Məhkəmə qərarları › İş №2(037)-168/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-168/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-168/2023 27.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçilər Ərizəçi1 və Mamedov Emı̇ n Mamed oğlunun iştirakları ilə Ərizəçilər Ərizəçi1, Mamedov Emı̇ n Mamed oğlu, Ərizəçi3, Ərizəçi4 İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 27 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Mamedov Emı̇ n Mamed oğlu, Ərizəçi3, Ərizəçi4 ərizə ilə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə onlara verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-461A Kod 40719028 saylı şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” JN-0742 Kod 40719028 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndində 0.09 və 1.23 hektar torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” JN-0742 Kod 40719028 saylı dövlət aktında onun soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi, arvadı Qızbəsin soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, qızı Günelin soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, ata adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi, oğlu Eminin soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, ata adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onların ad, soyad və ata adlarında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Dövlət aktında ad, soyad və ata adlarında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə onlara verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-461A Kod 40719028 saylı şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” JN-0742 Kod 40719028 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi Mamedov Emı̇ n Mamed oğlu oğlu ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndi 0.09 və 1.23 hektar torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” JN-0742 Kod 40719028 saylı dövlət aktında onun soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, ata adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi, atasının soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi, anasının soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, bacısı Günelin soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, ata adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir. Dövlət aktında onların ad, soyad və ata adlarında olan bu uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvin düzəldilməsi üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə onlara verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-461A Kod 40719028 saylı şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” JN-0742 Kod 40719028 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər ərizəçilər Ərizəçi3 və Ərizəçi4 sonuncu məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Onlar iştirak etdikləri məhkəmə iclasında həmçinin digər ərizəçilər Ərizəçi1 və Mamedov Emı̇ n Mamed oğlunun izahatına uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi1, Mamedov Emı̇ n Mamed oğlu, Məmmədova (Yusubova) Leyla Məmməd qızı, Mamedova (Mustafayeva) Günel Mamed qızının birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə və dövlət aktında mülkiyyətçi Ərizəçi1 soyadı “Məmmədov”, adı “Məmməd”, X2 “Məmmədova”, Mamedov Emı̇ n Mamed oğlunun soyadı “Məmmədov”, ata adı “Məmməd”, Mamedova (Mustafayeva) Günel Mamed qızının soyadı “Məmmədov”, ata adı “Məmməd” kimi qeyd olunmuşdur. Şəhadətnamə 13358, dövlət aktı 11392 nömrə ilə kitabda qeydə alınmış və hər biri iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin və dövlət aktının bir nüsxəsi X6 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 iyun 2020-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1960-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş Mamedov X11 rayonun İsmayıllı kəndində yaşayır. 03 iyul 2017-ci il tarixli AZ-İ № 862510 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 29 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş Mamedova (nikahdan sonra Mustafayeva) X25 rayonun Çərəkə kəndində yaşayır. Seriya AZ-İ № 485414 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Elçin Tərlan oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Mustafayeva soyadını götürmüşdür. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1990-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş Məmmədova (nikahdan sonra Yusubova) X15 rayonun Mican kəndində yaşayır. Seriya AZ-İ № 524374 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Kərəm Ələddin oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Yusubova soyadını götürmüşdür. Asan Şamaxı tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1987-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş Mamedov Emı̇ n Mamed oğlu İsmayıllı rayonun İsmayıllı kəndində yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli **********65 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad, soyad və ata adlarında səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquq müəyyənedici sənədlərdə ad, soyad və ata adlarının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X31 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən 0.09 və 1.23 hektar torpaq sahələri Ərizəçi1, X9, Mamedova (nikahdan sonra Mustafayeva) Günel Mamed qızı, Mamedov Emı̇ n Mamed oğlu və Məmmədova (nikahdan sonra Yusubova) Leyla Məmməd qızının birgə mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” JN- 0742 Kod 40719028 saylı dövlət aktında Ərizəçi1 soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi, X2 həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, Mamedova (nikahdan sonra Mustafayeva) Günel Mamed qızının soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, ata adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi, Mamedov Emı̇ n Mamed oğlunun soyadı həmin vaxt “Mamedov” olmasına baxmayaraq səhvən “Məmmədov” kimi, ata adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən “Məmməd” kimi yazılmışdır. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN- 461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN- 0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” JN-0742 Kod 40719028 saylı dövlət aktında Ərizəçi1 soyadının “Məmmədov”, adının “Məmməd” kimi, X1 “Məmmədova” kimi, Mamedova (nikahdan sonra Mustafayeva) Günel Mamed qızının soyadının “Məmmədova”, ata adının “Məmməd” kimi, Mamedov Emı̇ n Mamed oğlunun soyadının “Məmmədov”, ata adının “Məmməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), X9 (xx.xx.2017-ci il tarixli, AZ-İ № 862510 saylı ölüm haqqında şəhadətnamə), Mamedova (nikahdan sonra Mustafayeva) Günel Mamed qızı (Göyçay rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Mamedov Emı̇ n Mamed oğlu (Asan Şamaxı tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və Məmmədova (nikahdan sonra Yusubova) Leyla Məmməd qızına (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0.09 ha torpaq sahəsinin və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1.23 ha torpaq sahəsinin X13, X7, X17, X24 və X10 birgə mülkiyyətinə verilməsinə dair JN-461A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-0742 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi1 soyadının “Məmmədov” və adının “Məmməd”, X1 “Məmmədova”, Mamedova (nikahdan sonra Mustafayeva) Günel Mamed qızının soyadının “Məmmədova”, ata adının “Məmməd”, Mamedov Emı̇ n Mamed oğlunun soyadının “Məmmədov”, ata adının “Məmməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), X9 (xx.xx.2017-ci il tarixli, AZ-İ № 862510 saylı ölüm haqqında şəhadətnamə), Mamedova (nikahdan sonra Mustafayeva) Günel Mamed qızı (Göyçay rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Mamedov Emı̇ n Mamed oğlu (Asan Şamaxı tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və Məmmədova (nikahdan sonra Yusubova) Leyla Məmməd qızına (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar