Məhkəmə qərarları › İş №2(037)-203/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-203/2024

04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-203/2024 04.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 01 iyun 1998-ci il tarixli 47 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X5 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etdi. İşə əriəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 saylı qərarına uyğun olaraq onun və ərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qalagah kəndi ərazisindən 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərinin soyad, ad və ata adı “X7” olmasına baxmayaraq səhvən “X9” kimi yazılmışdır. X14 09 may 2004-cü il tarixdə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərinin ad və ata adının düzgün qeyd edilməməsi həmin əmlaka dair vərəsəlik hüququnun həyata keçirməsinə maneçilik yaradır. Ona görə də JN- 180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əri X5 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X5 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq atasının və anasının birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atası “X7”nun ad və ata adı səhvən “X9” kimi yazılmışdır. Həmin şəhadətnamənin ərizəçiyə və X5 məxsus olmasını təsdiq edir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qaynanasıdır. Qaynatasının adı Pirəhməd, atasının adı Namət olmasına baxmayaraq onların birgə mülkiyyətlərinə verilmiş torpaqa dair şəhadətnamədə qaynatasının ad və ata adı “X9” kimi yazılmışdır. Həmin şəhadətnamənin ərizəçiyə və X5 məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan - İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1937-ci il tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində anadan olmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayan şəxs Ərizəçidır. - Topçu kənd sovetliyi tərəfindən verilmiş İ-ИЕ 055281 nömrəli 13 oktyabr 1957-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 arasında 13 oktyabr 1957-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. - Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 095725 nömrəli 01 oktyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. - JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adları X9 və Ərizəçi kimi yazılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli 3-21-3-42/2-Q-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, ərizəçi JN-180A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. - İsmayıllı rayon İHB-nın Qalagah İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2023-cü il tarixli 395 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayon Qalagah İƏD üzrə nümayəndəliyin 02 nömrəli təsərrüfatbaşına kitabında 110-u səhifədə 145 nömrəli şəxsi hesabda Qalagah kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisihəmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X12 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 saylı qərarına uyğun olaraq X7 və Ərizəçi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş 23 avqust 2002-ci il tarixli JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X7”nun soyad, ad və ata adı “X9” kimi yazılmışdır. X7 09 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də 23 avqust 2002-ci il tarixli JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin, yəni “X7”nun soyad, ad və ata adının “X9” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7 (AZ-İ 095725 nömrəli 01 oktyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 saylı qərarına əsasən İsmayıllı rayonun Qalagah kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinin X7 və Ərizəçi birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 23 avqust 2002-ci il tarixli JN-180A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin, yəni “X7”nun soyad, ad və ata adının “X9” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7 (AZ-İ 095725 nömrəli 01 oktyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar