Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-198/2023 24.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 24 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarı ilə 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair tərtib edilmiş JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mərhum atası X16 (xx.xx.2006-cı il tarixdə vəfat etmişdir), anası X7 (xx.xx.2022-ci il tarixdə vəfat etmişdir) və bacısı Muştaqova (nikahdan sonra Məmmədova) Kəmalə Səlim qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-186A kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Ruşan kəndində yerləşən 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X16, X8, X10 və X11 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Racu” və ata adı “Səlimoviç” olmasına baxmayaraq JN- 186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Racı” və ata adı “Səlim” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X12 ifadə verərək göstərdi ki, Ərizəçi qardaşıdır. İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN- 186A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Kəmalə” olmasına baxmayaraq JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Səlimə” mərhum anası X3 ata adı həmin vaxt “Mirzəğa” olmasına baxmayaraq JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “Mirzağa” və qardaşı Ərizəçi isə adı həmin vaxt “Racu” və ata adı “Səlimoviç” olmasına baxmayaraq JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Racı” və ata adı “Səlim” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib,iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ruşan İƏB-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-1 №185717 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin iyul ayının 05 günündə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ №284481 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 05 ayının 25 günündə 244 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli,AZE №13595082 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş X2 rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE №******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş Ərizəçi İsmayıllı rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-186A Kod 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı ilə İsmayıllı rayon Ruşan kənd sakinləri X16, X8, X10 və X11 birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Ruşan kəndi ərazisindən 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 5808 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Ruşan İƏB xx.xx.2009-cu il tarixli AZ-İ №473826 nömrəli Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X20 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsi X16, X8,X10 və X11 (ərizəçi) birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçinin və digər mülkiyyətçilərin ad,soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin adı həmin vaxt “Racu” və ata adı “Səlimoviç” olmasına baxmayaraq JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Racı” və ata adı “Səlim” kimi yazılmışdır.Bundan əlavə X3 ata adı həmin vaxt “Mirzəğa” olmasına baxmayaraq JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “Mirzağa” və Muştaqova (nikahdan sonra Məmmədova) Kəmalə Səlim qızının isə adı həmin vaxt “Kəmalə” olmasına baxmayaraq JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Səlimə” kimi yazılmışdır. X17 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən verilmiş JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Ruşan kəndində yerləşən 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsinin X16,X8, X10 və X11 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 ata adının “Mirzağa”,Muştaqova (nikahdan sonra Məmmədova) Kəmalə Səlim qızının adının “Səlimə” və Ərizəçi adının “Racı” və ata adının “Səlim” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (İsmayıllı RİHB-nın Ruşan İƏB-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-1 №185717 saylı ölüm haqqında şəhadətnamə),X4 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,AZ-İİ №284481 saylı ölüm haqqında şəhadətnamə), Muştaqova (nikahdan sonra Məmmədova) Kəmalə Səlim qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli,AZE №13595082 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən verilmiş JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Ruşan kəndində yerləşən 0.39 hektar həyətyanı təyinatlı torpaq sahəsinin X16,X8, X10 və X11 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-186A KOD 40721018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 ata adının “Mirzağa”,Muştaqova (nikahdan sonra Məmmədova) Kəmalə Səlim qızının adının “Səlimə” və Ərizəçi adının “Racı” və ata adının “Səlim” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (İsmayıllı RİHB-nın Ruşan İƏB-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-1 №185717 saylı ölüm haqqında şəhadətnamə),X4 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,AZ-İİ №284481 saylı ölüm haqqında şəhadətnamə), Muştaqova (nikahdan sonra Məmmədova) Kəmalə Səlim qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli,AZE №13595082 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-198/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-198/2023
24.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver