Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-241/2022 09.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 09 mart 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin, JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, məhkəmə iclasında X5 və X3 şahid qismində dindirilməsini və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçı ərizəni onunla əsaslandırmışdır ki, X8 və onun birgə mülkiyyətlərində olan torpaq sahələri barədə tərtib olunmuş JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı “Hacı” əvəzinə “Nağı” kimi qeyd olunmuşdur. X18 16 iyul 2014-cü il tarixdə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adında uyğunsuzluq olduğundan ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd etdiyi səhvin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin, JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 izahat verərək göstərdi ki, ərizəçi onun anasıdır. Aparılan torpaq islahatları zamanı valideynlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında anasının ata adı Hacı əvəzinə Nağı kimi yazılmışdır. Babasının adı Hacı olmuşdur. Ərizəçinin ailəsində Nağı adlı şəxs olmamışdır. O, qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının ərizəçiyə və ailə üzvünə məxsus olmasını təsdiq edir. X2 X1 ilə eyni məzmunlu ifadə verərək JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin, JN- 0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvünə məxsus olmasını təsdiq etdi. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 691 nömrəli 30 dekabr 2021-ci il tarixli çıxarışdan görünür ki, X12 ilə X14 arasında 23 aprel 1946-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Qardaşov, arvada Qardaşova soyadı verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 17 avqust 2005-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 627525 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X12 16 iyul 2014-cü il tarixdə vəfat etmişdir. JN-011A Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X12 və Ərizəçi mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə Ərizəçi ata adı Nağı kimi qeyd olunmuşdur. JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X12 və Ərizəçi mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə Ərizəçi ata adı Nağı kimi qeyd olunmuşdur. JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X12 və Ərizəçi mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında Ərizəçi ata adı Nağı kimi qeyd olunmuşdur. Əhən Bələdiyyəsi tərəfindən verilmiş 24 oktyabr 2021-ci il tarixli 16, 17 və 18 nömrəli arayışlardan görünür ki, JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN- 0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin soyad, ad və ata adı Ərizəçi Nağı kimi yazlmışdır. Əslində Ərizəçi olmalıdır. İsmayıllı rayon İHB-nın Əhən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli 148, 149 və 150 nömrəli arayışlardan görünür ki, JN- 011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin soyad, ad və ata adı Ərizəçi Nağı kimi yazlmışdır. Əslində Ərizəçi olmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli **********11 nömrəli məktubdan görünür ki, ərizəçi JN-011A və JN-011B “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X12 və Ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahələrinə dair tərtib olunmuş JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin ata adı həmin vaxt Hacı olmasına baxmayaraq Nağı kimi qeyd olunmuşdur. Mülkiyyətçi X12 16 iyul 2014-cü il tarixdə vəfat etmişdir. JN- 011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin ata adında uyğunsuzluq olduğundan ərizəçi ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Göstərilən səhvin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvünə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X20 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələri və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnaələrdəki və dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi ata adının Nağı kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-011A Kod 40704038 və JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvünüə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 14 oktyabr 2002-ci il tarixli JN-011A Kod 40704038, 14 oktyabr 2002-ci il tarixli JN-011B Kod 40704038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və 02 iyun 2000-ci il tarixli JN-0018 Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-241/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-241/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver