Məhkəmə qərarları › İş №2(037)-171/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-171/2023

10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-171/2023 10.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 10 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarina əsasən İsmayıllı rayonun Aşıqbayram kəndində mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0032 Kod 40718028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X2, X1 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası 10 fevral 2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsinin baxılmamasını və geri qaytarilmasını istədiyini bildirmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarllması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə qərara gəlir ki, ərizəçi ərizəsinin baxılmamasına və geri qaytarilmasına dair ərizə verdiyindən, iş üzrə maraqlı tərəf isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamaış saxlanıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar