Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-165/2023 30.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçilər Səlı̇ mov Sədaqət Rza oğlu və Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızının iştirakları ilə Ərizəçilər Səlı̇ mov Sədaqət Rza oğlu və Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızının İsmayıllı Rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 30 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Səlı̇ mov Sədaqət Rza oğlu və Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızı ərizə ilə müraciət edərək, JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X7, Səlimova (nikahdan sonra Höcətova) Leyla Sədaqət qızı, X13 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Səlı̇ mov Sədaqət Rza oğlu ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Külüllü kəndi ərazisində 9.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı həmin vaxt "Səlimov" olmasına baxmayaraq səhvən "Səlimova" kimi, qızı Svetlana Səlimovanın adı həmin vaxt “Svetlana” olmasına baxmayaraq səhvən “Sveta” kimi yazılmışdır. Qızı Leyla nikaha daxil olaraq “Höcətova” soyadına keçmişdir. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onların ad və soyadlarında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Dövlət aktında ad və soyadlarında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0013 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızı ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Külüllü kəndi ərazisində 9.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında atasının soyadı həmin vaxt "Səlimov" olmasına baxmayaraq səhvən "Səlimova" kimi, onun adı həmin vaxt “Svetlana” olmasına baxmayaraq səhvən “Sveta” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Dövlət aktında ad və soyadlarında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0013 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X22, X7, X14, X15, X8 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Səlı̇ mov Sədaqət Rza oğlunun soyad, ad və ata adı “X22”, Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızının adı “Sveta” kimi qeyd olunmuşdur. Dövlət aktı 10653 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi Ərizəçi2 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2009-cu il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1958-ci il tarixdə İsmayıllı rayonun Minkə kəndində doğulmuş Səlı̇ mov X18 rayonun Külüllü kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22 mart 1959-cu il tarixdə İsmayıllı rayonun Minkə kəndində doğulmuş X1 rayonun Külüllü kəndində yaşayır. Seriya AZ-İ № 522890 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Taleh Balakişi oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Höcətova soyadını götürmüşdür. Asan 2 tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 13 avqust 1992-ci il tarixdə İsmayıllı rayonun Külüllü kəndində doğulmuş Səlimova (nikahdan sonra Höcətova) Leyla Sədaqət qızı Bakı şəhəri, Nərimanov rayonu, X30 Dadaşzadə küçəsi, ev 27, mənzil 107-də yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 mart 2016-cı il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonun Külüllü kəndində doğulmuş Səlimova (Şıxıyeva) X6 rayonun Külüllü kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 fevral 2020-ci il tarixli seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 dekabr 1982-ci il tarixdə İsmayıllı rayonun Külüllü kəndində doğulmuş X2 rayonun Külüllü kəndində ünvanında yaşayır. İsmayıllı RİHB-nın İvanovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr və 15 noyabr 2022-ci il tarixli arayışlardan görünür ki, JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X22 və X4 yazılmış, düzgün yazılış Səlı̇ mov Sədaqət Rza oğlu və X10 olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli **********04 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair» dövlət aktında soyad, ad və ata adında səhvin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə soyad və adının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X28 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarı əsasında İsmayıllı rayonu Külüllü kəndində yerləşən 9.37 ha torpaq sahəsi Səlı̇ mov Sədaqət Rza oğlu, X7, Səlimova (Höcətova) Leyla Sədaqət qızı, Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızı və və X8 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Səlı̇ mov Sədaqət Rza oğlunun soyad, ad və ata adı həmin vaxt "Ərizəçi2" olmasına baxmayaraq səhvən "X22" kimi, Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızının adı həmin vaxt “Svetlana” olmasına baxmayaraq səhvən “Sveta” kimi yazılmışdır. X14 nikaha daxil olaraq “Höcətova” soyadına keçmişdir. Həmin dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Səlı̇ mov Sədaqət Rza oğlunun soyad, ad və ata adının X22, Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızının adının Sveta kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Səlı̇ mov Sədaqət Rza oğlu (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X7 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-cİ il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Səlimova (nikahdan sonra Höcətova) Leyla Sədaqət qızı (Asan 2 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Səlimova (nikahdan sonra Şıxıyeva) Svetlana Sədaqət qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və X11 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AZE № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarı əsasında İsmayıllı rayonu Külüllü kəndində yerləşən 9.37 ha torpaq sahəsinin X22, X7, X14, X15, X8 birgə mülkiyyətinə verilməsinə dair JN-0013 Kod 40709028 saylı “Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin, yəni Səlı̇ mov Sədaqət Rza oğlunun soyad, ad və ata adının X22, Səlimova (Şıxıyeva) Svetlana Sədaqət qızının adının Sveta kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Səlı̇ mov Sədaqət Rza oğlu (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X7 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-cİ il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Səlimova (nikahdan sonra Höcətova) Leyla Sədaqət qızı (Asan 2 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Səlimova (nikahdan sonra Şıxıyeva) Svetlana Sədaqət qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və X11 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AZE № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-165/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-165/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver