Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-195/2025 05.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı “alğı-satqı ilə əldə olunmuş torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və bölgü işlərinin aparılmasına cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair mülki işə 05 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən X1 adına xx.xx.2007-ci il tarixdə verilmiş, reyestrdə **********17-10301 nömrə ilə və ********* qeydiyyat nömrəsi ilə qeydə alınmış № ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsi ilə ona satılmış 0.06 hektar həyətyanı torpaq sahəsinin naturada yerində real bölünərək ayrılması və torpaq sahəsində bölgü işlərinin aparılmasına cavabdehlər tərəfindən maneçilik tördəilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 190703850, reyestr nömrəsi **********17-10301 olan MH seriyalı № ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən X1 adına qeydə alınmış İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə satın almışdır.Həmin vaxt satın aldığı torpağın yeri və ölçüləri mülkiyyətçi ilə razılaşdırılmışdır. Torpağın mülkiyyətçisi Abduləziz İbrahimov xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Abduləziz İbrahimovun vərəsəsi olaraq hazırkı iş üzrə Cavabdeh2 qalmışdır. Notariatda müqavilə bağlanarkən onlardan bölgü planı tələb olunmadığından həmin sənədi notariata təqdim etməmişlər. Hazırda mülkiyyətçinin vərəsəsi Cavabdeh2 razılaşdıqları ərazidən torpağın bölgüsünün aparılmasına razılaşmır, digər Cavabdeh1 isə bölgü işlərinin aparılmasına maneçilik törədir. Aralarında bağlanmış müqavilə hal-hazırda qüvvədədir. Bölgünün aparılması və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin təşkilat 15 noyabr 2024-cü il tarixli 3-21-3- 42/2-3-01xx-xx/2024 saylı məktubla tələbini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi mülkiyyətdə olan torpaq sahəsinin bölgüsünə mülkiyyətçi ilə razılığa gələ bilmədiyindən və bölgüyə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və saziş tələb olunduğu göstərilmişdir. Əgər tərəflər arasında narazılıq varsa müvafiq qaydada məhkəməyə müraciət edilməlidir. Həqiqətdə də birgə mülkiyyətçi, yəni onunla cavabdehlər arasında satın alınmış həyətyanı torpaq sahəsinin bölgü planının tərtib olunması üçün razılıq yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə əlaqələndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hədlərdən biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə onun tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər ilk baxışdan ayrı-ayrılıqda və məcmu halında mövcuddur. Belə ki, onunla Abduləziz İbrahimov arasında 25 oktyabr 2007-ci il tarixdə (MM-in 335.2-ci maddəsinin qüvvədə olduğu müddətdə) sözügedən torpaq sahəsinə dair yazılı əqd mövcud olmuşdur. Belə ki, işdə olan “müqavilə" dən görünür ki, Abduləziz İbrahimov tərəfindən imzalanaraq 25 oktyabr 2007-ci il tarixdə Abduləziz İbrahimovun xüsusi mülkiyyətində olan 0.06 hektar torpaq sahəsini ona satdığını və əvəzində 5100 manat pul aldığı qeyd edilmiş, notarial qaydada alğı-satqının rəsmiləşdirilməsi sonradan həyata keçirilməsi razılaşdırılmışdır. Göründüyü kimi onunla Abdüləziz İbrahimov arasında öhdəliyin yaranmasına dair əqd mövcud olmuşdur. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyin mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur.Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.Cavabdehlərin torpaq sahəsinin satılması barədə razılıq olmasına baxmayaraq, 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsindən xəbərləri olmuşdur, həmin müqavilə bağlanan zaman bu barədə məlumatları olmasına baxmayaraq torpaq sahəsinin satılmasına etiraz etməmişdilər.Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin və İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 190703850, reyestr nömrəsi **********17-10301 olan MH seriyalı №0003374 nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 79.6 kv.metr yaşayış, 42.18 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli müqavilədən görünür ki, İsmayıllı rayon İsmayıllı kənd sakini X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 2163 nömrəli arayışa və **********17-10301 reyestr nömrəsi ilə xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydə alınmış № 003374 nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli müqavilə ilə İsmayıllı şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı Əzioz oğluna 5100 manata satmışdır. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, №406 nömrəli məktubdan görünür ki, Dövlət Notariat Arxiv İdarəsindən daxil olmuş məlumata əsasən xx.xx.2007-ci il tarixli X2 ilə İddiaçı arasında İsmayıllı rayon DNK-da rəsmiləşdirilmiş 4Ə-04/471 reyestrli alğı-satqı müqaviləsi qüvvədədir və üzərində heç bir dəyişiklik edilməyibdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 oktyabr 2024-cü il tarixli, 3-21- 342/2-5441/2024 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmış, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0.06 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün notarial qaydada təsdiq olunmuş bölgü planı təqdim edilmədiyindən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İsmayıllı şəhər sakini İddiaçı ünvanlanmış 15 noyabr 2024-cü il tarixli, 3-21-3-42/2-Ə-01xx-xx/2024 saylı müraciətə cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmış, təqdim edilən sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, X1 mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin 0.06 hektar hissəsi xx.xx.2007-ci il tarixli, 4Ə-04/471 saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, alğı-satqı müqavilələrinin ayrılmaz tərkib hissəsi hesab edilən aidiyyəti mütəxəssislər tərəfindən tərtib edilmiş alıcı və satıcının müvafiq imzası və notarial təsdiq edilmiş bölgü planı təqdim edilmədiyindən müqavilə əsasında əldə edilmiş 0.06 hektar torpaq sahəsinin 0.20 hektar torpaq sahəsinin hansı hissəsindən İddiaçı ayrılaraq satılmasını müəyyənləşdirmək mümkün olmadığından müraciətin icrası mümkün olmamışdır və qeyd olunan məsələ ilə bağlı aidiyəti məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-21-3-42/2- 839/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Məhkəmənin 22 yanvar 2025-ci il tarixli, 2(037)-195/2024 saylı məktubuna əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin maturada real bölgüsü əsasında bölünməsi və bölgü işlərinin aparıəlmasına cavabdehər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair mülki iş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsində araşdırılmış,mülki işin araşdırılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2025-ci il tarixdə iddiaçı X4 iştirakı ilə İsmayıllı şəhərində yerləşən iddiada qeyd edilmiş torpaq sahəsinə baxış keçirmək üçün ərazidə olmuşlar və Cavabdeh1 ölçü işlərinin aparılmasına icazə vermədiyinə görə işin araşdırılması və rəyin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 79.6 kv.metr yaşayış, 42.18 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İsmayıllı rayon İsmayıllı kənd sakini X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 2163 nömrəli arayışa və **********17-10301 reyestr nömrəsi ilə xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydə alınmış № 003374 nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli müqavilə ilə İsmayıllı şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı Əzioz oğluna 5100 manata satmışdır. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, №406 nömrəli məktubda Dövlət Notariat Arxiv İdarəsindən daxil olmuş məlumata əsasən xx.xx.2007-ci il tarixli X2 ilə İddiaçı arasında İsmayıllı rayon DNK-da rəsmiləşdirilmiş 4Ə-04/471 reyestrli alğı-satqı müqaviləsinin qüvvədə olduğu və üzərində heç bir dəyişiklik edilmədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmış, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0.06 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün notarial qaydada təsdiq olunmuş bölgü planı təqdim edilmədiyindən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmış, təqdim edilən sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, Abduləziz İbrahimovun mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin 0.06 hektar hissəsi xx.xx.2007-ci il tarixli, 4Ə-04/471 saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, alğı-satqı müqavilələrinin ayrılmaz tərkib hissəsi hesab edilən aidiyyəti mütəxəssislər tərəfindən tərtib edilmiş alıcı və satıcının müvafiq imzası və notarial təsdiq edilmiş bölgü planı təqdim edilmədiyindən müqavilə əsasında əldə edilmiş 0.06 hektar torpaq sahəsinin 0.20 hektar torpaq sahəsinin hansı hissəsindən İddiaçı ayrılaraq satılmasını müəyyənləşdirmək mümkün olmadığından müraciətin icrası mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı aidiyəti məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-21-3-42/2-839/2025 saylı sorğuya cavab məktubunda məhkəmənin 22 yanvar 2025-ci il tarixli, 2(037)-195/2024 saylı məktubuna əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin maturada real bölgüsü əsasında bölünməsi və bölgü işlərinin aparılmasına cavabdehər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair mülki işin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsində araşdırıldığı,mülki işin araşdırılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2025-ci il tarixdə iddiaçı X4 iştirakı ilə İsmayıllı şəhərində yerləşən iddiada qeyd edilmiş torpaq sahəsinə baxış keçirmək üçün ərazidə olduqları və Cavabdeh1 ölçü işlərinin aparılmasına icazə vermədiyinə görə işin araşdırılması və rəyin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı alğı-satqı müqaviləsi əsasında Abduləziz İbrahimovdan aldığı 0.06 hektar torpaq sahəsinin ətafını mişar daşı ilə hasara almış, həmin torpaq sahəsinə ayrıca giriş-çıxış qapısı yerləşdirmiş və torpaq sahəsinin içərisinə tikinti işləri aparmaq üçün malmaterial yerləşdirmişdir. İddiaçı faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar torpaq sahəsindən sərbəst istifadə etsə də,ancaq mərhum mülkiyyətçi Abduləziz İbrahimovun vərəsəsi hazırkı iş üzrə Cavabdeh2 və mülkiyyətçinin gəlini digər Cavabdeh1 təqsiri üzündən həmin torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldıra bilmir. İddiaçı faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırmaq istəyir. Lakin cavabdehlər reyestr idarəsinin mütəxəssislərini ölçü işləri aparmaq üçün mübahisəli əraziyə buraxmadıqlarından bölgünün aparılması mümkün olmamış, iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən X1 adına xx.xx.2007-ci il tarixdə verilmiş, reyestrdə **********17-10301 nömrə ilə və ********* qeydiyyat nömrəsi ilə qeydə alınmış № ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsi ilə ona satılmış 0.06 hektar həyətyanı torpaq sahəsinin naturada yerində real bölünərək ayrılması və torpaq sahəsində bölgü işlərinin aparılmasına cavabdehlər tərəfindən maneçilik tördəilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edir.Cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı qeyd olunan əqdin mövcudluğu barədə sübutu məhkəməyə təqdim etdiyinə görə iddia tələbi əsaslı sayılıb təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Belə ki, hazırkı mübahisə üzrə cavabdehlərin bir başa iradə ifadəsini özündə əks etdirən mübahisəli torpaq sahəsinin alğı-satqısına dair notariat qaydasında və ya sadə yazılı formada bağlanmış müqavilənin mövcudluğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2ci maddəsində nəzərdə tutulmuş şərtlər ilk baxımdan ayrı-ayrılıqda və məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə Abduləziz İbrahimov arasında 25 oktyabr 2007-ci il tarixdə (MM-in 335.2-ci maddəsinin qüvvədə olduğu müddətdə) sözügedən torpaq sahəsinə dair yazılı əqd mövcud olmuşdur. Belə ki, işdə olan İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli müqavilədən görünür ki, İsmayıllı rayon İsmayıllı kənd sakini X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 2163 nömrəli arayışa və **********17-10301 reyestr nömrəsi ilə xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydə alınmış № 003374 nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsini İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli müqavilə ilə İsmayıllı şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı Əzioz oğluna 5100 manata satmışdır. Göründüyü kimi tərəflər arasında öhdəliyin yaranmasına dair əqd mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konustitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan mərhum Abduləziz İbrahimovun adına qeydə alınmış 0.20 hektar torpaq sahəsindən 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı satılmış və faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin naturada yerində real bölünərək ayrılması üçün reyestr idarəsinin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasına cavabdehlərin maneçilik törətmələri iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşması ilə nəticələnir. Ona görə də məhkəmə hesab edir ki, reyestr idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən icazə verilmədiyindən mərhum Abduləziz İbrahimovun mülkiyyətində olan 0.20 hektar həyətyanı torpaq sahəsindən 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı satılmış və faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin ayrıca giriş-çıxış yeri olduğundan və həmin torpaq sahəsi hazırda İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılması məhkəmə qaydasında mümkün olduğundan sözügedən torpaq sahəsinin naturada ayrılması üçün mütəxəssis rəyi verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə mərhum Abduləziz İbrahimovun adına qeydə alınmış 0.20 hektar torpaq sahəsindən 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı satılmış və faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsinə dair hissəsinin mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla mütəxəssis rəyi olmadan naturada yerində real bölünərək ayrılmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-21-3-42/2-839/2025 saylı sorğuya cavab məktubuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2025-ci il tarixdə iddiaçı X4 iştirakı ilə İsmayıllı şəhərində yerləşən iddiada qeyd edilmiş torpaq sahəsinə baxış keçirmək üçün ərazidə olmuşlar və Cavabdeh1 ölçü işlərinin aparılmasına icazə vermədiyinə görə işin araşdırılması və rəyin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdehlər təyin edilmiş mütəxəssisin mübahisəli torpaq sahəsinə baxış keçirərək müvafiq ölçü işlərinin aparılmasına şərait yaratmadığına görə məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 190703850, reyestr nömrəsi **********17-10301 olan MH seriyalı № ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən X1 adına qeydə alınmış İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş,reyestrdə 4Ə-04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə ona satılmış və faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsinə dair hissəsinin mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılmasını və torpaq sahəsində bölgü işlərinin aparılmasına cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə tərəfindən hazırkı mülki iş üzrə məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, həmin iclaslar barədə cavabdehlərə rəsmi məlumat verilmiş, məhkəmə bildirişlərini qəbul etsələr də, məhkəmə iclaslarında iştirak etməyərək iddia tələbinə münasibət bildirməmişlər, eyni zamanda məhkəmənin qərardadı əsasında mübahisəli ərazidə mütəxəssisin iştirakı təmin edilmiş, mütəxəssis tərəfindən tərəflərin mübahisəli ərazidə ölçmə işlərinin aparılmasında iştirakları təmin edilmiş, ancaq cavabdehlər mübahisəli ərazidə mütəxəssisin ölçmə işlərinin aparılmasına şərait yaratmamışlar. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 190703850, reyestr nömrəsi **********17-10301 olan MH seriyalı № ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən X1 adına qeydə alınmış İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə- 04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı satılmış və faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsinə dair hissəsi mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılmalı və torpaq sahəsində bölgü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 190703850, reyestr nömrəsi **********17-10301 olan MH seriyalı № ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən X1 adına qeydə alınmış İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsindən İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 4Ə- 04/471 nömrə ilə qeydə alınmış 25 oktyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı satılmış və faktiki sahibliyində və istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsinə dair hissəsi mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılsın və torpaq sahəsində bölgü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsinə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-195/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-195/2025
05.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver