Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-175/2024 08.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, X1, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, bacısı X8 anadan gəlmə xəstədir. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Bacısı ailə qurmamış, onun himayəsində yaşayır. Anası yaşlı olduğundan Marinaya bütün qulluğu o göstərir. Marina İsmayıllı rayon X3 Poliklinika şöbəsinin “Ruhiəsəb” kabinetində “F73.1 çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu. G93.4postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Marinanın kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən bacısı X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 izahat verərək göstərdi ki, X5 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. Şahid X16 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Arvadının bacısı Marina anadan gəlmə xəstədir. Aldığı müalicələr heç bir nəticə verməmiş, səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Marinaya lazımı bütün qulluğu ərizəçi göstərir. Marinanın son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Onun daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş -XİX-ЖГ seriyalı 496861 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X10 və X4. - AZ-İ seriyalı 941469 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X11 arasında 16 avqust 2014-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Jabin, arvada Jabina soyadı verilmişdir. - Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçiyə Ərizəçi adı ilə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. -XXİ-ЖГ seriyalı 250227 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 13886923 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X8 11 dekabr 1997-ci il tarixdə İsmayıllı rayonun İvanovka kəndində anadan olmuş, İsmayıllı rayonun İvanovka kəndində yaşayır. Onun valideynləri X10 və X4. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 19 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 26 fevral 2016-cı il tarixli çıxarışdan görünür ki, X8 həmin tarixdə müayinə olunmuş, onda birinci dərəcə əlillik - ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri müəyyən olunmuşdur. Onun kənar şəxsin köməyinə ehtiyacı vardır. -Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, X8 26 fevral 2016-cı il tarixdə müayinədən keçirilmiş, ona generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə. Ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 X12 tərəfindən 08 dekabr 2023-cü il tarixdə verilmiş 18-1-47/3- 4697/23 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun İvanovka kəndində yaşayan 11 dekabr 1997-ci il təvəllüdlü X8 İsmayıllı M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F73.1 çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu. G93.4postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli 2312 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X8 birinci qrup əlildir və “F73.1 çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu. G93.4postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 12 fevral 2024-cü il tarixli 378 nömrəli rəyindən görünür ki, X7 dərin əqli gerilik davranış pozuntuları ilə (F73.1) qeyd olunur. Bunu təqdim olunmuş tibbi sənədlərə əsasən – erkən yaşlarından psixi inkişafda geri qalması, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu.(F73.1), Postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi və sair sübut edir. X2 qeyd olunan dərin (çox ağır) əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun psixi vəziyyəti (əqli gerilik) məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X8 11 dekabr 1997-ci il tarixdə İsmayıllı rayonun İvanovka kəndində anadan olmuş, İsmayıllı rayonun İvanovka kəndində yaşayır. X13 M.R.X-nın X6 “F73.1 çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu. G93.4postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 12 fevral 2024-cü il tarixli 378 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 dərin əqli gerilik davranış pozuntuları ilə (F73.1) qeyd olunur. Bunu təqdim olunmuş tibbi sənədlərə əsasən – erkən yaşlarından psixi inkişafda geri qalması, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu.(F73.1), Postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi və sair sübut edir. X2 qeyd olunan dərin (çox ağır) əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Verilmiş rəydə Marina Novoyatlovanın psixi vəziyyəti (əqli gerilik) məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi göstərilmişdir. Ərizəçi X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında ifadə vermiş şahid X5 kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmədiyini, hərəkətlərinin mənasını dərk etmədiyini, hazırda ərizəçinin himayəsində yaşadığını və ona bütün lazımı qulluğun ərizəçi tərəfindən göstərildiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X8 İsmayıllı MRX-nın X6 “Ruhi-əsəb” kabinetində “çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu.(F73.1), Postravmatik ensefalopatiya, teztez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə dispanser qeydiyatındadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 rəyinə əsasən məhkəmə hesab edir ki, X8 öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 dekabr 1997-ci il tarixdə İsmayıllı rayonun İvanovka kəndində anadan olmuş, İsmayıllı rayonun İvanovka kəndində yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-175/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-175/2024
08.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver