Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1682/2024 13.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavavdeh Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakda payın tanınması və real bölgü” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Basqal kəndində yerləşən, AR ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********98-10301 nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətində olan 0.14 ha torpaq sahəsinin və **********59 nömrəli çıxarışla müəyyən edilən 0,1951 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/3 hissəsi üzərində X2, 1/3 hissəsi üzərində İddiaçı1 və 1/3 hissəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh qeydiyyat ünvanı ünvan 1 şəhərində qeydiyyatda olan cavabdehə və İsmayıllı rayonunda qeydiyyatda olan üçüncü şəxs İsmayıllı rayonu Notariat Ofisinə qarşı sözügedən tələblə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarını tənzimləyən 35-ci maddəsində iddianın məhz cavabdehin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi göstərilməklə bu halı üçüncü şəxslərə şamil etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçının hazırki mülki iş üzrə - İsmayıllı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavavdeh Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakda payın tanınması və real bölgü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1682/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1682/2024
13.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver