Məhkəmə qərarları › İş №2(037)-211/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-211/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-211/2023 15.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 15 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 26 yanvar 2005-ci il tarixli 4ə-1-38 saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0729 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4, X10, X11, Nümayəndə, X7 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclasına gəlməmişlər. Ərizəçilərin nümayəndəsi Nümayəndə məhkəmə iclasının ərizəçilərin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə ərizəçilərin işirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun (bundan sonra DNK adlandırılacaq) 26 yanvar 2005-ci il tarixli 4ə-1-38 saylı alqı-satqı müqaviləsinə uyğun olaraq ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0729 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi2 adı səhvən “Zau?”, digər mülkiyyətçi “Ərizəçi1”nın soyad, ad və ata adı səhvən “X14” kimi yazılmışdır. Mülkiyyətçi Ağabəy Babayev 02 avqust 2012-ci il tarixdə, mülkiyyətçi Kamil Babayev isə 09 yanvar 2000-ci il tarixdə vəfat etmişlər. Dövlət aktında ərizəçilərin soyad, ad və ata adının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində onların bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, Ərizəçi2 qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, Dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında ərizəçilərin soyad, ad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, Dövlət aktındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, ərizəçilər onun övladlarıdır. İsmayıllı rayon Dövlət Notariat Kontorunun 26 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq onların birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş dövlət aktında oğlu Ərizəçi2 adı səhvən “Zau?”, qızı “Ərizəçi1”nın soyad, ad və ata adı səhvən “X14” kimi yazılmışdır. Mülkiyyətçi olan əri Ağabəy Babayev 2012-ci ildə, oğlu Kamil Babayev isə 2000-ci ildə vəfat etmişlər. JN-0729 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 şahid X10 ilə eyni məzmunlu ifadə verərək JN-0729 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubaxəlilli kənd sovetliyi tərəfindən verilmiş A3 063301 nömrəli 28 avqust 1970-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X12 arasında 28 avqust 1970-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2005-ci il tarixli AZE seriyalı 04218000 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08 iyul 1949-cu il tarixdə Kürdəmir rayonun Karlar kəndində doğulmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayan şəxs X5r. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29 iyun 1971-ci il tarixdə doğulmuş şəxs X9r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2008-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1973-cü il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində doğulmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayan şəxs Nümayəndədur. İş materiallarında olan Qubaxəlilli kənd sovetliyi tərəfindən verilmiş Vİİ-ЖГ 283495 nömrəli doğum haqqında şəhadətnamənin və İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 noyabr 2015-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1980-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində doğulmuş, İsmayıllı rayonun Qubaxəlilli kəndində yaşayan şəxs Ərizəçi2dur. İş materiallarında olan Qubaxəlilli kənd sovetliyi tərəfindən verilmiş Vİİİ-ЖГ 490308 nömrəli doğum haqqında şəhadətnamənin və Ağsu Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 fevral 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1982-ci il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində doğulmuş, Ağsu şəhəri Nizami küçəsi ev 12-də yaşayan şəxs Ərizəçi1dır. İş materiallarında olan Ağsu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 377362 nömrəli 09 yanvar 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi1 arasında 09 yanvar 2008-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2012-ci il tarixli AZ-İ 542332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 avqust 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Qubaxəlilli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 003034 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 09 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 24 avqust 2005-ci il tarixli JN-0729 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X4, X10, X11, Nümayəndə, X13, Babayev Zau? Ağabəy oğlu və X3 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli **********15 nömrəli məktubdan görünür ki, Ərizəçi2 JN-0729 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli 483 nömrəli arayışdan görünür ki, JN-0729 Kod 40716018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi2 adı səhvən Zau?, Ərizəçi1 soyad, ad və ata adı X3 yazılmışdır. İş materiallarında olan İsmayıllı RİHB-nın Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli 500 nömrəli arayışdan görünür ki, Qubaxəlilli kənd İƏD üzrə nümayəndəlik ərazisində X14 adlı şəxs yoxdur və yaşamır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X20 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 26 yanvar 2005-ci il tarixli 4ə-1-38 saylı alqı-satqı müqaviləsinə uyğun olaraq X4, X10, X11, Nümayəndə, X13, Ərizəçi2 və Ərizəçi1 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0729 Kod 40716018 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nun adı səhvən “Zau?” və “Ərizəçi1”nın soyad, ad və ata adı səhvən “X14” kimi yazılmışdır. Mülkiyyətçi X4 02 avqust 2012-ci il tarixdə, X13 isə 09 yanvar 2000-ci il tarixdə vəfat etmişlər. Dövlət aktında adlarda olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-0729 Kod 40716018 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında “Ərizəçi2”nun adının “Zau?”, mülkiyyətçi “X15”nın soyad, ad və ata adının “X14” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (xx.xx.2012-ci il tarixli AZ-İ 542332 nömrəli ölüm haqqında şəhadətnamə), X10 (xx.xx.2005-ci il tarixli AZE seriyalı 04218000 saylı şəxsiyyət vəsiqəsi), X11 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Nümayəndə (xx.xx.2008-ci il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X13 (xx.xx.2019-cu il tarixli AZ-İİ 003034 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (xx.xx.2015- ci il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (xx.xx.2018-ci il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Dövlət Notariat Kontorunun 26 yanvar 2005-ci il tarixli 4ə-1-38 saylı alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən 10,69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4, X10, X11, Nümayəndə, X13, Ərizəçi2 və Ərizəçi1 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-0729 Kod 40716018 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında “Ərizəçi2” nun adının “Zau?”, mülkiyyətçi “X15”nın soyad, ad və ata adının “X14” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (xx.xx.2012-ci il tarixli AZ-İ 542332 nömrəli ölüm haqqında şəhadətnamə), X10 (xx.xx.2005-ci il tarixli AZE seriyalı 04218000 saylı şəxsiyyət vəsiqəsi), X11 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Nümayəndə (xx.xx.2008-ci il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X13 (xx.xx.2019-cu il tarixli AZ-İİ 003034 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (xx.xx.2015- ci il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (xx.xx.2018- ci il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar