Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-200/2023 27.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 27 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının keçmiş DTXK-si tərəfindən 24 may 2006-cı ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-414 Kod 40717005 saylı Dövlət X4, X13, Ərizəçi2, X10, X14, Ərizəçi1 və X11 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Quşencə kəndində yerləşən 3.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X19, X13, Ərizəçi2 qızı, X10, X14 və X5 birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir.Onun soyadı həmin vaxt “Babazadə” olmasına baxmayaraq JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Abdurazaqov” və qardaşı Ərizəçi2 isə cinsi həmin vaxt sənəddə “oğlu” kimi qeyd edilməsinə baxmayaraq JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən cinsi “qızı” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir.Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0414 KOD 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadə verərək göstərdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlanlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Quşencə kəndində yerləşən 3.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə verilmişdir. Oğlu Ərizəçi1 soyadı həmin vaxt “Babazadə” olmasına baxmayaraq JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Abdurazaqov” və digər oğlu Ərizəçi2 isə cinsi həmin vaxt sənəddə “oğlu” kimi qeyd edilməsinə baxmayaraq JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən cinsi “qızı” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib,iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quşencə İƏB-sü üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-1№570658 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin noyabr ayının 01 günündə 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 476425 nömrəli ölüm haqqında arayışdan görünür ki, abdurazaqov Babab Zinhar oğlu xx.xx.1997-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997 səhvədə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE №15025345 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuş X1 rayonu, Quşencə kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE №16527856 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonu,Quşencə kəndində anadan olmuş X3 rayonu, Quşencə kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE №17091154 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonu,Qalacıq kəndində anadan olmuş X2 rayonu, Quşencə kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu,Quşencə kəndində anadan olmuş Babazadə X12 rayonu, Quşencə kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonu,Quşencə kəndində anadan olmuş Ərizəçi2 İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə İsmayıllı rayon Quşencə kənd sakinləri X19,X13, Ərizəçi2 qızı,X10, X14, X6 və X5 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Quşencə kəndi ərazisindən 3.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 15754 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ №566708 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X10 xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar,ərə Əzizov,arvada Əzizova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin 06 ayının 24 günündə 89 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X32 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Quşencə kəndində yerləşən 3.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19,X13, Ərizəçi2 qızı,X10, X14, X6 və X5 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçilərin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi1 soyadı həmin vaxt “Babazadə” olmasına baxmayaraq JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Abdurazaqov” və Ərizəçi2 isə cinsi həmin vaxt sənəddə “oğlu” kimi qeyd olunmasına baxmayaraq JN-0414 Kod 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən cinsi “qızı” kimi yazılmışdır. X25 bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0414 KOD 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Quşencə kəndində yerləşən 3.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X19,X13,Ərizəçi2 qızı, X10, X14, X6 və X5 mülkiyyətlərinə verilməsinə dair JN-0414 KOD 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 soyadının “Abdurazaqov” və Ərizəçi2 isə cinsinin “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (İsmayıllı RİHB-nın Quşencə İƏB-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli,AZ-İ №570658 saylı ölüm haqqında şəhadətnamə),X11 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli,476425 nömrəli ölüm haqqında arayış), X7 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE №17091154 saylı şəxsiyyət vəsiqəsi), Abdurazaqova (nikahdan sonra Əzizova) Xatirə Vahid qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE №16527856 saylı şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli,AZE №15025345 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0414 KOD 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Quşencə kəndində yerləşən 3.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X19,X13,Ərizəçi2 qızı,X10,X14, X6 və X5 mülkiyyətlərinə verilməsinə dair JN-0414 KOD 40717005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 soyadının “Abdurazaqov” və Ərizəçi2 isə cinsinin “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (İsmayıllı RİHB-nın Quşencə İƏB-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli,AZ-İ №570658 saylı ölüm haqqında şəhadətnamə), X11 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli,476425 nömrəli ölüm haqqında arayış), X7 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE №17091154 saylı şəxsiyyət vəsiqəsi),Abdurazaqova (nikahdan sonra Əzizova) Xatirə Vahid qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE №16527856 saylı şəxsiyyət vəsiqəsi), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE №15025345 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-200/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-200/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver