Məhkəmə qərarları › İş №2(037)-19/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-19/2024

19.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-19/2024 19.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakı ilə Ərizəçi İsmayıllı rayon İHB-nın Qalacıq kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 19 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı rayon İHB-nın Qalacıq kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 19 sentyabr 1997-ci il tarixdə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olmuşdur. Valideyinləri vəfat etdikdən sonra Gülzadə Həmzəyeva qardaşı X12 himayəsində yaşayır. Gülzadə anadan xəstə doğulmuş, əlildir. Əmək qabliyyətsizdir. Kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Öz hərəkətlərinin mənasını anlaya bilmir. Ona görə də X20 kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinə müraciət edərək Gülzadə Həmzəyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərində qəyyum təyin olunması barədə məhkəməyə ərizə ilə müraciət olunmasını xahiş etmişdir. Nümayəndəlik ərizə ilə məhkəməyə müraciət etmiş və X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək ərizənin təmin olunmasını xahiş etmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X16 izahat verərək göstərdi ki, X3 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya hesab edir ki, Gülzadə Həmzəyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olmadığından ərizənin təmin edilməməsini xahiş edir. İşdə olan XXİ-ЖГ250251 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində doğulmuş şəxs X5r. X1 və X11r. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1975-ci il tarixdə doğulmuş şəxs X14r. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 111957 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 may 2001-ci il tarixdə vəfat etmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 842622 nömrəli xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X25 X9 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş PHŞ-6-47/2- 564/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Qalacıq kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü X2 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetinə xx.xx.2016-cı il tarixdə müraciət etmiş, ona müayinə və müalicə üçün Bakı şəhəri 1 saylı X18 getməsi məsləhət bilinmişdir. Xəstə xx.xx.2016-cı il tarixdə yenidən müraciət etdikdən sonra o Bakı şəhəri 1 saylı X18 stasionar müalicə üçün göndərilmişdir. Bundan sonra X2 M.R.X-nın Poliklinika Şöbəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 xx.xx.2018-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub və hal-hazırda “yüngül dərəcəli əqli gerilik”diaqnozu ilə müalicəsi davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli 2363 və 3490 nömrəli rəylərindən görünür ki, iş materialları əsasında aparılmış ekspert rəylərinə əsasən İsmayıllı rayonun Qalacıq kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü X4 “yüngül dərəcəli əqli gerilik” müəyyən edilir. Gülzadə Həmzəyeva hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, onları idarə edə bilmək qabiliyyətindədir. Gülzadə Həmzəyevanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar yoxdur və onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan verir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X7 xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuşdur. Valideyinləri vəfat etdikdən sonra Gülzadə Həmzəyeva qardaşı X12 himayəsində yaşayır. Gülzadə Həmzəyevada əqli zəiflik olduğu üçün Qalacıq kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi ərizə ilə məhkəməyə müraciət edərək onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetinə xx.xx.2016-cı il tarixdə müraciət etmiş, bundan sonra o Bakı şəhəri 1 saylı X18 stasionar müalicə üçün göndərilmişdir. X7 xx.xx.2018-ci iltarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə qəbul olunmuş və hal-hazırda da həmin xəstəxanada “yüngül dərəcəli əqli gerilik”diaqnozu ilə müalicəsi davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 2363 və 3490 nömrəli rəyləri ilə X4 “yüngül dərəcəli əqli gerilik” müəyyən edilmişdir. Gülzadə Həmzəyeva psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, onları idarə edə bilmək qabiliyyətindədir. Gülzadə Həmzəyevanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar yoxdur və onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan verir. Ərizəçi X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olmadığından ərizənin təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X7 halhazırda Respublika Psixiatriya Xəstəxanasında “yüngül dərəcəli əqli gerilik”diaqnozu ilə müalicə alsa da “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 tərəfindən verilmiş rəylərə əsasən məhkəmə hesab edir ki, X7 hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, onları idarə edə bilmək qabiliyyətindədir və onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar