Məhkəmə qərarları › İş №2(037)-226/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-226/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-226/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 06 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı ilə 6.82 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-173 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvləri olan arvadı X16, uşaqları X11, X17, X9 və X18 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun Ruşan kəndi ərazisində 6.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-173 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında oğlunun soyadı həmin vaxt “Məmmədli” olmasına baxmayaraq səhvən “Mikayılov” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqların həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında oğlunun soyadında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Dövlət aktında oğlunun soyadında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı ilə 6.82 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-173 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvləri olan arvadı X16, uşaqları X11, X17, X9 və X18 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid ifadə verərək göstərdi ki, ərizəçi onun qaynatasıdır. Torpaq islahatı zamanı qaynatasının və ailə üzvlərinin birgə mülkiyyətinə 6.82 hektar torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında qaynı Muradın soyadı həmin vaxt “Məmmədli” olmasına baxmayaraq səhvən “Mikayılov” kimi yazılmışdır. Göstərilən JN-173 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi, X16, X11, X17, X9 və X18 məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-173 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ərizəçi, X16, X11, X17, X9 və X10 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X6 “Mikayılov” kimi qeyd olunmuşdur. Dövlət aktı 6074 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət aktının bir nüsxəsi Ərizəçi verilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 24 avqust 2005-ci il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1954-cü il tarixdə İsmayıllı rayonun Uştal kəndində doğulmuş Mikayılov X13 rayonun Ruşan kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2005-ci il tarixli seriya AZE № 04217299 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18 mart 1951-ci il tarixdə İsmayıllı rayonun KR.Oktyabr kəndində doğulmuş X3 rayonun Ruşan kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 mart 2016-cı il tarixli seriya AZE № 15855291 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14 sentyabr 1980-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində doğulmuş X2 rayonun Ruşan kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 19 iyun 2015-ci il tarixli seriya AZE № 15586629 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08 avqust 1989-cu il tarixdə İsmayıllı rayonun Ruşan kəndində doğulmuş X4 rayonun Ruşan kəndində yaşayır. Asan 4 tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05 may 1991-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində doğulmuş X19 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclər prospekti, ev 7, mənzil 11-də yaşayır. Seriya AZ-İ № 701202 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 Orxan Həsən oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Həsənova soyadını götürmüşdür. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 avqust 2018-ci il tarixli seriya AZE № 17844603 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 21 iyun 1993-cü il tarixdə İsmayıllı rayonun Ruşan kəndində doğulmuş X7 rayonun Ruşan kəndində yaşayır. 04 avqust 1993-cü il tarixli XVİİ-ЖГ № 395104 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X24 21 iyun 1993-cü ildə doğulmuş, atası Ərizəçi və anası X8 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli **********35 nömrəli məktubdan görünür ki, ərizəçi JN-173 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadda olan səhvin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X33 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X15 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı əsasında İsmayıllı rayonu Ruşan kəndində yerləşən 6.82 ha torpaq sahəsi Ərizəçi, X16, X11, X17, X9 və X12 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-173 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X6 həmin vaxt “Məmmədli” olmasına baxmayaraq səhvən “Mikayılov” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-173 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X1 “Mikayılov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X16 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 04217299 saylı şəxsiyyət vəsiqəsi), X11 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № 15855291 saylı şəxsiyyət vəsiqəsi), X17 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli AZE № 15586629 saylı şəxsiyyət vəsiqəsi), X9 (Asan 4 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və X18 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli AZE № 17844603 saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı ilə İsmayıllı rayonu Ruşan kəndində yerləşən 6.82 ha torpaq sahəsinin Ərizəçi, X16, X11, X17, X9 və X10 birgə mülkiyyətinə verilməsinə dair JN-173 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin, yəni X1 “Mikayılov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X16 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 04217299 saylı şəxsiyyət vəsiqəsi), X11 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016cı il tarixli, AZE № 15855291 saylı şəxsiyyət vəsiqəsi), X17 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli AZE № 15586629 saylı şəxsiyyət vəsiqəsi), X9 (Asan 4 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və X18 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli AZE № 17844603 saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar