Məhkəmə qərarları › İş №2(037)-183/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-183/2023

17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-183/2023 17.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 17 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999cu il tarixli 66 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN 586 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8, İslamova (Dəmirova) İlahə Bilal qızı, İslamlı (Gülalıyeva) Həbibə Bilal qızına və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq onun və ailə üzvünün birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN 586 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı həmin vaxt “Əlisahib” olmasına baxmayaraq səhvən “Əlsahib”, qızı İlahənin soyadı həmin vaxt “İslamova” olmasına baxmayaraq səhvən “Osmanova”, digər qızı Həbibənin soyadı həmin vaxt İslamlı olmasına baxmayaraq səhvən “Osmanova” kimi yazılmışdır. X6 27 sentyabr 2012-ci il tarixdə X11 ilə rəsmi nikah bağlayaraq Dəmirova soyadını, digər qızı X16 23 avqust 2017-ci il tarixdə X13 ilə rəsmi nikah bağlayaraq Gülalıyeva soyadını götürmüşdür. Dövlət aktında onun ata adı və qızlarının soyadlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində onların bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qızı İlahə Dəmirova qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında onun ata adının və qızlarının soyadlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Dövlət aktındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, ərizəçi onun yaxın qohumudur. Aparılan torpaq islahatı zamanı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onların birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş dövlət aktında Ərizəçi ata adı səhvən “Əlsahib”, İslamova (Dəmirova) İlahə Bilal qızı və İslamlı (Gülalıyeva) Həbibə Bilal qızının soyadları səhvən “Osmanova” kimi yazılmışdır. O, JN 586 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 yanvar 2019-cu il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1968-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçidır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2018-ci il tarixli AZE seriyalı 17843386 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 sentyabr 1968-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X4r. İş materiallarında olan XVİİ-ЖГ 308856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X15 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. İş materiallarında olan AZ-İ 774807 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X15 arasında 27 sentyabr 2012-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Dəmirov, arvada Dəmirova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 may 2018ci il tarixli AZE seriyalı 17845759 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 sentyabr 1992-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X12r. İş materiallarında olan XVİİİ-ЖГ 357178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X16 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. İş materiallarında olan AZ-İİ 146329 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X16 arasında 23 avqust 2017-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Gülalıyev, arvada Gülalıyeva soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 30 may 1994-cü il tarixdə doğulmuş şəxs X5r. İş materiallarında olan 10 fevral 2002-ci il tarixli JN 586 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X8, Ərizəçi Əlsahib qızı, X17 və X1 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli **********00 nömrəli məktubdan görünür ki, mülkiyyətçi İlahə Dəmirova JN-586 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan X9 və X2 ərizələrindən görünür ki, ailə və maddi vəziyyətləri ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəklər və onların mülkliyyətinə verilmiş torpaq sahəsinə dair Dövlət Aktında soyadlarının doğum haqqında şəhadətnamələrinə uyğun düzəldilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X24 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq X8, Ərizəçi, X15 və X10 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN 586 Kod 40719028 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi”nın ata adı həmin vaxt “Əlisahib” olmasına baxmayaraq səhvən “Əlsahib”, “X15”nın soyadı həmin vaxt “İslamova” olmasına baxmayaraq səhvən “Osmanova” və “X16”nın həmin vaxt soyadı “İslamlı” olmasına baxmayaraq səhvən “Osmanova” kimi yazılmışdır. Mülkiyyətçi X15 27 sentyabr 2012-ci il tarixdə X11 ilə ailə quraraq ərinin soyadına uyğun olaraq Dəmirova, mülkiyyətçi X16 23 avqust 2017-ci il tarixdə X13 ilə ailə quraraq ərinin soyadına uyğun olaraq Gülalıyeva soyadını götürmüşlər. Dövlət aktında soyadlarda və ata adından olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN 586 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi”nın ata adının “Əlsahib”, “X15”nın və “X16”nın soyadlarının “Osmanova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2018-ci il tarixli AZE seriyalı 17843386 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 yanvar 2019-cu il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), İslamova (Dəmirova) İlahə Bilal qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli AZE seriyalı 17845759 saylı şəxsiyyət vəsiqəsi) və İslamlı (Gülalıyeva) Həbibə Bilal qızına (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8, Ərizəçi, X15 və X10 birgə mülkiyyətlərinə verilməsinə dair 10 fevral 2002-ci il tarixli JN 586 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi”nın ata adının “Əlsahib”, “X15”nın və “X16”nın soyadlarının “Osmanova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2018-ci il tarixli AZE seriyalı 17843386 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 yanvar 2019-cu il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), İslamova (Dəmirova) İlahə Bilal qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 may 2018ci il tarixli AZE seriyalı 17845759 saylı şəxsiyyət vəsiqəsi) və İslamlı (Gülalıyeva) Həbibə Bilal qızına (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar