Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-177/2022 18.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 18 fevral 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, İsmayıllı rayon AİKnın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən ailə üzvləri ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X17, X19, X11 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı həmin vaxt “Ramella” olmasına baxmayaraq səhvən “Tamella”, mülkiyyətçi X12 ata adı həmin vaxt “Sərvər” olmasına baxmayaraq səhvən “Səlvər”, mülkiyyətçi X9 adı həmin vaxt “Vadim” olmasına baxmayaraq səhvən “Vidadi”, ata adı həmin vaxt “Sərvər” olmasına baxmayaraq səhvən “Səlvər” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə onun və digər mülkiyyətçilətin ad və ata adlarında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Şəhadətnamədə ad və ata adlarında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Torpaq islahatları zamanı birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə onun adı həmin vaxt “Vadim” olmasına baxmayaraq səhvən “Vidadi”, ata adı həmin vaxt “Sərvər” olmasına baxmayaraq səhvən “Səlvər”, anasının adı həmin vaxt “Ramella” olmasına baxmayaraq səhvən “Tamella”, qardaşı X12 ata adı həmin vaxt “Sərvər” olmasına baxmayaraq səhvən “Səlvər” kimi yazılmışdır. Onların ailəsində Səlvər və Vidadi adlı şəxslər olmamışdır. Göstərilən JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 X5 ilə eyni məzmunlu ifadə verərək JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialalrında olan XVİ-ЖГ 412561 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 23 dekabr 1991-ci il tarixdə doğulmuş, atası X17, anası Ərizəçidır. İş materiallarında olan İV-ЖГ 423666 nömrəli 16 mart 1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X15 arasında 16 mart 1988-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2018-ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1967-ci il tarixdə İsmayıllı rayonun Basqal kəndində doğulmuş Məmmədova X10 rayonu İsmayıllı kəndində yaşayır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 fevral 2018-ci il tarixli seriya AZE № 17752802 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 dekabr 1991-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş X2 rayonun İsmayıllı kəndində yaşayır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 fevral 2016-cı il tarixli seriya AZE № 15855123 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04 mart 1990-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş X3 rayonun İsmayıllı kəndində yaşayır. İş materiallarında olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X17 10 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X17, Ərizəçi, X19 və X9 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi adı Tamella, mülkiyyətçi X12 ata adı “Səlvər”, mülkiyyətçi X9 adı “Vidadi”, ata adı “Səlvər” kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli **********30 nömrəli məktubdan görünür ki, ərizəçi JN-733A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X27 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-733A Kod 40719028 saylı şəhadətnaməyə əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi X17, Ərizəçi, X19 və X9 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə ərizəçinin adı həmin vaxt “Ramella” olmasına baxmayaraq səhvən “Tamella”, mülkiyyətçi X12 ata adı həmin vaxt “Sərvər” olmasına baxmayaraq səhvən “Səlvər”, mülkiyyətçi X9 adı həmin vaxt “Vadim” olmasına baxmayaraq səhvən “Vidadi”, ata adı həmin vaxt “Sərvər” olmasına baxmayaraq səhvən “Səlvər” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni X6 adının Ramella, X12 ata adının Səlvər, X9 adının Vidadi, ata adının Səlvər kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, Ərizəçi, X19 və X11 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X17, X13, X20 və X8 birgə mülkiyyətinə verilməsinə dair JN-733A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi adının Tamella, X12 ata adının Səlvər, X9 adının Vidadi, ata adının Səlvər kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, Ərizəçi, X19 və X11 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-177/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-177/2022
18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver