Məhkəmə qərarları › İş №2(037)-185/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-185/2024

22.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-185/2024 22.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər İsgəndərova Fərı̇ də Süleyman qızı, İsmayıllı rayon Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs Maraqlı şəxs qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən yaranmış hüquqi nəticələrin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 ilə 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4e-2/228 nömrə ilə qeyd edilmiş müqavilənin və Cavabdeh3 ilə Maraqlı şəxs arasında bağlanmış AN-İ № ******* saylı,xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilələrdən yaranan sonrakı hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, anası Lumu Səfərova istifadəsində olan 0,06 ha (zəbtlə birlikdə 0,09 ha olan) həyətyanı torpaq sahəsində inşa edilmiş iki otaqlı, bir mərtəbəli kürsüsüz evdə yaşamışdır.Anası 2005-ci ildə vəfat etmiş,ona məxsus olmaqla miras qalan həyətyanı torpaq sahəsinə və evə Rusiya Federasiyasında yaşayan və Rusiya vətəndaşı olan qardaşı Əmirxan Səfərov faktiki sahiblik etmişdir.2008-ci ilin ortalarında qardaşı ona zəng edərək,bildirmişdir ki,torpaq islahatları zamanı onun adına verilmiş JN-3215F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə anasına məxsus torpaq sahəsinə aitdir və həmin şəhadətnamə əsasında torpağı notarial qaydada alğı-satqı əsasında İsmayıllı şəhəri,H.B.ünvan 1 ünvanında yaşayan baldızı Cavabdeh3 adına rəsmiləşdirsin. Onun sənədlərdən başı çıxmadığına və qardaşına inandığına görə Fəridə ilə birlikdə İsmayıllı rayon Dövlət Notariat Kontoruna gedərək JN-3215F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun adına mülkiyyətdə olan 0,09 ha həyətyanı torpaq sahəsini notarial qaydada alqı-satqı yolu Cavabdeh3 adına rəsmiləşdirmişdir. O, 11 aprel 2023-cü ildə faktiki mülkiyyətində olan həyatyanı torpaq sahəsi və fərdi yaşayış evini dövlət qeydiyyatına aldırarkən ona məlum olmuşdur ki,evinin yerləşdiyi həyətyanı torpaq sahəsi satılıbdır. Belə ki, həmin torpaq sahəsinin hansı qaydada və necə satılması barədə məlumat əldə etmək üçün reyestr xidmətinə müraciət etmiş, həmin orqanın 06 oktyabr 2023-cü il tarixli məktubu ilə ona məxsus torpaq sahəsinin xx.xx.2008-ci il tarixdə satılması qeyd edilmişdir. Həmin məsələnin araşdırılması ilə əlaqədar Fəridə ilə əlaqə saxladıqda ona məlum olmuşdur ki, JN-3215F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə onun mülkiyyətində olan torpaq sahəsi anasına məxsus torpaq sahəsi deyil, elə onun özünün mülkiyyətində olan evinin yerləşdiyi həyətyanı torpaq sahəsidir.Belə ki, artıq dekabr ayının ortalarında ona məlum olmuşdur ki,onun 2008-ci il tarixdə Fəridənin adına rəsmiləşdirdiyi torpaq sahəsi anasına məxsus torpaq sahəsi deyil,məhz onun hazırda sahibliyində və istifadəsində olan torpaq sahəsidir.Bildirmək istəyir ki,ona məxsus evi mülkiyyət hüququ üzrə adına qeydə alınmış, lakin həyətyanı torpaq sahəsi qeydə alınmamışdır.O,bununla əlaqədar qardaşı ilə, sonra torpaq sahəsini satdığı Fəridə ilə əlaqə saxlamış, Fəridə ona bildirmişdir ki, onun adına rəsmiləşdirilmiş torpaq sahəsini də o qardaşı X2 tələbi ilə Maraqlı şəxs adlı şəxsə satmışdır.O,JN-3215F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə üzrə həyatyanı torpaq sahəsinə dair Cavabdeh3 arasında bağlanmış müqavilənin surətini Qəbələ 9 saylı Ərazi İdarəsindən əldə etsə də, həmin torpaq sahəsinə dair Cavabdeh3 ilə Maraqlı şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın surətlərinin ona verilməsindən imtina edilmiş,yalnız məhkəmə sorğusu əsasında verilməsinin mümkün olmasını bildirmişlər. Hazırda mülkiyyətində olan fərdi yaşayış evinin altındakı həyətyanı torpaq sahəsi Maraqlı şəxs mülkiyyətinə keçmiş, lakin həmin şəxs İsmayıllı şəhəri, Rəşid Behbudov küçəsində onun anasına məxsus olmuş həyətyanı torpaq sahəsində yaşayır.Bu anlaşılmazlıq onun mülkiyyət hüququnu pozur. JN-3215F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə üzrə mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsinə dair X1 ilə 03 iyun 2008-ci ildə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan sonrakı hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçıla aralarında qohumluq münasibətləri vardır. İddiaçı qardaşı Əmirxan Səfərovun istəyi ilə JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan 0,09393 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixli, **********83 reyestr nömrəli, 707-1/3092 invertar nömrəli “Torpaq sahəsinin Planı və ölçüsü” sənədinə əsasən İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsi onun adına qeyd edilmişdir. Reyestr nömrəsi **********83,inventar nömrəsi 407-1/3092, verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə mülkiyyətində olan İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsini 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında 12700 manata Maraqlı şəxs satmışdır.O,sözügedən alqı-satqı müqavilələrində tərəf olsa da, həmin alqısatqı müqavilələri üzrə nə İddiaçı pul verib,nə də Behcət Səfərovdan pul almayıbdır. Eyni zamanda alqı-satqı zamanı hansı torpaq sahəsinin satılmasından məlumatı olmamış, ancaq alqı-satqı müqavilələrinə imza etmişdir. İddiaçı sözügedən torpaq sahəsini birbaşa Maraqlı şəxs sata bilmədiyindən alqı-satqı müqavilələrində onun adından istifadə edilmişdir. İddiaçıla aralarında qohumluq münasibətləri olduğundan alqı-satqı müqavilələrində tərəf olmağa razılıq vermişdir. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinə və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmişlər,məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs iddianı qəbul etməyərək bildirmişdir ki, 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh3 ilə onun arasında reyestr nömrəsi **********83,inventar nömrəsi 407-1/3092,verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında Cavabdeh3 məxsus İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmış və hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir.O, 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,09393 ha torpaq sahəsinə görə satıcı Cavabdeh3 12700 manat pul ödəmişdir. Natarusda alqı-satqı zamanı ondan 0,06 ha torpaq sahəsinin deyil, 0,09393 ha torpaq sahəsinin pulu alınıbdır. Sonradan İddiaçı ona Fəridə tərəfindən satılmış torpaq sahəsinin sənədinin hazırda onun faktiki istifadəsində və sərəncamında olan torpaq sahəsinə aid olmadığını,onun özünə məxsus torpaq sahəsinə aid olduğunu demişdir. İddiaçı alqı-satqı zamanı satılan torpaqla bağlı ona məlumat verməsindən sonra məlum olmuşdur ki, alqı-satqı müqaviləsində qeyd edilən sözügedən torpaq sahəsi 0,09393 ha deyil, 0,06 ha-dır. O,alqı-satqı müqaviləsi üzrə haqqhesabı İddiaçıla deyil, qardaşı Əmirxan Səfərovla aparmışdır.Ona görə də İddiaçı bildirmişdir ki, alqı-satqı zamanı ondan 0.06 hektar torpaq sahəsinin deyil, 0,09393 ha torpaq sahəsinin pulu alındığından, artıq ödədiyi 0.03 hektar torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri ona ödənilərsə, sözügedən alqı-satqı müqaviləsinin ləğv edilməsinə razılıq verə bilər. İddiaçı onun təklifi ilə razı olmadığından sözügedən alqı-satqı müqaviləsinin ləğv edilməsinə razılıq verməmişdir. Bildirmək istəyir ki, o qanuni şəkildə alğı-satqı yolu ilə torpaq sahəsini almış və hazırda da onun istifadəsindədir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını,iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: JN-3215F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon AİK-nın qərarı ilə İsmayıllı rayonu, İsmayıllı şəhərində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi İddiaçı adına 17830 nömrə ilə qeydə alınmışdır. xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan 0,09393 ha həyətyanı torpaq sahəsini həmin tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 9800 manata Cavabdeh3 satmışdır. xx.xx.2010-cu il tarixli, **********83 reyestr nömrəli, 707-1/3092 invertar nömrəli “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsi Cavabdeh3 adına qeyd edilmişdir. 20 yanvar 2010-cu il tarixli,AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 reyestr nömrəsi **********83,inventar nömrəsi 407-1/3092,verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin plan və ölçüsü” üzrə mülkiyyətində olan İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsini 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında 12700 manata Maraqlı şəxs satmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İsmayıllı şəhəri, R.Bəşirov küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, arxiv sənədlərinə əsasən İsmayıllı şəhəri ərazisində yerləşən JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0,09 ha həyətyanı torpaq sahəsi olub və İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2008-ci il tarixli, 4Ə-2/228 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə iddiaçının mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 ilə 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinə əsasən ona satmış, xx.xx.2010-cu il tarixli, **********83 reyestr nömrəli,707- 1/3092 invertar nömrəli “Torpaq sahəsinin Planı və ölçüsü” əsasında İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsi Cavabdeh3 adına qeyd edilmiş, 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən reyestr nömrəsi **********83,inventar nömrəsi 407-1/3092, verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Cavabdeh3 isə özünə məxsus İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsini Maraqlı şəxs satmışdır. Hər iki alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi naturada eyni olsa da, satılmaq istənən torpaq sahəsi başqa, yəni,JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iddiaçının mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsinə aid olmuşdur. Belə ki, məhkəmə iclası zamanı da bu hal öz təsdiqini tapmış və işin mübahisəsiz halıdır. İstər İddiaçıla Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsi, istərsə də Cavabdeh3 ilə Maraqlı şəxs arasında bağlanmış alğı-satqı müqaviləsinin pedmeti olan torpaq sahəsi İddiaçı anasına məxsus torpaq sahəsi olmalı ikən,hər iki alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi səhvən İddiaçı adına qeyd edilmiş şəhadətnamə əsasında satılmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir.Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir.Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir.Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər.Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa,tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7.Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə,hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir.Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur.Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir,ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki,İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi naturada eyni olsa da,satılmaq istənən torpaq sahəsi başqa, yəni,JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iddiaçının mülkiyyətində olan 0,09393 ha həyətyanı torpaq sahəsinə aid olmuşdur. Göründüyü kimi iddiaçı bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin faktiki sahibliyi və istifadəsi barədə tərəflər arasında hər hansı mübahisə mövcud olmamış, hazırda da mübahisə yoxdur. Lakin satılmaq istənən torpaq sahəsi ilə əslində satış predmeti olan torpaq sahəsinə aid sənədlərdə yanılma olduğu üçün hazırda iddiaçı ona məxsus torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Bundan başqa hər hansı müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir.Belə ki,Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil,həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki, JN- 3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə iddiaçının mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 ilə İddiaçı arasında 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alğı-satqı müqaviləsinə əsasən yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Eyni zamanda Cavabdeh3 ilə İddiaçı arasında 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin alğı-satqı müqaviləsi nəticəsində verilmiş reyestr nömrəsi **********83, inventar nömrəsi 407-1/3092, verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin plan və ölçüsü” ləğv edilməli və sözügedən torpaq sahəsinin plan və ölçüsü əsasında Cavabdeh3 məxsus İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsininə dair Cavabdeh3 ilə Maraqlı şəxs arasında 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan 0,09393 ha həyətyanı torpaq sahəsi həmin tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 9800 manata Cavabdeh3 satmışdır. Ona görə də hazırkı alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən 9800 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh3 qaytarılmalıdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 reyestr nömrəsi **********83,inventar nömrəsi 407-1/3092,verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin planı və ölçüsü” üzrə mülkiyyətində olan İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsini 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında 12700 manata Maraqlı şəxs satmışdır.Ona görə də hazırkı alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən 12700 manat məbləğində pul Cavabdeh3 alınaraq, Maraqlı şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, hazırki iddaya müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.Belə ki,MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Bəhs edilən maddənin dəyişiklikdən sonrakı mətni “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyasında verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən,maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir.Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil,kəsici müddətlərə aiddir.Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırkı mübahisəyə nəzər saldıqda isə işin hallarından aydın olur ki, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi andan etibarən yəni, 2023-cü ilin dekabr ayında (məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi ayda) tanışı olan hüquqşunasa müraciət etmiş və məhz o zaman iddiaçıya məlum olmuşdur ki, sözügedən torpaq sahəsi onun tərəfindən vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində satılmışdır. Belə ki, 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən 06 oktyabr 2023-cü il tarixdə ona məxsus torpaq sahəsinin 2008-ci il tarixdə özgəninkiləşdirildiyi barədə məktub göndərilmiş,məhz həmin məktubdan sonra aidiyyəti şəxslərlə (Fəridə,qardaşı,Behcət) bu barədə danışıqlar aparmış və dekabr ayında artıq ona məlum olmuşdur ki, o, səhvən özünə məxsus torpaq sahəsinin sənədlərini təqdim edərək başqa torpaq sahəsini satmışdır. Göründüyü kimi İddiaçı hüquqlarının pozulmasını bildiyi gündən etibarən təxminən 15 gün sonra hüquqlarının bərpası üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu səbəbdən də əqdi mübahisələndirmək hüququndan məhrum olmamışdır. Məhkəmə əmlak əldə edilərkən sonuncu mülkiyyətçinin vicdanlılıq faktoruna da hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,vicdanlı sahibin xoş niyyət,ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması,habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına,əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı,həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur.Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur.Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Hazırki mübahisəyə dair reyest nömrəsi **********83, inventar nömrəsi 407-1/3092, verilmə tarixi xx.xx.2010-cu il olan Torpaq sahəsinin plan və ölçüsü əsasında Cavabdeh3 məxsus İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə X3 arasında 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında X3 daşınmaz əmlakı əldə edərkən vicdanlı olmamış, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqddən məlumatı olmuşdur. Belə ki, məhkəmə iclasında iddiaçının anasına məxsus torpaq sahəsinin 0,06 ha olması, bu barədə Behçət Mahmudovun məlumatının olması və məhz həmin torpaq sahəsinin ona satılmasının təkilf edilməsi, sözügedən torpaq sahəsinə naturada baxış keçirilməsi zamanı harda və neçə ha olması barədə məlumatlı olması, lakin müqavilənin 0,09393 ha torpaq sahəsi ilə bağlanmasına hər hansı münasibət bildirməməsi, hətda hazırki onun faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinin məhz 0,09393 deyil, 0,06 ha olması, eyni zamanda satış predmeti olmuş torpaq sahəsinin ölçülərinin fərqli olması barədə hazırki vaxtadək tərəflər arasında hər hansı mübahisə olmaması bir daha onu deməyə əsas verir ki, Behçət Mahmudov müqavilə bağlanarkən torpaq sahələrinin sənədlərinin fərqli olmasından məlumatlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,JN-3215F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə iddiaçının mülkiyyətində olan 0,09393 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 ilə İddiaçı arasında 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alğı-satqı müqaviləsinə əsasən yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Eyni zamanda Cavabdeh3 ilə İddiaçı arasında 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin alğı-satqı müqaviləsi nəticəsində verilmiş çıxarışa əsasən reyestr nömrəsi **********83,inventar nömrəsi 407-1/3092, verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilməli və sözügedən torpaq sahəsinin plan və ölçüsü əsasında Cavabdeh3 məxsus İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Maraqlı şəxs arasında 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. 03 iyun 2008-ci il tarixli Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 9800 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh3, 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş 12700 manat məbləğində pul Cavabdeh3 alınaraq, Maraqlı şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləğinin tutulması ilə bağlı tələb olmadığından,mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. JN-3215F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə İddiaçı mülkiyyətində olan 0,09393 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 ilə İddiaçı arasında 03 iyun 2008-ci il tarixdə Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab hesab edilsin və həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına verilmiş reyestr nömrəsi **********83, inventar nömrəsi 407-1/3092,verilmə tarixi xx.xx.2010-cu il olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilsin. Reyest nömrəsi **********83, inventar nömrəsi 407-1/3092, verilmə tarixi xx.xx.2010cu il olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cavabdeh3 məxsus İsmayıllı şəhərində yerləşən 0,09393 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Maraqlı şəxs arasında 20 yanvar 2010-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 03 iyun 2008-ci il tarixli Cavabdeh1 bağlanmış və reyestrdə 4Ə-2/228 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 9800 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh3 qaytarılsın. 20 yanvar 2010-cu il tarixli,AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş 12700 manat məbləğində pul Cavabdeh3 alınaraq, Maraqlı şəxs qaytarılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar