Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-224/2025 05.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən Cavabdeh tərəfindən **********01760 nömrəli abonent koduna işlənmiş 648 (altı yüz qırx səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdir ki, Cavabdeh tərəfindən abonent koduna işlənmiş 648,24 manat məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ona qarşı 648,24 manat borcun ödənilməsi ilə bağlı Ağdam Rayon Məhkəməsində işə baxılmış və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmışdır. Qətnamədən apelyasiya şikayəti vermiş və iş hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2(013)-3257/2024 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı 648,24 manatın tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş hazırda 2(104)-603/2025 qeydiyyat nömrəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Ona görə də hazırkı iddiaya digər məhkəmədə baxıldığından ərizə baxılmamış saxlanmalıdır. Odur ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə başqa məhkəmənin icraatında iş olduğundan hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-224/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-224/2025
05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver