-satqı müqavilələrini bağlamaqda hansı niyyətləri olmuşdur. Bu deyilənləri təsdiq edəcək kifayət qədər sübutları vardır. Eləcə də cavabdehlərin özləri də yəqin ki, bu halı məhkəmədə etiraf edərlər. Ona görə də hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Onları etibarnamə üzrə səlahiyyəli nümayəndələri/Vəkil təmsil etmişdir. İddiaçıların etibarnamə üzrə səlahiyyəli nümayəndələri/Vəkil məhkəmə iclasında hazırkı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək hazırkı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı Şəhəri 16 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş,dəftərxana vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3,Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh5 əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə iş üzrə icraata xitam verilməsinə dair ərizə göndərərək qeyd etmişdir ki, məhkəmənin icraatında olan hazırkı iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun şəkildə verilməmişdir.Belə ki,iddia ərizəsində cavabdehlərin dairəsi düzgün müəyyən olunmamışdır.Ona görə ki, iddia tələbindən görünür ki, tələb İddiaçı1 ilə mərhum atası Cavabdeh4 arasında xx.xx.2008-ci il tarixində bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlıdır.Belə olan halda aydın olur ki, iddia ərizəsində cavabdeh qismində göstərilən digər şəxslər,yəni Cavabdeh3 və İsmayıllı rayon notariat ofisi hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli olmayan şəxslərdir və onlara qarşı belə bir iddia irəli sürülə bilməz. Belə ki, həmin cavabdehlər mübahisələndirilən əqdin tərəfləri deyillər, eyni zamanda cavabdeh qismində göstərilən Cavabdeh3 İddiaçı1 özünün nümayəndəsi, yəni əqd üzrə təmsilçisi olmuşdur. Bir sözlə hazırkı iddia tələbi üzrə cavabdeh yalnız alıcı qismində əqdin tərəfi olan,mərhum atası Cavabdeh4 ola bilərdi ki,o da hazırkı iddia məhkəməyə verilməmişdən,yəni xx.xx.2023-cü il tarixindən 15 il 3 ay əvvəl-xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Cavabdeh4 artıq ölmüş və onun hüquq qabiliyyəti mövcud olmamışdır. Belə olan halda qanunvericiliyin tələbləri baxımından işə baxan məhkəmə ilk öncə hazırkı iddianı icraata qəbul etməməli, əgər bilmədən icraata qəbul edibsə də iş üzrə icraata xitam verməlidir. Bundan başqa,qeyd etmək istəyir ki,hazırkı iddia ərizəsində iddiaçılar iddia tələbinin "əsası” kimi aşağıdakı bəhanələri göstərmişlər.İddiaçı1 bildirir ki,o həmin dövrdə Maliyyə Nazirliyində dövlət qulluğunda işlədiyinə görə həmin torpaq sahələrinin sənədləşməsinə özünə yaxın dost bildiyi Cavabdeh3 2008-ci ildə 3 illik etibarnamə vermişdir” iddiaçının bu bəhanəsi tam əsassız olmaqla yanaşı, yalandır, absurtdur, həqiqətə uyğun deyildir və özünün təqdim etdiyi sübutlarla tam təkzib olunur. Belə ki, iddiaçı guya dostuna etibarnaməni torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı verdiyini qeyd etsə də, iş materiallarında olan, İddiaçı1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.600051 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixində onun adına qeydiyyata alınmış və Çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 tərəfindən dostu Cavabdeh3 etibarnamə xx.xx.2008-ci il tarixində,yəni artıq həmin torpaq sahəsi sənədləşdirildiyi vaxtdan,yəni müvafiq çıxarış alındığı vaxtdan 1 ay 17 gün sonra verilmişdir. Həmçinin həmin etibarnamə ilə səlahiyyətlər torpaq sahəsinə dair sərəncam vermək,satmaq,bağışlamaq,dəyişmək,ipoteka qoymaq,pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməklə bağlı olmuşdur. Eyni zamanda,iş materiallarında olan,İddiaçı1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən 0.21006 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixində onun adına qeydiyyata alınmış və Çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 tərəfindən dostu Cavabdeh3 etibarnamə xx.xx.2008-ci il tarixində,yəni artıq həmin torpaq sahəsi sənədləşdirildiyi vaxtdan, yəni müvafiq çıxarış alındığı vaxtdan 1 ay 15 gün sonra verilmişdir.Həmçinin həmin etibarnamə ilə səlahiyyətlər torpaq sahəsinə dair sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, pulunu almaq,buna dair müqavilə imzalamaq,bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməklə bağlı olmuşdur.Qeyd olunanlardan da göründüyü kimi, İddiaçı1 dostu olan digər Cavabdeh3 torpaq sahələrinə dair etibarnamə verərkən,artıq həmin torpaq sahələri sənədləşdirilmiş,yəni müvafiq çıxarışlar mövcud olmuşdur.İddiaçı1 iddia ərizəsində göstərmişdir ki,guya Cavabdeh3 onun etibarından sui-istifadə edib, ona xəbərsiz, şəxsiyyət vəsiqəsində "evli” yazıldığı və o evli olduğu halda torpaq sahələrinə dair alğı-satqı müqaviləsi bağlanarkən onun arvadının razılığı alınmamışdır.Onun şəxsiyyət vəsiqəsinin mövcudluğu notariat işlərində olan etibarnamələrdə öz əksini tapmışdır.Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçının bu bəhanəsi də əsaslı hesab edilə bilməz. Belə ki, notariat işlərində etibarnamələr olsa da və həmin etibarnamələrdə İddiaçı1 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd olunsa da, etibarnamədə onun evli və ya subay olması öz əksini tapmamışdır. Eyni zamanda ona məxsus şəxsiyyət vəsiqəsi notariat orqanına təqdim edilməmiş və notariat işlərində də onun şəxsiyyət vəsiqəsinin surəti mövcud deyildir.Həmçinin qeyd etmək istəyir ki,həmin vaxt elektron sistem olmadığı üçün satıcının,yəni İddiaçı1 ailə vəziyyətinin notariat orqanı tərəfindən müəyyən edilməsi mümkün deyildir.Əksinə, notariat işlərində olan,İddiaçı1 özünün adından çıxış edən onun nümayəndəsi, təmsilçisi olan Cavabdeh3 notariat orqanında xx.xx.2008-ci il tarixli ərizələr təqdim edərək bildirmişdir ki, "İddiaçı1 torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamış və hal-hazırda da subaydır.Gələcəkdə satılan torpaq barəsində hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürürəm.” Göründüyü kimi iddiaçı özü (səlahiyyətli nümayəndəsi–təmsilçisi) müqavilə bağlanarkən notariat orqanına bildirmişdir ki, o, torpaq sahələrini əldə edərkən,eləcə də həmin torpaq sahələri ilə bağlı müqavilə bağlanarkən subay olmuşdur və bununla bağlı gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür.Qeyd olunanlardan da aydın olur ki, mübahisələndirilən müqavilələr bağlanan zaman notariat orqanına subay olmasını iddiaçı özü bildirmiş və bununla bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçıların ərizədə göstərdikləri növbəti "bəhanə” belə olmuşdur ki, hər iki torpaq sahəsi göstərilən vaxtdan hal-hazıradək onun faktiki sahibliyində və mülkiyyətindədir. Buna dair çıxarışlar da dövlət reyestrində onun adına qeydə alınmışdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçıların bu bəhanələri də əsassızdır. Belə ki, ilk öncə bildirir ki, mərhum atası Cavabdeh4 qeyd olunan torpaq sahələrinə dair müqavilələr bağlanan vaxtdan, yəni xx.xx.2008-ci il tarixindən 20 gün sonra, yəni xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən də o, torpaq sahələrinə dair müvafiq çıxarışın alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edə bilməmiş, məhz bu səbəbdən də torpaq sahələrinə dair çıxarışlar da dövlət reyestrində iddiaçının adında qalmışdır. Əks təqdirdə, yəni həqiqətən də torpaq sahələrinə dair çıxarışların əsli iddiaçıda olsa idi o, həmin çıxarışların əslini məhkəməyə təqdim edərdi. Bu isə mümkünsüzdür. Belə ki, müvafiq qaydalara əsasən çıxarışların əsli alğı-satqı zamanı notariat orqanına təqdim edilir və notariat işində saxlanılır. Belə olan halda sual yaranır-nece ola bilər ki, İddiaçı1 torpaq sahələrinə dair çıxarışı əvvəlcədən əldə etdiyi halda, həmin torpaq sahələrinin satılmasına dair Cavabdeh3 sonradan etibarnamə verəndə çıxarışlar Cavabdeh3 olsun? Aydın olur ki, İddiaçı1 əvvəlcədən çıxarışları özü əldə etmiş, sonra isə dostuna torpaq sahələrini satmaq üçün etibarnamə vermiş və bu məqsədlə də çıxarışların əsillərini ona təqdim etmişdir. Bundan başqa, iddiaçılar guya torpaq sahələrinin göstərilən vaxtdan hal-hazıradək onların faktiki sahibliyində olduğunu qeyd etsələr də, bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər, bu bəhaləri də tam yalandır və absurtdur. Belə ki, İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş 59 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən təsdiq və sübut olunur ki, mərhum atası Cavabdeh4 xx.xx.2008-ci il tarixdə Təzəkənd bələdiyyəsi ərazisindən notarial qaydada aldığı 0.6001 ha və 0.2101 ha torpaq sahələri aldığı vaxtdan indiyədək istifadə olunmadan kənarları açıq şəkildə qalmışdır. Həmin torpaq sahələri bu vaxta qədər digər vətəndaşlar tərəfindən də istifadə edilməmiş və boş torpaq sahəsi kimi qalmışdır. Qeyd olunan hər iki torpaq sahələri üzrə torpaq vergiləri də torpaq sahəsi alınandan bu vaxtadək Təzəkənd bələdiyyəsinə ödənilməmişdir. Bundan başqa, ərizəyə əlavə olunmuş foto şəkillərdən də görünür ki, torpaq sahələri istifadə olunmadan kənarları açıq şəkildə qalmışdır. Göründüyü kimi, torpaq sahələri mərhum atasına satıldığı vaxtdan indiyədək iddiaçılar tərəfindən istifadə edilməmiş, ümumiyyətlə hasara alınmamış, hər hansı bir ağac belə əkilməmiş, istifadəsiz qalmışdır. Əks halda, həmin torpaq sahələrindən hər hansı formada istifadə olunsa idi, bu fakt öz əksini mütləq qaydada biruzə verərdi və hansısa bir formada təsdiqini tapardı. Hətta deyə bilər ki, bəlkə də iddiaçılar hazırda torpaq sahələrinin yerini belə bilmirlər. Bundan başqa,iş materiallarında olan notariat işlərindəki müqavilələrdən görünür ki, xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən torpaq sahələrinin dəyəri mərhum atası Cavabdeh4 tərəfindən tam ödənilmiş və müvafiq olaraq 20.000 manat və 10.000 manat olmaqla, cəmi 30.000 manat məbləğində pul vəsaiti iddiaçının səlahiyyətli nümayəndəsi təmsilçisi Cavabdeh3 tərəfindən tam olaraq alınmışdır. Göründüyü kimi mərhum atası Cavabdeh4 mübahisələndirilən əqdlər üzrə torpaq sahələrinin dəyərini tam ödəməklə,pozulmamışdır.Mübahisəli torpaq sahələrini əldə edərkən vicdanlılığı şübhə altına alan heç bir hal aşkar edilməmişdir.Alğı-satqı müqavilələri bağlanarkən torpaq sahələri İddiaçı1 mülkiyyətində və sahibliyində olmuş,torpaq sahələri üçüncü şəxslərin yüklülüyündə olmamışdır.Torpaq sahələrini alarkən mümkün olan bütün ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilmişdir. Həmin vaxt reyestrin tamlığını şübhə altına almağa heç bir əsas olmamışdır. İddiaçılar hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində (müqavilələr bağlandığı vaxtdan 15 ildən sonra) məhkəməyə müraciət etmişlər. Halbuki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alğı-satqı müqavilələrinin tarixlərindən də göründüyü kimi həmin müqavilələr xx.xx.2008-ci il tarixində bağlanmışdır.Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd edilənlərdən bir daha məlum olur ki,iddiaçılar mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirmişlər. Belə ki, qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan "kəsici müddətlər” tətbiq edilməlidir.Qeyd olunanlardan da aydın olur ki, hazırkı halda iddiaçılar iddia ərizəsində qeyd etdikləri alğı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişlər. Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, torpaq sahələrinə dair bağlanmış «daşınmaz əmlakın alğı-satqı» müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmışdır və onların etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir. Qeyd etmək istəyir ki, iddiaçıların hazırkı tələbləri tam əsassız olmasına, eləcə da iddiaçıların mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu kəsici müddətlər əsası ilə itirmələrinə baxmayaraq, hazırkı halda prosessual qanunvericiliyin tələbləri baxımından (ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün) hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5,Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçıların nümayəndəsi/Vəkil izahatını,iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq,iddia tələbinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş 30 mart 2017-ci il tarixli, AZ-İİ №187026 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı1 ilə X1 18 iyul 2001-ci il tarixdə Bakı Nikah evində nikahlarını rəsmiləşdirirmiş,ərə Bayramov,arvada Bayramova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin iyul ayının 18 günündə 942 nömrə ilə qeyd edilmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2008-ci il tarixli, AZ-İ №314595 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, Cavabdeh4 15 sentyabr 2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 10 ayının 03 günündə 1181 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı,№0006452 nömrəli, xx.xx.2008-ci il tarixli,190801605 qeydiyyat nömrəli,**********26 reyestr nömrəli çıxarışdan görünür ki,İddiaçı1 mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 0.21006 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-16/7434-440 nömrə ilə qeydə alınmış 22 may 2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, Bakı şəhər sakini İddiaçı1 0.21006 hektar torpaq sahəsini sənədləşdirmək üçün Bakı şəhər sakini Cavabdeh3 3 il müddətinə xx.xx.2011-ci il tarixədək etibarnamə vermişdir və həmin etibarnamə 22 may 2008-ci il tarixdə Cavabdeh1 tərəfindən təsdiq edilərək reyestrdə 7E-16/7434-440 nömrə ilə qeydə alınmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontoruna İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2008ci il tarixli ərizənin sürətindən görünür ki, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cəfərzadə X3 rayon Dövlət Notariat Kontoruna ünvanladığı ərizədə İddiaçı1 İsmayıllı rayonu, Tircan kəndində yerləşən torpaq sahəsini əldə edərkən rəsmi nikahda olmadığını və hal-hazırda subay olduğunu və gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilədə satıcı qismində İddiaçı1 adınadan etibarnamə əsasında çıxış edən Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ******* saylı çıxarış üzrə İddiaçı1 mülkiyyətində olan İsmayıllı rayon Tircan kəndində yerləşən 0.21006 hektar torpaq sahəsini xx.xx.2008-ci il tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-03/401 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 10000 manata müqavilədə alıcı qismində iştirak edən Bakı şəhər sakini Cavabdeh4 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, №0006444 nömrəli, xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı1 mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 0.600051 hektar tikinti təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-16/7433-440 nömrə ilə qeydə alınmış 22 may 2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, Bakı şəhər sakini İddiaçı1 0.600051 hektar torpaq sahəsini sənədləşdirmək üçün Bakı şəhər sakini Cavabdeh3 3 il müddətinə xx.xx.2011-ci il tarixədək etibarnamə vermişdir və həmin etibarnamə 22 may 2008-ci il tarixdə Cavabdeh1 tərəfindən təsdiq edilərək reyestrdə 7E-16/7433-440 nömrə ilə qeydə alınmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontoruna İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2008ci il tarixli ərizənin sürətindən görünür ki, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cəfərzadə X3 rayon Dövlət Notariat Kontoruna ünvanladığı ərizədə İddiaçı1 İsmayıllı rayonu, Tircan kəndində yerləşən torpaq sahəsini əldə edərkən rəsmi nikahda olmadığını, hal-hazırda subay olduğunu və gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilədə satıcı qismində İddiaçı1 adınadan etibarnamə əsasında çıxış edən Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ******* saylı çıxarış üzrə İddiaçı1 mülkiyyətində olan İsmayıllı rayon Tircan kəndində yerləşən 0.600051 hektar torpaq sahəsini xx.xx.2008-ci il tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-03/402 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 20000 manata müqavilədə alıcı qismində iştirak edən Bakı şəhər sakini Cavabdeh4 satmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Çıxarışın və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.210060 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Çıxarışın və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.600051 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi verilmişdir. Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən verilmiş, reyestrdə 2V-5 nömrə ilə qeydə alınmış 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh4 vərəsələri arvadı Cavabdeh6, qızı Cavabdeh7 və oğlu Cavabdeh5 hər birinin miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh4 verilmiş **********27 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 0.600051 hektar olan torpaq sahəsindən ibarətdir. Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən verilmiş, reyestrdə 2V-6 nömrə ilə qeydə alınmış 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh4 vərəsələri arvadı Cavabdeh6, Cavabdeh7 və oğlu Cavabdeh5 hər birinin miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh4 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu,Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 0.21006 hektar olan torpaq sahəsindən ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh4 xüsusi mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.600051 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh4 xüsusi mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.210060 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsi tərəfindən 0,600051 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış və 0,21006 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 adınadan etibarnamə əsasında çıxış edən Cavabdeh3 ilə xx.xx.2008-ci il tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-03/401 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 10000 manata və həmin tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-03/402 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 20000 manata alıcı qismində iştirak edən Bakı şəhər sakini Cavabdeh4 satmışdır. Notariat işlərində alğı-satqıda İddiaçı1 təmsil edən Cavabdeh3 xx.xx.2008-ci il tarixli ərizə ilə İsmayıllı rayon Dövlət Notariat Kontorunun adına müraciət edərək, İddiaçı1 İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamasını və hal-hazırda da subay olmasını,gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürməsini bildirmiş, həmin ərizədə alıcı kimi qeyd edilən Cavabdeh4 da bu faktın ona məlum olması barədə imzası ilə təsdiq etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki tələb üzrə İddiaçı1 Cavabdeh3 verdiyi etibarnaməni ona mülkiyyət hüququ ilə məxsus torpaq sahələrini özgəninkiləşdirməsi üçün deyil,müvafiq sənədləşmənin aparılması üçün verdiyini bildirsə də iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E- 16/7434-440 nömrə ilə qeydə alınmış 22 may 2008-ci il tarixli və reyestrdə 7E-16/7433- 440 nömrə ilə qeydə alınmış 22 may 2008-ci il tarixli etibarnamələrdə sözügedən torpaq sahələrini sənədləşdirərək, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etdiyi qeyd edilmişdir. Bundan başqa notariat işinin materiallarında İddiaçı1 sözügedən torpaq sahələri əldə edilərkən rəsmi nikahda olmadığı qeyd edilsə də, iş materiallarında olan Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş 30 mart 2017-ci il tarixli, AZ-İİ №187026 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı1 ilə X1 18 iyul 2001-ci il tarixdə Bakı Nikah evində nikahlarını rəsmiləşdirilmiş, ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin iyul ayının 18 günündə 942 nömrə ilə qeyd edilmişdir. Cavabdeh4 sözügedən alğı-satqı müavilələri bağlandıqdan bir müddət sonra, yəni 15 sentyabr 2008-ci il tarixdə vəfat etmiş,hazırkı tələb məhkəmənin icraatında daxil olduqdan sonra onun qanun üzrə birinci növbə vərəsələri notariat orqanına müraciət edərək alğısatqının predmeti olan torpaq sahələrinə dair xx.xx.2024-cü il tarixli 2V-5 və 2V-6 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini,tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə,ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən,belə qənaətə gəlir ki,tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə öhdəlik hüquq münasibətləri əsas olmuşdur.Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da,mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər,habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki,müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir.Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir.Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.Göründüyü kimi,mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır.Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki,fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər.Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir,sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Notariat Haqqında” Azırbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır.Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər,habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.Şəxs əqdi,ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına,xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi,ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Göründüyü kimi sözügedən alğı-satqı müqaviləsi bağlanan zaman satıcı qismində adından müəyyən hərəkətlərin edilməsini etibar edən şəxs, yəni hazırki tələb üzrə İddiaçı1 evli olduğu halda subay kimi qeyd edilmiş, notariat orqanı satıcı şəxsin nikah haqqında şəhadətnaməsini notariat işinə əlavə etməli olduğu halda bu halı araşdırmadan alğı-satqı müqaviləsini həyata keçirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.Məhz bu səbəbdən,məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki,vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir.Mülki hüquqda şəxslərin vicdanlı olduğu,yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur.Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.Hüquqdan sui-istifadəyə yol verilmir,bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən,əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə,bununla o,mübahisə etmək hüququnu itirir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki,Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır,dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə-sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi,dəyişdirilməsi və ya xitamı) səbəb olur.Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir,belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir.Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən,birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli,tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı,yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələrinə dair alğı-satqı müqaviləsinin bağlanmasından İddiaçı2 məlumatı olmamış, alğı-satqının predmeti olan torpaq sahələri hazırki dövrə qədər onların mülkiyyətində və faktiki sahibliyində olmuş,2023-cü ilin sonlarında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərkən, belə bir alğı-satqı müqavilələrinin mövcudluğundan məlumatı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, №0006452 nömrəli, xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 0.21006 hektar həyətyanı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli,**********27 reyestr nömrəli çıxarışa əsasən isə İddiaçı1 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Təzəkənd kəndi ərazisindən 0.600051 hektar sənaye,nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsi verilmişdir.Bundan başqa iş materiallarında olan İsmayıllı rayonu,Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh4 26 avqust 2008-ci il tarixdə Təzəkənd Bələdiyyəsi ərazisindən digər vətəndaşlardan aldığı 0,6001 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təytinatlı torpaq sahəsi və 0,2101 ha yaşayış məntəqələri torpaq sahəsi aldığı vaxtdan indiyə qədər istifadə olunmadan kənarları açıq şəkildə qalmış, həmin torpaq sahələri bu vaxta qədər digər vətəndaşlar tərəfindən istifadə edilməmiş və boş torpaq sahəsi kimi qalmışdır.Qeyd olunan hər iki torpaq sahələri üzrə torpaq vergiləri də torpaq sahəsi alınandan bu vaxtadək Təzəkənd bələdiyyəsinə ödənilməmişdir.Belə ki, mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istifadə etməməsi,onun həmin torpaq sahəsinə sahiblik faktını istisna etmir. Göründüyü kimi sözügedən torpaq sahələrinin alğı-satqısından hazırki tələb üzrə İddiaçı2 məlumatı olmamış,eyni zamanda onun məlumatlı olması və nəticədə alğı-satqını bəyənməsini təsdiq edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməməklə, onun alğı-satqını bəyənməsinini göstərən hərəkətlər də məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi,binanı,qurğunu,mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir.Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alğı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur.Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu,əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.Sadə dildə dedikdə,birincisi-hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələrinə dair bağlanmış alğı-satqı müqavilələri hazırki tələb üzrə İddiaçı2 razılığı və iştirakı olmadan bağlanmaqla, sonradan isə bəyənmə halı məyyən olunmur. Nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki,İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış alğı-satqı müqavilələri etibarsız hesab edilməli,İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatlar ləğv edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır.Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq,mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də,hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün,ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə,Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki,hazırki iddiaya iddia müddətin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər,müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir.Bəhs edilən maddənin dəyişiklikdən sonrakı mətni “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyasında verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən,maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki,maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir.Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil,məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi,iddiaçılar sözügedən alğı-satqı müqaviləsinin mövcudluğundan 2023-cü ilin sonlarında məlumatları olmuş və müddət keçmədən məhkəməyə alğı-satqının etibarsızlığı ilə bağlı tələb irəli sürmüşlər. Məhkəmə əmlak əldə edilərkən mülkiyyətçinin vicdanlılıq faktoruna da hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,vicdanlı sahibin xoş niyyət,ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması,habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına,əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, qnunverici ərlə arvaddın birgə mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı reyestrin həqiqiliyi prizumpsiyasını istisna etmiş, hətda alıcının vicdanlı olduğu halda belə ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlakın alğı-satqısı zamanı tərəfləri razılığını imperativ olarq müəyyən etmişdir. Məhkəmə iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi tələbinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi qanunvericilik əqdlərin ləğv və etibarszılığının hüquqi nəticələrini fərqli qaydada müəyyən etməklə,əqdlərin etibarsızlığı və ləğvini subyektiv hüquq baxımından mübahisələndirmə səlahiyyətinə malik olan şəxslərin dairəsini fərqli müəyyən etmişdir. Belə ki, hazırki tələb üzrə Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırki iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamaqla yanaşı,sözügedən təktərəfli əqdin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən tələb irəli sürülməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin hazırkı iddia tələbinə tətbiqinə münasibət bildirərək qeyd edir ki, sözügedən alğı-satqı müqaviləsi bağlanılan zaman,alıcı tərəfindən satıcıya ödənilmiş məbləğin qaytarılması barədə cavabdehlər tərəfindən tələb olmadığından eyni zamanda həmin dövrdə olan torpaq sahəsinin dəyəri ilə hazırkı dəyəri arasında mütənasibsizlik olduğundan,eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların faktiki mülkiyyəti və sahibliyində olduğundan və verilmiş pulun hazırkı dəyər ilə kompensasiya edilərək hesablandıqdan sonra yenidən pul tələbi ilə gələcəkdə müraciət etməsi həm prosessual qənaət prinsipi baxımından həm də 2008-ci ildə alıcı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması baxımından hazırkı tələb üzrə cavabdehlərə münasibətdə daha ədalətlidir.Belə olan halda məhkəmə hazırki tələb üzrə alğı-satqı müqaviləsi nəticəsində alıcı tərəfindən verilmiş pulun cavabdehlərə qaytarılması barədə qərar qəbul edilməsini məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış alğı-satqı müqavilələri etibarsız hesab edilməli, İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə- 03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatlar ləğv edilməlidir. Məhkəmə hazırkı iddia tələbinin cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehlərdən Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilməsindən azad olunduqlarından dövlət rüsumunun tutulması onlara aid hissədə təmin edilməməli, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış alğı-satqı müqavilələri etibarsız hesab edilsin. İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatlar ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada 100 manat dövlət rüsumu məbləği alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar