Məhkəmə qərarları › İş №2(037)-190/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-190/2021

19.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-190/2021 19.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********00850 nömrəli abonent koduna işlənmiş 1936 m3 təbii qazın dəyəri 387 (üç yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə qoşulmuş qaynatası Abduləli Əliyevin adına olmuş G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Bir müddət sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona bildirilmişdir ki, fərdi yaşayış evindən açılaraq götürülmüş ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sındığı və hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən aralandığı müəyyən edilmişdir. Ona görə də xx xxxxxx 2018-ci il tarixdə “təbii X4nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 1936 m3 itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. O, dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini xx xxxxxx 2018-ci il tarixdə ödəmişdir. Baxmayaraq ki, qaynatası Abduləli Əliyev xx xxx 2016-cı il tarixdə vəfat etmişdir, tərtib olunmuş aktlar və sayğacın 92 manat dəyərinin ödənilməsinə dair qəbz Abduləli Əliyevin adına yazılmışdır. Qaynatası vəfat etdikdən sonra qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 387,2 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu izahat verərək göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə “Cavabdeh” İB-nin X6 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Mican kəndində yaşadığı evin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı abonent imzalamışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş 29/1710-00054 nömrəli aktda sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən aralandığı aşkar edilmiş və sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 1936 m3 itirilmiş qazın dəyəri 387,2 manat məbləği iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Vİ-ЖГ 469112 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Rövşən Abduləli oğlu ilə Adgözəlova Samirə Rasim qızı arasında xx xxx 1998-ci il tarixdə nikah bağlanmış, ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Rövşən Abduləli oğlunun atası X1r. xx xxx 2011-ci il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evini oğlu Əliyev Rövşən Abduləli oğluna bağışlamış, Əliyev Rövşən Abduləli oğlu bağışlanan yaşayış evini qəbul etmişdir. AZ-İ 803188 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxx 2016-cı il tarixdə vəfat etmişdir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə X2 rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X4na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İstehlakçının nümayəndəsi iştirak etmədiyi üçün aktın imzalanmadığı qeyd olunmuşdur. xx xxxxxx 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Abduləli Əliyevin adından qaz sayğacının quraşdırılmasına görə “Cavabdeh” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 92 (doxsan iki) manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-00054 nömrəli aktın surətindən görünür ki, ******* nömrəli sayğaca xx xxxxxx 2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin qapağını sındığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən aralandığı aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii X4nın pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonentin istifadəsində 1 ədəd PQ-3 tipli qaz piltəsi, 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Aktı A.Əliyev adlı şəxsin imzaladığı göstərilmişdir. “Cavabdeh” İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1936 m3 müəyyən edilmiş və həmçinin sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Qərarda istehlakçı kimi İddiaçı adı qeyd olunmuşdur. xx xxxxxx 2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının istifadəsində olmuş ******* nömrəli qaz sayğacına müdaxilə diaqnozu qoyulmuş və itirlmiş təbii qazın bərpası üçün abonentə xx xxxxxx 2018-ci il tarixdə ******* nömrəli dəymiş ziyan aktı tərtib olunaraq 1936 m3 hesabat aparılmışdır. xx xxxxxx 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2018-ci ilin aprel ayının sonuna iddiaçının **********00850 nömrəli abonent koduna 387,2 manat borc vurulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı xx xxx 1998-ci il tarixdə Əliyev Rövşən Abduləli oğlu ilə ailə qurmuş və ərinin soyadına uyğun Əliyeva soyadını götürmüşdür. İddiaçının ərinin atası X3 xx xxx 2011-ci il tarixdə mülkiyyətində olan İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evini oğlu Əliyev Rövşən Abduləli oğluna bağışlamışdır. X3 xx xxx 2016-cı il tarixdə vəfat etmişdir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Abduləli Əliyevin adına olmuş İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X4na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İstehlakçının nümayəndəsi iştirak etmədiyi üçün aktın imzalanmadığı qeyd olunmuşdur. ******* nömrəli sayğaca xx xxxxxx 2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin qapağını sındığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən aralandığı aşkar edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə “Təbii X4nın pozulması haqqında” ******* nömrəli aktda abonentin istifadəsində 1 ədəd PQ-3 tipli qaz piltəsi, 1 ədəd radiatorun olduğu və dəymiş ziyanın hesablanması tələb olunmuş, aktı A.Əliyev adlı şəxsin imzaladığı göstərilmişdir. Həmin akt əsasında “Cavabdeh” İB-nin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli qərarla istehlakçı kimi İddiaçı yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1936 m3 müəyyən edilmiş və həmçinin sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Yeni quraşdırılmış qaz sayğacının 92 manat dəyəri xx xxxxxx 2018-ci il tarixdə ödənilmiş, ödəniş qəbzində ödəyən şəxsin Abduləli Əliyev olduğu qeyd olunmuşdur. İddiaçının adına tərtib olunmuş abonentin saldosunda 2018-ci ilin aprel ayının sonuna **********00850 nömrəli abonent koduna 387,2 manat borc vurulduğu göstərilmişdir. İddiaçı qaynatasının 2016-cı ildə vəfat etməsinə baxmayaraq 2018-ci ildə tərtib olunmuş sənədlərdə Abduləli Əliyevin adının göstərilməsini qanunsuz hesab edərək cavabdeh tərəfindən hesabına işlənmiş 387,2 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X4”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz mülahizələrində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 1936 m3 miqdarında, yəni 387,2 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan əlavə cavabdeh təşkilatın nümayəndələri müvafiq sənədləri tərtib edərkən Abduləli Əliyevin adına olmuş fərdi yaşayış evinin 2011-ci il tarixdən oğlu Rövşən Əliyevə bağışlamasını, qaz sayğacının İddiaçı adına sənədləşdirilməsini və Abduləli Əliyevin 2016cı ildə vəfat etməsini nəzərə almadan aktları araşdırma aparmadan Abduləli Əliyevin adına tərtib etmişlər və xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” aktın Abduləli Əliyev tərəfindən imzalandığını göstərişlər. Qaz sayğacının dəyəri sayğac adına rəsmiləşdirilmiş iddiaçı tərəfindən 2018-ci ildə ödənilməsinə baxmayaraq qəbzdə də 2016-cı ildə vəfat etmiş Abduləli Əliyevin adı qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 1936 m3 itirilmiş təbii qazın dəyəri 387,2 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00850 nömrəli abonent koduna vurulmuş 1936 kub metr təbii qazın dəyəri 387 (üç yü səksən yeddi) manat 20 (iyirmi) qəpik debitor borc məbləği silinsin. Qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat məbləği “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar