Məhkəmə qərarları › İş №2(037)-216/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-216/2022

03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-216/2022 03.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 03 mart 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən ailə üzvləri ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Kərimova (nikahdan sonra Əzizova) Günay Rəhim qızı, Kərimova (nikahdan sonra Əzimova) Ülviyə Rəhim qızı, X8 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Mican kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun ata adı həmin vaxt Güləsən olmasına baxmayaraq səhvən Güləsər, qızının adı həmin vaxt Ülviyə olmasına baxmayaraq səhvən Ülviyyə, oğlunun adı həmin vaxt Babakərim olmasına baxmayaraq səhvən Balakərim kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə onun və digər mülkiyyətçilətin ad və ata adlarında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Şəhadətnamədə ad və ata adlarında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Torpaq islahatları zamanı birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə onun adı həmin vaxt “Ülviyə” olmasına baxmayaraq səhvən “Ülviyyə”, anasının ata adı həmin vaxt “Güləsən” olmasına baxmayaraq səhvən “Güləsər”, qardaşının adı həmin vaxt “Babakərim” olmasına baxmayaraq səhvən “Balakərim” kimi yazılmışdır. Göstərilən JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X9 X5 ilə eyni məzmunlu ifadə verərək JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan A3 173308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxx 1962-ci il tarixdə doğulmuş, atası X14 və X19r. İş materiallarında olan Vİİİ-ЖГ 287272 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 11 mart 1981-ci il tarixdə doğulmuş, atası X25 və Ərizəçidır. İş materiallarında olan İX-ЖГ 279013 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 18 yanvar 1983-cü il tarixdə doğulmuş, atası X25 və Ərizəçidır. İş materiallarında olan Xİ-ЖГ 360788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 28 noyabr 1985-ci il tarixdə doğulmuş, atası X25 və Ərizəçidır. İş materiallarında olan İİ-ЖГ 372773 nömrəli 15 yanvar 1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X13 arasında 15 yanvar 1981-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 810399 nömrəli 25 dekabr 2002-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X22 arasında 25 dekabr 2001-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 225553 nömrəli 04 aprel 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X32 qızı arasında 04 aprel 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Əzimov, arvada Əzimova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 fevral 2015ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1962-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş Kərimova X10 rayonu Mican kəndində yaşayır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 iyul 2017ci il tarixli seriya AZE № 17262851 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11 mart 1981-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmuş X2 rayonun Mican kəndində yaşayır. İş materiallarında olan seriya AA0207773 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18 yanvar 1983-cü il tarixdə doğulmuş şəxs X16r. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 28 noyabr 1985-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmuş X1 rayonun İsmayıllı kəndində yaşayır. İş materiallarında olan JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, X22, X20 və X3 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi ata adı Güləsər, mülkiyyətçi X12 adı Ülviyyə, X3 adı Balakərim kimi qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli 27 nömrəli arayışdan görünür ki, JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhv olaraq Ərizəçi Güləsər qızı və X17 yazılmışdır. İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin 2 nömrəli təsərrüfatbaşına kitabın 48-ci səhifəsinə əsasən Ərizəçi və X20 yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli **********81 nömrəli məktubdan görünür ki, ərizəçi JN-182F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X33 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,12 ha torpaq sahəsi Ərizəçi, X22, X20 və X3 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-182F Kod 40719018 saylı şəhadətnamədə ərizəçinin ata adı həmin vaxt “Güləsən” olmasına baxmayaraq səhvən “Güləsər”, mülkiyyətçi X12 adı həmin vaxt “Ülviyə” olmasına baxmayaraq səhvən “Ülviyyə”, mülkiyyətçi X3 adı həmin vaxt “Babakərim” olmasına baxmayaraq səhvən “Balakərim” kimi yazılmışdır. Mülkiyyətçi X22 25 dekabr 2001-ci il tarixdə X11 ilə ailə quraraq ərinin soyadına uyğun Əzizova, mülkiyyətçi X32 qızı 04 aprel 2006-cı il tarixdə X30 ilə ailə quraraq ərinin soyadına uyğun Əzimova soyadını götürmüşdür. JN-182F Kod 40719018 saylı şəhadətnamədə mülkiyyətçilərin adlarında və ata adında olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi ata adının Güləsər, X12 adının Ülviyyə, X3 adının Balakərim kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi, X22, X20 və X8 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu Mican kəndində yerləşən 0,12 ha torpaq sahəsinin Ərizəçi Güləsər qızı, X22, X17 və X4 birgə mülkiyyətinə verilməsinə dair JN-182F Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi ata adının Güləsər, X12 adının Ülviyyə, X3 adının Balakərim kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 28 fevral 2015ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Kərimova (nikahdan sonra Əzizova) Günay Rəhim qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17 iyul 2017-ci il tarixli, AZE № 17262851 saylı şəxsiyyət vəsiqəsi), Kərimova (nikahdan sonra (Əzimova) Ülviyə Rəhim qızı (AA0207773 saylı şəxsiyyət vəsiqəsi) və X8 (AA1891882 saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar