Məhkəmə qərarları › İş №2(037)-155/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-155/2024

13.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-155/2024 13.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qardaşı Beybudov Rauf Novruz oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 12 sentyabr 1987-ci il tarixdə doğulmuş qardaşı Beybudov Rauf Novruz oğlu anadan gəlmə xəstədir. Uzun illərdir müalicə olunsa da səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur. X10 rayon X1 Şöbəsinin “Nevroloji” kabinetində “serebral iflic” diaqnozu ilə qeydiyyatdadır və hal-hazırda ambulator müalicə alır. Qardaşı onun himayəsində yaşayır və ona bütün qulluğu o göstərir. Qardaşının vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Qardaşının hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən qardaşı Rauf Beybudovun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Beybudov Rauf Novruz oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahat verərək göstərdi ki, Beybudov Rauf Novruz oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. Şahid Beybudov Novruz Gülməmməd oğlu ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Digər oğlu Rauf anadan gəlmə xəstədir. Aldığı müalicələr heç bir nəticə verməmiş, səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Ona ömürlük əlillik dərəcəsi verilmişdir. Rauf ərizəçi ilə birlikdə yaşayır və ona lazımı bütün qulluğu o göstərir. Raufun son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Onun daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Vİİİ-ЖГ seriyalı 287326 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonun Qalınçaq kəndində doğulmuş, İsmayıllı şəhəri M.Orucov kçüəsi ev 115, mənzil 1-də yaşayan şəxs Ərizəçidur. Valideynləri Beybudov Novruz Gülməmməd oğlu və X2r. - Xİİ-ЖГ seriyalı 482504 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 sentyabr 1987-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs Beybudov Rauf Novruz oğludur. Valideynləri Beybudov Novruz Gülməmməd oğlu və X2r. - 05 iyun 2006-cı il tarixli 207998 nömrəli vəsiqənin surətindən görünür ki, Beybudov Rauf Novruz oğlu uşaqlıqdan birinci qrup əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən 04 noyabr 2023-cü il tarixdə verilmiş PHŞ-18-1-47/3-4608/23 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi bina 3 mənzil 27 ünvanında yaşayan 12 sentyabr 1987-ci il təvəllüdlü Beybudov X6 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində 08 iyun 2006-cı il tarixdən “G80.0Uşaq serebral iflicinin davamlı qalıqları. G80.0 Tetraplegiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli 2284 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Beybudov Rauf Novruz oğlu birinci qrup əlildir və “G80.0Uşaq serebral iflicinin davamlı qalıqları. G80.0 Tetraplegiya” diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Beybudov Rauf Novruz oğlunun sağlamlıq vəziyyəti 07 noyabr 2003-cü il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflici. Diplegiya.” diaqnozu qoyulmuş, kənar şəxsin köməyinə ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 05 fevral 2024-cü il tarixli 285 nömrəli rəyindən görünür ki, Beybudov Rauf Novruz oğlunda “uşaq serebral iflicinin qalıq” əlamətləri ilə yanaşı onda ağıl zəifliyi əlamətləri təzahür edir. Ona görə də Beybudov Rauf Novruz oğlu öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Beybudov Rauf Novruz oğlu 12 sentyabr 1987-ci il tarixdə doğulmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Rauf Beybudovun sağlamlıq vəziyyəti 07 noyabr 2003-cü il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflici. Diplegiya.” diaqnozu qoyulmuş, kənar şəxsin köməyinə ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli ömürlük əlillik dərəcəsi verilmişdir. X9 M.R.X-nın X3 “Nevroloji” kabinetində 08 iyun 2006-cı il tarixdən “G80.0Uşaq serebral iflicinin davamlı qalıqları. G80.0 Tetraplegiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 05 fevral 2024-cü il tarixli 285 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Beybudov Rauf Novruz oğlunda “uşaq serebral iflicinin qalıq” əlamətləri ilə yanaşı onda ağıl zəifliyi əlamətləri təzahür edir. Ona görə də Beybudov Rauf Novruz oğlu öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Ərizəçi Beybudov Rauf Novruz oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Rauf Beybudovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Beybudov Rauf Novruz oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 sentyabr 1987-ci il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar