Məhkəmə qərarları › İş №2(037)-240/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-240/2021

16.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-240/2021 16.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "Cavabdeh" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi tələbi barədə iddiası, "Cavabdeh" İstehsalat Birliyinin İddiaçı qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi tərəfindən **********00080 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "Cavabdeh" İstehsalat Birliyi qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 921,1 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Cavabdeh” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, “Cavabdeh” İB-nin tabeçiliyində olan X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “Cavabdeh” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cəzəq izlərinin olduğu aşkar edilmişdir. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 2160 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamışdır. Hesab edir ki, “Cavabdeh” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. İddia tələbinin təmin olunaraq abonent koduna vurulmuş 216 manat debitor borcun silinməsini xahiş edir. O, qarşılıqlı iddia tələbini qismən qəbul edir. Mənzilində istifadə etdiyi təbii qaza görə yaranmış 921,1 manat borcu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Qarşılıqlı iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 921,1 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. Qarşılıqlı iddia tələbinin dəymiş ziyanın ödənilməsi ilə bağlı hissəsini qəbul etməyərək həmin hissədə rədd edilməsini xahiş edir. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X3 İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və 921,1 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüsdür. İddiaçı müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 921,1 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxxxxx 2020-ci il tarixdə “Cavabdeh” İB-nin X3 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı İsmayıllı şəhəri Zərdabi küçəsi dalan 2 ev 11-də yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt İddiaçı tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş 29/1710-04875-1 nömrəli aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar olunduğu qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı İddiaçı imzalamışdır. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub.metr itirilmiş qazın dəyəri 216 manat məbləği İddiaçı abonent bazasındakı koduna vurulmuşdur. İddiaçı abonent koduna vurulmuş məbləğlər istifadə edilmiş təbii qazın və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 921,1 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Cavabdeh” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 İstismarı İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxxx 2020ci il tarixdə İddiaçı İsmayıllı şəhəri Zərdabi küçəsi dalan 2 ev 11-də yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı İddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-04875-1 nömrəli xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxxxx 2020-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd kombi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı İddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli 29/1710-04875-1 nömrəli akta əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlaında əzik-cızıq izləri və qaz itkisinin yarandığı aşkar edilmiş, sayğacdan itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən olunmuş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxx 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2021-ci ilin mart ayının sonuna İddiaçı **********00080 nömrəli abonent koduna 1137,1 manat borc vurulmuşdur ki, həmin borcun 216 manat hissəsi 2020-ci ilin dekabr ayının sonuna akt üzrə hesablanmış borc, 921,1 manat hissəsi isə istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “Cavabdeh” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin X3 İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı 2021-ci ilin mart ayının sonuna istifadə etdiyi təbii qaza görə 921,1 manat borcu yaranmışdır. Eyni zamanda “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı İddiaçı imzalamışdır. İddiaçı yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı İddiaçı imzalamışdır. “Cavabdeh” İBnin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş, itirilmiş təbii qazın və sayğacın dəyərinin öpdənilməsi tələb olunmuşdur. İddiaçı qaz sayğacına özü və ailə üzvləri tərəfindən müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək Cavabdeh” İstehsalat Birliyi tərəfindən abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia tələbini istifdə etdiyi təbii qaza görə yaranmış 921,1 manat borc hissəsində təmin edilməsinə etiraz etmir, dəymiş ziyan tələbinə dair hissədə isə rədd edilməsini xahiş edir. “Cavabdeh” İstehsalat Birliyi iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 921,1 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 2160 kub metr itirilmiş qazın 216 manat dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Cavabdeh” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinə münasibət bildirərək hesab edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə İddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. İtirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin istifadə edilmiş təbii qaza görə yaranmış 921,1 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq İddiaçı istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək qeyd edir ki, ilkin iddia təmin edildiyindən “Cavabdeh” İstehsalat Birliyindən 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi ilkin iddia tələbi üzrə dövlət büdcəsinə ödəniləcək 20 manat rüsumla əvəzlənməlidir. İddiaçı 10 (on) manat dövlət rüsumu alınaraq “Cavabdeh” İstehsalat Birliyinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00080 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 921,1 manat borc və 10 manat dövlət rüsumu, cəmi 931 (doqquz yüz otuz bir) manat 10 (on) qəpik məbləği alınaraq “Cavabdeh” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar