Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-180/2023 03.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 03 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon DNK-nın 28 noyabr 2005-ci il tarixli 4Ə-3-692 nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X2 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, X11, X15 və X9 şahid qismində dindirilərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə-3-692 nömrəli alqı-satqı müqaviləsi əsasında ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı həmin vaxt “Mirzəməmməd” olmasına baxmayaraq səhvən “Mirzəmməd”, əri “X4”nun adı həmin vaxt “Gülalı” olmasına baxmayaraq səhvən “Gülmalı”, ata adı həmin vaxt “Söydümalı” olmasına baxmayaraq səhvən “Soydumalı” kimi yazılmışdır. Əri olan mülkiyyətçi X4 20 mart 2017-ci il tarixdə vəfat etmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adında, ərinin ad və ata adında uyğunsuzluq olduğundan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvünə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə-3- 692 nömrəli alqı-satqı müqaviləsi əsasında valideynlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anası Ərizəçi ata adı səhvən Mirzəmməd, atası X1 adı səhvən Gülmalı, ata adı səhvən Soydumalı kimi yazılmışdır. Qeyd edilən dövlət aktının ərizəçiyə və atası X2 məxsus olmasını təsdiq edir. X8 ifadə verərək göstərdi ki, ərizəçini və onun ailəsini yaxından tanıyır. Ərizəçinin ata adı Mirzəməmməd olmuşdur. Ərizəçinin ərinin adı Gülalı atasının adı isə Söydümalı olmuşdur. Ailənin birgə mülkiyyətinə verilmiş dövıət aktında ərizəçinin ata adı Mirzəmməd, ərinin adı Gülmalı, ata adı isə Soydumalı kimi yazılmışdır. JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və X2 məxsus olmasını təsdiq edir. X5 X8 ilə eyni məzmunlu ifadə verərək JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və X2 məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ilə X7 arasında 21 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Alməmmədov, arvada Alməmmədova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 24 may 2005ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1936-cı il tarixdə İsmayıllı rayonu Tircan kəndində doğulmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayan şəxs Ərizəçidır. İş materiallarında olan AZ-İ 862605 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 mart 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 29 iyun 2006-cı il tarixli JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X3 və Ərizəçi Mirzəmməd qızı kimi qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli **********13 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0736 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli 278 nömrəli arayışdan görünür ki, JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X3 və Ərizəçi Mirzəmməd qızı yazılmışdır. Əslində isə X4 və Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X18 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə- 3-692 nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 və Ərizəçi birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0736 Kod 40726018 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X4”nun adı həmin vaxt “Gülalı” olmasına baxmayaraq səhvən “Gülmalı”, ata adı həmin vaxt “Söydümalı” olmasına bamayaraq səhvən “Soydumalı” və “Ərizəçi”nın ata adı həmin vaxt “Mirzəməmməd” olmasına baxmayaraq səhvən “Mirzəmməd” kimi yazılmışdır. Mülkiyyətçi X4 21 mart 2017-ci il tarixdə vəfat etmişdir. Dövlət aktında ad və ata adlarında olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X4”nun adının “Gülmalı”, ata adının “Soydumalı” və “Ərizəçi”nın ata adının “Mirzəmməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X2 (AZ-İ 862605 nömrəli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 24 may 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon DNK-nın 28 noyabr 2005-ci il tarixli 4Ə-3-692 nömrəli alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu Tircan kəndində yerləşən 1,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X4 və Ərizəçi birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 29 iyun 2006-cı il tarixli JN-0736 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X4”nun adının “Gülmalı”, ata adının “Soydumalı”, “Ərizəçi”nın ata adının “Mirzəmməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X2 (İsmayıllı rayon Tircan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ 862605 nömrəli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən 24 may 2005-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-180/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-180/2023
03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver