Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-235/2025 16.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, uşağın yanında saxlanılması ilə bağlı aralarında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(037)-29/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında bağlanmış nikah pozulmuş, 30 avqust 2014-cü il tarixdə doğulmuş X3 onun. 01 fevral 2017-ci il tarixdə doğulmuş X2 isə maraqlı şəxsin yanında saxlanılmışdır. Lakin qızı Aylin də onun yanına gələrək onunla qalmaq istədiyindən maraqlı şəxslə birgə uşaqın yanında saxlanlması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Qəbələ 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə maraqlı şəxs Aruz Hüseynova ilə Aylinin yanında qalması ilə bağlı razılığa gəlmişlər və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Ona görə də uşağın yanında saxlanılması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və əlavə olaraq göstərdi ki, uşağın gələcək tərbiyə və təhsilini maneəsiz təmin etmək məqsədi ilə barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. O, ilkin və tam mediasiya sessiyasının keçirilməsi üçün ümumilikdə 150 manat mediasiya xərci ödəmişdir. Həmin xərcin yarı hissəsinin maraqlı şəxsdən alınaraq ona ödənilməsini istəmir. Qeyd etdikləri nəzərə alınmaqla Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Ərizəçi ilə mediasiya təşkilatında uşağın yanında saxlanılması ilə bağlı razılığa gəlmişlər və xx.xx.2024-cü il tarixdə bu barədə barışıq sazişi imzalamışlar. Hazırda barışıq sazişinin təsdiq edilməsinə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 378246 saylı xx.xx.2014-cü il tarixli və AZ-İİİ 911217 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 30 avqust 2014cü il tarixdə X3 və 01 fevral 2017-ci il tarixdə X2 adlı iki uşaqları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-29 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 06 sentyabr 2013-cü il tarixdə İsmayıllı RİHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyində 28 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 30 avqust 2014-cü il tarixdə doğulmuş X3 (atası) Ərizəçi, 01 fevral 2017-ci il tarixdə doğulmuş X2 (anası) Maraqlı şəxs yanında saxlanılmışdır. “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış MŞQ/MTO35/2024-1036 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər 01 fevral 2017-ci il tarixdə doğulmuş X1 atası Ərizəçi yanında saxlanılmasına razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə göstərilir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsində göstərilir ki, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsində göstərilir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-29 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış smiləşdirilmiş nikah pozulmuş, 30 avqust 2014-cü il tarixdə doğulmuş X3 (atası) Ərizəçi, 01 fevral 2017-ci il tarixdə doğulmuş X2 (anası) Maraqlı şəxs yanında saxlanılmışdır. Lakin sonradan Aylin atanın yanında qalmaq istədiyinə görə tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişlər və Qəbələ 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə tərəflər uşağın atanın yanında razılığa gəlmişlər və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin ərizəçi uşağın gələcək tərbiyə və təhsilini təmin etmək üçün sazişin təsdiq edilməsinə zərurət vardır. Hazırda ərizəçi uşağın yanında saxlanılması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs isə barışıq sazişinin təsdqi edilməsinə etiraz etmədiyini bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməli, tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “Barışıq sazişi”-dən görünür ki, tərəflər tam mediasiya sessiayasında iştirak etmişlər, uşağın atanın yanında qalması ilə bağlı razılığa gələrək aralarında barışıq sazişi təsdiq edilmişdir. Ərizəçi mediasiya sessiyasınını keçirilməsi üçün ümumilikdə 150 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi mediasiya xərci kimi ödədiyi məbləğin yarı hissəsinin maraqlı tərəfdən alınaraq ona ödənilməsini istəmədiyinə görə ödənilmiş mediasiya xərci və dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-235/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-235/2025
16.01.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver