Məhkəmə qərarları › İş №2(037)-230/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-230/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-230/2023 08.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı pay torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması tələbinə dair mülki işə 08 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh,İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Kəlbənd kəndində yerləşən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1,İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumilikdə payı olan 6.64 hektar hissəsinin naturadan ayrılması və paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki,İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır.İddiaçılar İddiaçı3 anası,İddiaçı2 qardaşı,İddiaçı4 bacısı və Cavabdeh isə atasıdır. Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ona və ailə üzvləri Cavabdeh,İddiaçı3, İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Kəlbənd kəndi ərazisindən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin 6.64 hektarı hissəsi ona və ailə üzvləri İddiaçı3,İddiaçı2 və İddiaçı4 aid olmasına baxmayaraq Cavabdeh mübahisəli torpaq sahəsini ancaq özü əkib-becərir və dövlət tərəfindən verilən subsidiyanı özü alıb istifadə edir və eyni zamanda ona və ailə üzvləri İddiaçı3,İddiaçı2 və İddiaçı4 paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmələrinə qəsdən və qərəzli surətdə maneçiliklər törədir.Hesab edir ki,birgə mülkiyyətlərində olan torpaq sahəsi naturada real bölgü əsasında bölünərək paylarına düşən 6.64 hektar hissəsinə dair öz adlarına ayrıca çıxarış verilərək rəsmiləşdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən faktiki olaraq ona və ailə üzvləri İddiaçı3, İddiaçı2 və İddiaçı4 məxsus olan 6.64 hektar torpaq sahəsi naturada bölünərək sənəd əsasında həmin hissəsi ayrılmalı və ayrıca çıxarış verilməlidir. Ona görə də iddia tələbinin təmin edilərək JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu,Kəlbənd kəndində yerləşən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun və ailə üzvləri İddiaçı2,İddiaçı3 və İddiaçı4 ümumilikdə payı olan 6.64 hektar hissəsinin naturadan ayrılması və paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı3 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı4 iştirak etdikləri əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. İddiaçılar İddiaçı3 arvadı, İddiaçı1,İddiaçı2 və İddiaçı4 isə övladlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisindən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda onunla ailə üzvləri arasında narazılıq olduğundan mübahisəli torpaq sahəsinə dair mülkiyyətçilərin hər birinin ayrı-ayrılıqda paylarının müəyyən edilərək naturada bölünməsi ilə bağlı razılığa gələ bilmirlər. O, mübahisəli torpaq sahəsinə dair mülkiyyətçilərin hər birinin ayrı-ayrılıqda payları müəyyən edilərək naturada bölünməsi ilə razıdır və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,mütəxəssis rəyini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki,iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə İsmayıllı rayon Kəlbənd kənd sakinləri Cavabdeh, X1,İddiaçı1 Kuvanç oğlu,İddiaçı2 və X2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisindən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1515/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən İsmayıllı rayon Kəlbənd kəndində yerləşən 8,3 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Cavabdeh, İddiaçı3, İddiaçı1, İddiaçı2 və X3 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 10 may 2000-ci il tarixli JN-0004 Kod 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “İddiaçı3” nın soyad, ad və ata adının“X1”,“İddiaçı1”in ata adının “Kuvanç oğlu”, “X4”nın adının “Dilarə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Cavabdeh (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 18 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), İddiaçı3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 04 dekabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), İddiaçı1 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), İddiaçı2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 09 aprel 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13593459 nömrəli şəxsiyyət vəsiqəsi) və Xəlilova (nikahdan sonra Mamedova) Dinara Kuvanç qızına (Asan-Bərdə tərəfindən 10 aprel 2018ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər tərəfindən 29 mart 2023-cü il tarixdə İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən əraziyə baxış keçirilmiş,GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,Cavabdeh,İddiaçı3,İddiaçı1, İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş JN-0004 saylı dövlət aktının “4A” planşetində göstərilən 0.9455 hektar torpaq sahəsinin yerini və sərhədlərini tanımadıqları üçün torpaq sahəsinin ölçülməsi və mülkiyyətçilər arasında bölünüb-bölünməməsini təyin etmək mümkün deyildir, idiaçı İddiaçı1 tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi ilə Cavabdeh,İddiaçı3,İddiaçı1, İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş JN-0004 saylı dövlət aktının “4” planşetində göstərilən 0.8824 hektar torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğu üçün torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsi mümkün deyildir.Cavabdeh, İddiaçı3,İddiaçı1,İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş JN- 0004 saylı dövlət aktının “4C” planşetində göstərilən 6.4697 hektar torpaq sahəsinin mülkiyyətçilər arasında pay normasına uyğun bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə,məhkəmədə tərəflərin izahatları,mütəxəssis rəyi və mülki işin materiallarında olan sənədlərdən müəyyən olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Kəlbənd kənd sakinləri Cavabdeh, X1,İddiaçı1 Kuvanç oğlu,İddiaçı2 və X2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisindən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində Cavabdeh,İddiaçı3,İddiaçı1,İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş JN-0004 saylı dövlət aktının “4A” planşetində göstərilən 0.9455 hektar torpaq sahəsinin yerini və sərhədlərini tanımadıqları üçün torpaq sahəsinin ölçülməsi və mülkiyyətçilər arasında bölünüb-bölünməməsini təyin etmək mümkün olmadığı,İddiaçı1 tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi ilə Cavabdeh, İddiaçı3,İddiaçı1,İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş JN-0004 saylı dövlət aktının “4” planşetində göstərilən 0.8824 hektar torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğu üçün torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsinin mümkün olmadığı və Cavabdeh, İddiaçı3,İddiaçı1,İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş JN-0004 saylı dövlət aktının “4C” planşetində göstərilən 6.4697 hektar torpaq sahəsinin mülkiyyətçilər arasında pay normasına uyğun bölünməsinin mümkün olduğu qeyd edilmişdir.Aralarında narazılıq olduğundan mübahisəli torpaq sahəsinin naturada tərəflər arasında bərabər bölünməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçılar sözügedən tələblə məhkəməyə müraciət edərək, JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu,Kəlbənd kəndində yerləşən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylarına düşən 6.64 hektar hissəsinin naturadan ayrılması və paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulmasını xahiş etmişlər.Cavabdeh onunla ailə üzvləri arasında narazılıq olduğundan mübahisəli torpaq sahəsinə dair mülkiyyətçilərin hər birinin ayrıayrılıqda paylarının müəyyən edilərək naturada bölünməsi ilə bağlı razılığa gələ bilmədiklərini və qeyd edilən torpaq sahəsinə dair mülkiyyətçilərin hər birinin ayrı-ayrılıqda paylarının müəyyən edilərək naturada bölünməsi ilə razı olduğunu bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə,işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki,tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət,şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, mütəxəssis rəyinə və işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan 8.30 hektar torpaq sahəsinin 6.4697 hektarı hissəsinin mülkiyyətçilər arasında hər birinin ayrıayrılıqda payları müəyyən edilərək naturada bölünməsi halları məcmu halında mövcuddur. Belə ki, tərəflər paylı mülkiyyətçilərdir.Onlar arasında ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır.İddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər.Mülkiyyətçilər arasında narazılıq olduğundan ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması mümkün olmamışdır.Hazırda həmin torpaq sahəsi ümumi paylı mülkiyyətdə olsa da yalnız cavabdeh tərəfindən istifadə edilərək idarə edilir. Cavabdeh iddiaçılara ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən paylarına düşən hissədən istifadə etmələrinə maneçilik törədir.Ona görə də iddiaçıların tələbi əsaslıdır, ümumi paylı mülkiyyətdə olan İsmayıllı rayonu,Kəlbənd kəndi ərazisində yerləşən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6.4697 hektarı tərəflərin hər birinə ayrı-ayrılıqda 1/5 hissəsində payları müəyyən edilərək naturada bölünməli,iddiaçıların paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmələrinə cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki,mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli torpaq sahəsinin mülkiyyətçilər arasında payları müəyyən edilərək naturada bölünməsi paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçılar ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisində yerləşən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6.4697 hektarı 1/5 hissəsində İddiaçı1, 1/5 hissəsində İddiaçı3, 1/5 hissəsində İddiaçı4, 1/5 hissəsində İddiaçı2 və 1/5 hissəsində Cavabdeh payları müəyyən edilərək naturada bölünməli və iddiaçıların paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmələrinə cavabdeh tərəfindən edilən maneəçiliklərə qadağa qoyulmalıdır. Məhkəmə iddia tələbinin birgə mülkiyyətdə olan 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada tərəflər arasında bölünməsi mümkün olmayan 1.8303 hektar hissəsinə münasibət bildirərək qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində 8.30 hektar torpaq sahəsinin 1.8303 hektar hissəsinin naturada tərəflər arasında bərabər bölünməsi mümükn olmadığın mübahisəli torpaq sahəsinin həmin hissəsi tərəflərin birgə mülkiyyəti hesab edilərək birgə istifadələrində olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. JN-0004 KOD 40714018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisində yerləşən 8.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6.4697 hektarı 1/5 hissəsində İddiaçı1, 1/5 hissəsində İddiaçı3, 1/5 hissəsində İddiaçı4, 1/5 hissəsində İddiaçı2 və 1/5 hissəsində Cavabdeh payları müəyyən edilsin və naturada bölünsün. İddiaçılar İddiaçı1,İddiaçı3, İddiaçı4 və İddiaçı2 paylarına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmələrinə Cavabdeh tərəfindən edilən maneəçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar