Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-202/2025 07.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxslər X16 və X12 qarşı “miras əmlakın vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” tələbinə dair mülki işə 07 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 miras qalmış İsmayıllı şəhəri,H.Əliyev pr-ti D-1, ev 6 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsinin və həmin ünvanda yerləşən yaşayış sahəsi 148.5 kv.metr yaşayış evinin 1/4 paylar ilə aralarında bölünməsi və mərhum qardaşı X27 aid 1/4 hissənin onun vərəsələrinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 mart 2025-ci il tarixli, 2(037)-202/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “miras əmlakın vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə X28 və X21 üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhərində yaşayır. Cavabdeh onun mərhum qardaşı Sədi Məsumovun arvadıdır. X49 xx.xx.2015-ci il tarixdə, qardaşı Sədi Məsumov 18 noyabr 2021-ci il tarixdə və X45 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Mərhum atasından İsmayıllı şəhəri, H.Əliyev pr-ti D-1, ev 6 ünvanında yerləşən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli, 111 nömrəli qərarı ilə ayrılmış 0,10 hektar torpaq sahəsi və 148,5 kv.metrdən ibarət yaşayış evi miras qalmışdır. Mərhum X49un vərəsələri o yəni İddiaçı, bacısı Südabə Məsumova, qardaşı Rövşən Məsumov və mərhum qardaşı Sədi Məsumovdur. Onlar miras əmlakı qəbul etmişlər. Atasına məxsus həyətyanı sahədə və evdə müəyyən yaxşılaşdırma işləri aparmış və torpağı becərmişdir. Mərhum qardaşı Sədi Məsumovun vərəsələri arvadı Cavabdeh, oğlu Elsevər Məsumov və qızı Nilufər Məsumzadədir. Mərhum atası vəfat etdikdən sonra miras əmlakın bölgüsü ilə əlaqədar onunla mərhum qardaşı Sədi Məsumovun arvadı Cavabdeh arasında mübahisələr yaranmışdır. O və digər vərəsələr miras əmlakın qanunvericiliyə uyğun olaraq aralarında bərabər şəkildə bölünməsinə razıdırlar. Ancaq mərhum qardaşının arvadı bununla razılaşmır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mərhum atasından miras qalmış torpaq sahəsi və yaşayış evi 1/4 hissədə paylarla aralarında bölünməli və Cavabdeh və mərhum qardaşının övladları Elsevər Məsumov və Nilufər Məsumzadə qardaşına aid olan hissəni əldə etməlidirlər. Ona görə də mərhum atası X5 miras qalmış İsmayıllı şəhəri, H.Əliyev prti D-1, ev 6 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsinin və həmin ünvanda yerləşən yaşayış sahəsi 148.5 kv.metr yaşayış evinin 1/4 paylar ilə aralarında bölünməsi və mərhum qardaşı X27 aid 1/4 hissənin onun vərəsələrinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, İddiaçı mütəmadi olaraq valideynlərinin yaşadığı evə gedib gəlmiş, onların qayğısını çəkmiş, valideynləri vəfat etdikdən sonra isə dəfnlərini həyata keçirmiş, yas mərasimləri vermişdir. Bundan başqa atası rəhmətə getdikdən bir müddət sonra iddiaçının qardaşı arvadı olan hazırki tələb üzrə cavabdeh arasında miras əmlakla bağlı mübahisə yaranmış, aralarında razılaşma mümkün olmamış və məhz bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 təmsil etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, məhkəmədən atası X2ndan miras qalmış İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, D-1, ev 6 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsinin və həmin ünvanda yerləşən yaşayış sahəsi 148,5 kv.metr olan yaşayış evinin 1/4 paylar ilə aralarında bölünməsi və mərhum qardaşı Sədi Məsumova aid 1/4 hissənin onun vərəsələrinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası və cavabdehin qaynX49 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir, ondan İsmayıllı şəhəri, H.Əliyev prospekti,D-1,ev 6 ünvanında yerləşən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə ayrılmış 0,10 hektar torpaq sahəsi və 148,5 kv.metrdən ibarət yaşayış evi miras qalmışdır.İddiaçının qeyd etdiyinə əsasən Səttar Məsumovun vərəsələri övladları Südabə Məsumova, Rövşən Məsumov, Sədi Məsumov və İddiaçıdur. İddia ərizəsində qeyd olunur ki, adları çəkilən şəxslər miras əmlakı qəbul etmişlər, sözügedən həyətyanı sahədə və evdə müəyyən yaxşılaşdırma işləri aparmışlar və torpağı becərmişlər. X45 da vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş qardaşı Sədi Məsumovun vərəsələri arvadı Cavabdeh və uşaqları Elsevər Məsumov və qızı Nilufər Məsumzadədir. İddiaçı qeyd edir ki, ataları vəfat etdikdən sonra mərhum qardaşının arvadı Cavabdeh ilə aralarında mübahisələr yaranmışdır. Digər vərəsələr və iddiaçı əmlakın qanunvericiliyə uyğun olaraq aralarında bərabər şəkildə bölünməsinə razıdırlar, ancaq mərhum qardaşının arvadı Cavabdeh bununla razılaşmır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mərhum atasından miras qalmış torpaq sahəsi və yaşayış evi 1/4 hissədə paylarla aralarında bölünməlidir.Eləcə də cavabdeh və onun övladları qardaşına aid olan hissəni əldə etməlidirlər. İddiaçı öz tələbini əsaslandırarkən Mülki Məcəllənin vərəsəliklə bağlı münasibətləri tənzimləyən 1252, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151.1, 1151.2, 1159.1 və 1159.1.1-ci maddələrinə istinad etmişdir. Bildirir ki, iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, yuxarıda qeyd olunmuş fərdi yaşayış evi hələ ötən əsrin 50-ci illərində tikilmiş və cavabdeh mərhum əri Sədi Məsumov ilə 1986-cı ildə ailə quraraq, həmin evə gəlin köçmüşdür. Həmin vaxt ev 3 otaqdan, 1 şüşəbənddən və 1 mətbəxdən ibarət olmuşdur. X53 və cavabdeh həmin evin 1 otağında və şüşəbənd hissədə yaşamışlar. İddiaçı da həmin fərdi yaşayış evində valideynləri ilə yaşamışdır.1989-1990-cı illərdə mərhum X25 Məsumov üçün İsmayıllı şəhəri, M.F.Axundov küçəsində 1 otaqlı mənzil almışdır. Sonradan iddiaçı ailə qurub 2 ay həmin fərdi yaşayış evində yaşadıqdan sonra atası ilə aralarında baş vermiş ciddi mübahisəyə görə həmin 1 otaqlı mənzilə köçmüş və 1990-cı ildən 2014-cü ilə qədər orada yaşamışdır. 2015-ci ildə Səttar Məsumov rəhmətə gedəndən sonra iddiaçı İsmayıllı rayonun “Kəpənək” adlı qəsəbəsində özünə həyət evi almış və oraya köçmüşdür. Cavabdeh əri və iki uşaqları ilə birgə uzun illər şəraitsiz evdə yaşamış,buna baxmayaraq, fərdi yaşayış evində əhəmiyyətli yaxşılaşdırmalar etmişdir. Yəni fərdi yaşayış evinin otaq sayı artırılmış, dam örtüyü yenisi ilə əvəz olunmuş, sanitar qovşaq və hamam tikilmiş, ev təmir olunmuş, həyətə üzlük daş döşənmiş və sair işlər görülmüşdür. Bütün bunlar cavabdehin və ərinin vəsaiti və zəhməti hesabına başa gəlmişdir. Cavabdehin qaynX45 rəhmətə gedənə qədər ümumiyyətlə İddiaçı sözügedən və cavabdehin yaşadığı fərdi yaşayış evinə dair hər hansı iddiasını nümayiş etdirməmişdir. Məryəm Məsumova rəhmətə gedəndən sonra İddiaçı dəfələrlə cavabdehin həyətinə girmiş və onu narahat etmiş,dəfələrlə ona hədə-qorxu gələrək evin və həyətin bir hissəsinin ona verilməsini tələb etmişdir. Hazırda sözügedən fərdi yaşayış evində yalnız cavabdeh yaşayır və təsərrüfatı idarə edir. Cavabdeh miras əmlakı faktiki olaraq qəbul etmişdir və hal-hazırda da həmin evdə pasport qeydiyyatında olmaqla bərabər, həm də yaşayır. İddiaçı ümumiyyətlə həmin evdə yaşamır və orada qeydiyyatda da deyildir. Hazırda iddiaçı yuxarıda qeyd etdiyi daşınmaz əmlakın 1/4 hissəsində payının müəyyən olunması barədə iddia qaldırmışdır. Hesab edir ki, bunun üçün əvvəlcə daşınmaz əmlakın yerləşdiyi yer üzrə notariat ofisinə müraciət edilməli, həmin müraciət əsasında vərəsəlik işi açılmalı, bütün vərəsələr dəvət olunmalı və onların miras əmlakı qəbul edib-etməməsi aydınlaşdırılmalı, ümumiyyətlə torpağa və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olub-olmaması yoxlanılmalı idi. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Hesab edir ki, iddiaçının hazırki tələblə bilavasitə məhkəməyə müraciət etməsi iş üzrə xitam verilməsi üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun”un 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçının bildirdiyinə görə, yuxarıda qeyd olunmuş torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı vərəsəlik işinin açılması üçün Səttar Məsumovun ölümündən sonra da notariat ofisinə müraciət edilməmişdir.Halbuki, bunun üçün yuxarıda qeyd etdiyi kimi notariat orqanına müraciət edilməli, əgər əsas varsa daşınmaz əmlakın mərhum Səttar Məsumova məxsus olması barədə arayış verilməli və bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə çıxarışın alınması üçün müraciət edilməli idi. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin olunmamasını məhkəmədən xahiş edir. Üçüncü şəxslər X28 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslər X28 və X10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əzizəxanım və Asiman qonşularıdır və aralarında qohumluq münasibətləri yoxdur. O, göz açandan Əzizəxanımın həmin məhlədə yaşadığını görmüşdür. Mübahisəli həyətdə mərhum Səttar kişini və oğlu mərhum Sədi kişini, həmçinin gəlini Əzizəxanım və nəvəsi Elsevərin yaşamalarını görmüşdür. Asimanı həmin məhləyə gəlib getdiyini görsə də,ancaq orada daimi yaşadığını görməmişdir. Mərhum Səttar kişi rəhmətə gedəndə övladlarının hamısını yas mərasimində iştirak etmələrini görsə də, ancaq yas mərasiminin kimin təşkil etməsindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Əzizəxanım və Asiman qonşularıdır və aralarında qohumluq münasibətləri yoxdur. Mehriban qonşudurlar və aralarında ədavət yoxdur. Əzizəxanım mübahisəli həyətə gəlin köçmüşdür və həmin vaxtdan hazırkı vaxtadək həmin həyətdə yaşayır. Mərhum Səttar kişinin 3 oğlu və 1 qızı vardır. Mübahisəli həyətdə Səttar kişinin oğlu Sədi və gəlini Əzizəxanım yaşamışdır. Asimanı həmin məhlədə görsə də, ancaq orada daimi yaşamasını görməmişdir. Eyni zamanda Asimanın ailəsini tanımır və mübahisəli həyətdə yaşamalarını görməmişdir. Səttar kişi rəhmətə gedəndən sonra da Asimanın orada daimi yaşamasını görməmişdir. Asimanın anası Məryəm xəstə olanda həyətə gəlib-getməsini görsə də, ancaq anasına qulluq etməsindən xəbəri yoxdur. Səttar kişi və Məryəm xanım rəhmətə gedəndə Asimanın digər övladlar ilə birlikdə dəfndə və yas mərasimlərində iştirak etməsini görmüşdür. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/2 nömrəli arayışdan görünür ki, X17 18 fevral 2015-ci il tarixdə ölmüşdür. Ölümü haqqında 23 fevral 2015-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilən 24 №li akt qeydi saxlanılır. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/1 nömrəli arayışdan görünür ki, X36 18 noyabr 2021-ci il tarixdə ölmüşdür. Ölümü haqqında 24 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilən 579 №li akt qeydi saxlanılır. 28 iyun 1946-cı il tarixli 13 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, X17 ilə Cavabdeh 28 iyun 1946-cı ildə rəsmi nikaha daxil olmuşlar, ərə Məsumov və arvada Məsumova soyadı verilmişdir. Bu barədə vətəndaşlıq vəziyyəti aktları dəftərində 28/Vİ-46 nömrə ilə qeydiyyat aparılmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/7 nömrəli arayışdan görünür ki, X36 ilə Cavabdeh xx.xx.1986-cı ildə rəsmi nikaha daxil olmuşlar,nikahdan sonra ərə Məsumov və arvada İsgəndərova soyadı verilmişdir. Nikahları haqqında xx.xx.1986-cı il tarixində 87 №li akt qeydi tərtib olunmuşdur və nikahın qeydə alındığı yer İsmayıllı rayon Qeydiyyat şöbəsidir. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/6 nömrəli arayışdan görünür ki, X22 xx.xx.1955-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası X17 və anası X18r. Bu barədə xx.xx.1955-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 131 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/3 nömrəli arayışdan görünür ki, X36 xx.xx.1958-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası X17 və anası X18r. Bu barədə xx.xx.1958-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 265 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. 04 avqust 1952-ci il tarixli, ИЕ № 738967 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.1952-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuşdur, atası X17 və anası X18r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1952-ci ilin avqust ayının 4 də 43 nömrə ilə qeydə alınmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/4 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1961-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası X17 və anası X18r. Bu barədə xx.xx.1961-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 87 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/8 nömrəli arayışdan görünür ki, X23 xx.xx.1992-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası X36 və anası X3r. Bu barədə xx.xx.1992-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 160 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 06 may 2022-ci il tarixli, №254/5 nömrəli arayışdan görünür ki, X31 xx.xx.1987-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası X36 və anası X3r. Bu barədə xx.xx.1987-ci ildə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 249 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. JN-2868F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə 03 mart 2006-cı il tarixdə İsmayıllı şəhəri ərazisindən X6 mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 17546 nömrə ilə qeydə alınaraq bir nüsxəsi X11 verilmişdir. 15 mart 1963-cü il tarixli, inventar nömrəsi 411 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, İsmayıllı şəhəri 1 may küçəsində yerləşən 1958-ci ildə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi 15 mart 1963-cü il tarixdə 411 inventar nömrəsi ilə X7 adına qeydə alınmışdır. 1977-ci il tarixli,inventar nömrəsi 949 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, İsmayıllı şəhəri 1 may küçəsi m 1,ev 6 ünvanında yerləşən 1956-cı ildə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi 1977-ci il tarixdə 949 inventar nömrəsi ilə X7 adına qeydə alınmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli,3-16-5/8-xx-xx/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 övladları X22-xx.xx.1955 və X36xx.xx.1958 olduğu aşkar edilmiş, digər övladları, nikahı, qardaş-bacıları barədə heç bir məlumat aşkar olunmamışdır. Arxiv məlumatları 1949-cu ildən saxlanılır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 28 aprel 2022-ci il tarixli, №1906 nömrəli arayışından görünür ki, İsmayıllı şəhəri, H.Əliyev pr-ti D-1,ev 6 ünvanında yaşamış mərhum X9 vərəsələri həyat yoldaşı X32-xx.xx.1928, qızı X21-xx.xx.1953,oğlu X29-xx.xx.1952,oğlu İddiaçı-xx.xx.1961 və oğlu X19-xx.xx.1958 (vəfat edib xx.xx.2021) ibarətdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 10 mart 2025-ci il tarixli, 5-54-1/2-109/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev pr-ti D-1, ev 6 ünvanında yaşamış mərhum X9 vərəsələri arvadı X32 – xx.xx.2024-cü il tarixdə vəfat edib, oğlu X28 - xx.xx.1952, qızı X21 xx.xx.1955, oğlu İddiaçı-xx.xx.1961, oğlu X36 xx.xx.2021-ci il tarixdə vəfat edib və qardaşı X13 -1948 olduğu qeyd edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 19 mart 2025-ci il tarixli, 5-54-1/2-138/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, X2nun adı İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 2013-2018-ci illər üzrə 10 nömrəli təsərrüfat başına uçot kitabının 35-ci səhifəsində qeyd olunmuşdur. X4 adı 2023-2027-ci illər üzrə 48 nömrəli təsərrüfatbaşına uçot kitabının 108-ci səhifəsində, digər övladları İddiaçı adı 2023-2027-ci illər üzrə 73 nömrəli təsərrüfatbaşına uçot kitabının 134-cü səhifəsində, qızı X10 adı isə 2023-2027-ci illər üzrə 47 nömrəli təsərrüfatbaşına uçot kitabının 68-ci səhifəsində qeyd olunmuşdur. Eyni zamanda 18 noyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X24 adı 2018-2022-ci illər üzrə 59 nömrəli təsərrüfatbaşına uçot kitabının 104-cü səhifəsində qeyd olunmuşdur. İsmayıllı rayon Notariat ofisinin 04 avqust 2022-ci il tarixli, №803 nömrəli İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Qəbələ Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, X8 əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon Notariat ofisinə müraciət daxil olmuşdur. X17 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsi X30 olması barədə məlumat verilir. İsmayıllı rayon Notariat Ofisinin 13 mart 2025-ci il tarixli,№172 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka şəhadətnamənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində mərhumun oğlu X1 Rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, lakin mərhumdan miras qalmış hərhansı bir əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. İsmayıllı rayon Notariat Ofisinin 03 may 2025-ci il tarixli, №297 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq mərhumun oğlu İddiaçı tərəfindən İsmayıllı rayon Notariat Ofisinə rəsmi müraciət daxil olmamışdır.Əlavə olaraq bildirilir ki, mərhumdan miras qalmış hər-hansı bir əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. İsmayıllı rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-431 nömrə ilə qeydə alınmış İsmayıllı şəhər sakini X28 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli, **********431 nömrəli ərizədən görünür ki, X28 xx.xx.2025-ci il tarixdə **********431 nömrəli ərizə yazaraq xx.xx.2015-ci il tarixdə İsmayıllı şəhərində yaşayan atası X8 vəfat etdiyini, miras əmlakın İsmayıllı şəhərində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət olduğunu və həmin əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum Səttar Məsumov 18 fevral 2015-ci il tarixdə, Sədi Məsumov 18 noyabr 2021-ci il tarixdə və Məryəm Məsumova isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Səttar Məsumov ilə Məryəm Əlimərdanova 28 iyun 1946-cı ildə rəsmi nikaha daxil olmuşlar, ərə Məsumov və arvada Məsumova soyadı verilmişdir. Sədi Məsumov ilə Cavabdeh xx.xx.1986-cı ildə rəsmi nikaha daxil olmuşlar,nikahdan sonra ərə Məsumov və arvada İsgəndərova soyadı verilmişdir. Südabə Məsumova xx.xx.1955-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, X49 və X45dır. Sədi Məsumov xx.xx.1958-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, X49 və X45dır. Rövşən Məsumov xx.xx.1952-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuşdur,X49 və X45dır. İddiaçı xx.xx.1961-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, X49 və X45dır. Nilufər Məsumzadə xx.xx.1992-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası Sədi Məsumov və anası Əzizəxanım İskəndərovadır. Elsevər Məsumov xx.xx.1987-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur, atası Sədi Məsumov və anası Əzizəxanım İskəndərovadır. Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında JN-2868F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 03 mart 2006-cı il tarixdə İsmayıllı şəhəri ərazisindən X6 mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 15 mart 1963-cü il tarixli, inventar nömrəsi 411 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında İsmayıllı şəhəri 1 may küçəsində yerləşən 1958-ci ildə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi 15 mart 1963-cü il tarixdə 411 inventar nömrəsi ilə Səttar Məsimovun adına qeydə alınmışdır.1977-ci il tarixli,inventar nömrəsi 949 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında İsmayıllı şəhəri 1 may küçəsi m 1,ev 6 ünvanında yerləşən 1956-cı ildə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi 1977-ci il tarixdə 949 inventar nömrəsi ilə Sətdar Məsimovun adına qeydə alınmışdır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli,3-16-5/8-xx-xx/2025 nömrəli sorğuya cavab məktubunda 1949-cu il tarixli Arxiv məlumatları əsasında “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Səttar Məsumovun övladları Südabə Məsumova -xx.xx.1955 və Sədi Məsumov - xx.xx.1958 olduğu aşkar edilmiş, digər övladları, nikahı, qardaş-bacıları barədə heç bir məlumat aşkar olunmamışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 28 aprel 2022-ci il tarixli, №1906 nömrəli arayışında İsmayıllı şəhəri, H.Əliyev pr-ti D-1,ev 6 ünvanında yaşamış mərhum Səttar Məsumovun vərəsələri həyat yoldaşı Məryəm Məsumova -xx.xx.1928, qızı Südabə Məsumova - xx.xx.1953, oğlu Rövşən Məsumov xx.xx.1952, oğlu İddiaçı - xx.xx.1961 və oğlu Sədi Məsumov -xx.xx.1958 (vəfat edib xx.xx.2021) ibarət olduğu qeyd edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 10 mart 2025-ci il tarixli, 5-54-1/2-109/2025 nömrəli sorğuya cavab məktubunda İsmayıllı şəhəri, H.Əliyev pr-ti D-1, ev 6 ünvanında yaşamış mərhum Səttar Məsumovun vərəsələri arvadı Məryəm Məsumova- xx.xx.2024-cü il tarixdə vəfat edib,oğlu Rövşən Məsumov-xx.xx.1952, qızı Südabə Məsumovaxx.xx.1955, oğlu İddiaçı-xx.xx.1961,oğlu Sədi Məsumov- xx.xx.2021-ci il tarixdə vəfat edib və qardaşı Ramazan Məsumov -1948 olduğu qeyd edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 19 mart 2025-ci il tarixli, 5-54-1/2-138/2025 nömrəli sorğuya cavab məktubunda mərhum Səttar Məsumovun adı İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 2013-2018-ci illər üzrə 10 nömrəli təsərrüfat başına uçot kitabının 35-ci səhifəsində, oğlu Rövşən Məsumovun adı 2023-2027-ci illər üzrə 48 nömrəli təsərrüfatbaşına uçot kitabının 108-ci səhifəsində, digər övladları İddiaçı adı 2023-2027-ci illər üzrə 73 nömrəli təsərrüfatbaşına uçot kitabının 134-cü səhifəsində, qızı Südabə Məsumovanın adı 2023-2027-ci illər üzrə 47 nömrəli təsərrüfatbaşına uçot kitabının 68-ci səhifəsində və 18 noyabr 2021-ci il tarixdə vəfat etmiş X53un adı isə 2018- 2022-ci illər üzrə 59 nömrəli təsərrüfatbaşına uçot kitabının 104-cü səhifəsində qeyd olunduğu göstərilmişdir. İsmayıllı rayon Notariat ofisinin 04 avqust 2022-ci il tarixli, №803 nömrəli İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Qəbələ Ərazi İdarəsinə ünvanlanmış məktubda Səttar Məsumovun əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon Notariat ofisinə müraciət daxil olduğu, Səttar Məsumov xx.xx.2015-ci il tarixdə vəfat etdiyi, vərəsələrin dairəsinin müəyyən edildiyi və mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsinin Məryəm Məsumova olduğu qeyd edilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 13 mart 2025-ci il tarixli, №172 nömrəli sorğuya cavab məktubunda xx.xx.2015-ci il tarixdə vəfat etmiş Səttar Məsumovdan miras qalmış əmlaka şəhadətnamənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində mərhumun oğlu X26 Rayon Notariat Ofisinə ərizə ilə müraciət etdiyi, lakin mərhumdan miras qalmış hər-hansı bir əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmədiyi qeyd olunmuşdur. İsmayıllı rayon Notariat Ofisinin 03 may 2025-ci il tarixli, №297 nömrəli sorğuya cavab məktubunda xx.xx.2015-ci il tarixdə vəfat etmiş Səttar Məsumovdan miras qalmış əmlaka şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq mərhumun oğlu İddiaçı tərəfindən İsmayıllı rayon Notariat Ofisinə rəsmi müraciət daxil olmadığı və mərhumdan miras qalmış hər-hansı bir əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmədiyi qeyd olunmuşdur. İsmayıllı rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-431 nömrə ilə qeydə alınmış İsmayıllı şəhər sakini Rövşən Məsumov tərəfindən yazılmış xx.xx.2025ci il tarixli, **********431 nömrəli ərizədə xx.xx.2015-ci il tarixdə İsmayıllı şəhərində yaşayan X49un vəfat etdiyi, miras əmlakın İsmayıllı şəhərində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət olduğu və həmin əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin xahiş edildiyi qeyd olunmuşdur. İddiaçı mərhum X49dan miras qalmış İsmayıllı şəhəri,H.Əliyev pr-ti D-1, ev 6 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsinin və həmin ünvanda yerləşən yaşayış sahəsi 148.5 kv.metr yaşayış evinin 1/4 paylar ilə aralarında bölünməsi və mərhum qardaşı Sədi Məsumova aid 1/4 hissənin onun vərəsələrinə aid edilməsini tələb edir və iddia tələbinin təmin edilməsini xahiş edir.Cavabdeh isə iddia tələbini əsassız hesab edir və təmin olunmamasını xahiş edir. İddiaçıya münasibətdə məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X2 18 fevral 2015-ci il tarixdə vəfat etdiyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki tələb üzrə İddiaçı atası 18 fevral 2015-ci il tarixdə vəfat etmiş Səttar Məsumovdan miras qalmış İsmayıllı şəhəri,H.Əliyev pr-ti D-1, ev 6 ünvanında yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair miras əmlakı nə faktiki, nədə ki, rəsmi qəbul etməmişdir. İddiaçı miras qoyanın sağlığında və onun ölümündən sonra da ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşamalarını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən sorğu edilmiş materiallar və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də həmin faktlar öz təsdiqini tapmamışdır. Göründüyü kimi İddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən həmin hüququnu itirmişdir. Belə ki, iddiaçı valideynlərinin sağlığında onların qayğısına qaldığını, onlarla birlikdə birgə təsərrüfat idarə etdiyini, vəfatlarından sonra isə dəfn mərasimlərini təşkil etdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa övladın valideynlərinin dəfnində iştirak etməsi, hətta dəfn mərasimlərində xərc çəkməsi, milli ən-ənələrimizə uyğun olaraq övladın mənəvi borcu olduğundan, digər əsaslar olmadan təkcə dəfndə iştirak edib müəyyən xərclərin çəkilməsi öz-özlüyündə mirasın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Səttar Məsumov 18 fevral 2015-ci il tarixdə vəfat etdikdən sonra, miras açılanadək və sonra oğlu İddiaçı atasının birinci növbəli vərəsəsi kimi mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkəti yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda miras əmlakın vərəsələr arasında bölünərək payın müəyyən edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən həmin qərarda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 76). Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. Məhkəmə vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi,nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”. İddiaçı mirası faktiki qəbul etməmişdir. Bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda həmin faktlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri və sorğu materialları ilə də öz təsdiqini tapmamışdır. Məhkəmə hazırki tələbin mübahisə predmeti miras əmlakın məhz İddiaçı tərəfindən qəbul edilməsi olduğunu nəzərə alaraq, digər tərəflər və ya vərəsələr tərəfindən mirasın onlar tərəfindən də qəbul edilməsi faktı barədə tələbləri olmadığından iddia tələbindən kənara çıxmayaraq, sözügedən məsələyə hüquqi münasibət bildirməyi qanuni hesab etmir. Belə ki, mübahisə predmeti miras əmlakın kimlər tərəfindən qəbul edilməsi barədə tərəflərin notariusa müraciət etmə hüquqları vardır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh və üçüncü şəxslər X16 və X12 qarşı miras əmlakın vərəsələr arasında bölünərək payın müəyyən edilməsinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh və üçüncü şəxslər X16 və X12 qarşı miras əmlakın vərəsələr arasında bölünərək payın müəyyən edilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-202/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-202/2025
07.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver