Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-224/2021 15.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi İsmayıllı rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 0,05 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Kamalova”, ata adı “Afyadulla” olmasına baxmayaraq Şəhadətnamədə səhvən soyadı “Kalmilova”, ata adı isə “Afiyətullah” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun soyadında və ata adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Şəhadətnamədə mülkiyyətçi kimi onun adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki soyadı və ata adı ilə Şəhadətnamədəki soyadı və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada əsdiq edilmiş surətindən görünür ki, xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuş Kamalova X2 rayonu, Mican kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, bu şəhadətnamə İsmayıllı rayonu, Mican kənd sakini Ərizəçi verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarı ilə verilmiş 0.05 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətinə verilib. Şəhadətnamə 12001 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi Ərizəçi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 230 saylı İsmayıllı rayon İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Kamalova X2 şəhəri (keçmiş Mican kəndi) ərazisində yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 421 saylı İsmayıllı rayon İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhvən X1 yazılmışdır. 5 nömrəli təsərrüfatbaşına kitabın 484 nömrəli şəxsi hesabına əsasən Ərizəçi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "Dövlət Aqrar İslahat Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi məxsus JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi soyadı – “Kalmilova”, ata adı isə “Afiyətullah” kimi qeyd edilmişdir. Həmin şəhadətnamədə olan bu yanlışlıq ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu, Mican kəndində yerləşən 0,05 ha torpaq sahəsinin Ərizəçi mülkiyyətinə verilməsinə dair JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin soyadının “Kalmilova“, ata adının isə “Afiyətullah” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE № 0******* saylı, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli,) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu, Mican kəndində yerləşən 0,05 ha torpaq sahəsinin Ərizəçi mülkiyyətinə verilməsinə dair JN-099A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ərizəçinin soyadının “Kalmilova“, ata adının isə “Afiyətullah” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçi – Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, AZE № 0******* saylı, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-224/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-224/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver