Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-155/2022 28.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 28 fevral 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0720 Kod 40726018 saylı Dövlət aktının X3, Ərizəçi, X5, X8 və X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun (bundan sonra İsmayıllı rayon DNK adlandırılacaq) 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsinə əsasən JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 4.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri X3, X5, X8 və X4 birgə mülkiyyətinə verilmişdir. Bu barədə İsmayıllı rayon DNK-nun 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsi əsasında “Torpağa mülkiyyət hüququna dair” JN-0720 Kod 40726018 saylı Dövlət aktı verilmişdir. Dövlət aktında onun ad, soyad və ata adı qeyd edilmişdir. Həmin Dövlət aktında texniki səhv olaraq onun adı “Vəsi” əvəzinə “Vəsilə”, ata adı “Gülalı” əvəzinə “Gülah” yazılmışdır. Hüquqmüəyyənedici sənəddə qeyd olunan ziddiyətlərə görə torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bu hüquqi əhəmiyyətli faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və.s.)aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktındakı yanlışlıqları digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki adı, soyadı və ata adı ilə Dövlət aktındakı adı, soyadı və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvləri X3, X5, X8 və X6 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadə verərək göstərdi ki, Ərizəçi anasıdır. İsmayıllı rayon DNK-nun 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsi əsasında JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayon Tircan kəndində yerləşən 4.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri X3, Ərizəçilə Gülah qızı, X5 və X4 birgə mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktında onun adı, soyadı və ata adı düzgün yazılsa da, texniki səhv olaraq anası Ərizəçi adı “Vəsi” əvəzinə “Vəsilə” və ata adı “Gülalı” əvəzinə “Gülah” yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 23.05.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə İsmayıllı rayon Təzəkənd kəndində doğulmuş Ərizəçi İsmayıllı rayonu, Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Diyallı kənd sovetliyi tərəfindən verilmiş 03.11.1954-cü il tarixli, ИЖ №215289 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 xx.xx.1954-cü il tarixdə İsmayıllı rayon Təzəkənd kəndində doğulmuşdur, atası X7 və anası X1r. İş materiallarında olan JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, bu X18 rayonu, Tircan kənd sakinləri X3, Ərizəçilə Gülah qızı, X5, X8 və X6 verilib-ona görə ki, İsmayıllı Rayon DNK-nun 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4.21 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi – mülkiyyətə verilib. Dövlət aktı 15215 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X19 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon DNK-nun 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsi əsasında verilmiş JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 4.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, Ərizəçilə Gülah qızı, X5, X8 və X4 mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında texniki səhv olaraq ərizəçinin adı “Vəsi” əvəzinə “Vəsilə”, ata adı “Gülalı” əvəzinə “Gülah” yazılmışdır. Həmin Dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi adının “Vəsilə”, ata adının “Gülah” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3, X5, X8, X9 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 23.05.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Dövlət Notariat Kontorunun 05 dekabr 2005-ci il tarixli 4Ə-3-741 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 4.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3, Ərizəçilə Gülah qızı, X5, X8 və X4 mülkiyyətinə verilməsinə dair JN-0720 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi adının “Vəsilə”, ata adının “Gülah” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3, X5, X8, X9 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 23.05.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-155/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-155/2022
28.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver