Məhkəmə qərarları › İş №2(037)-259/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-259/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-259/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə 13 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 nömrəli qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X17, X11, X18, X12, Şahid1 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun atasının adı həmin vaxt “Qasım” olmasına baxmayaraq səhvən “Qismət” kimi yazılmışdır. Qızı Sevinc ailə quraraq ərinin soyadına uyğun Abdullayeva, digər qızı Könül ailə quraraq ərinin soyadına uyğun olaraq Əsədova soyadını götürmüşlər. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqların həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə atasının adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Şəhadətnamədə onun atasının adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 nömrəli qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X17, X11, X18, X12, Şahid1 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid Abdullayeva (İsmayılova) Sevinc İbrahim qızı ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Torpaq islahatı zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətinə 0.08 hektar torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə anası Ərizəçi atasının adı həmin vaxt “Qasım” olmasına baxmayaraq səhvən “Qismət” kimi yazılmışdır. Göstərilən JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X17, Ərizəçi, X18, X12, Şahid1 və ona məxsus olmasını təsdiq edir. Digər şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasında şahid Abdullayeva (İsmayılova) Sevinc İbrahim qızının ifadəsinə uyğun ifadə verərək, JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X17, Ərizəçi, X18, X11, X12 və Şahid1 məxsus olması faktını təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X17, Ərizəçi Qismət qızı, X11, X18, X12 və Şahid1 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi atasının adı “Qismət” kimi qeyd olunmuşdur. Şəhadətnamə 13705 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X7 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 mart 2011-ci il tarixli seriya AZE № 08626555 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 iyul 1956-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş X3 rayonun İsmayıllı kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 mart 2011-ci il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1960-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş Ərizəçi İsmayıllı rayonun İsmayıllı kəndində yaşayır. 06 dekabr 1960-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə doğulmuş, atası X20 və anası X4 qeyd olunmuşdur. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 26 iyul 2014-cü il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1983-cü il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş Şahid2 İsmayıllı rayonun Mican kəndində yaşayır. Seriya AZ-İİ № 074601 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X1 Mehman Məsud oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Abdullayeva soyadını götürmüşdür. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 iyul 2016-cı il tarixli seriya AZE № 15857225 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 dekabr 1987-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş X5 rayonun İsmayıllı kəndində yaşayır. Seriya AZ-İ № 731997 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 Valeh Şahlar oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Əsədova soyadını götürmüşdür. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 27 mart 2017-ci il tarixli seriya AZE № 17093137 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 mart 1990-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş X2 rayonun İsmayıllı kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 29 yanvar 2022-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1995-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş İsmayılov X16 rayonun İsmayıllı kəndində yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli **********60 nömrəli məktubdan görünür ki, ərizəçi JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ata adında olan səhvin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X32 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X10 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 nömrəli qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X17, Ərizəçi Qismət qızı, X11, X18, X12 və Şahid1 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi atasının adı həmin vaxt “Qasım” olmasına baxmayaraq səhvən “Qismət” kimi yazılmışdır. Həmin şəhadətnamədə olan bu yanlışlıq ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-853F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi atasının adının “Qismət” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli AZE № 08626555 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), İsmayılova (nikahdan sonra Abdullayeva) Sevinc İbrahim qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), İsmayılova (nikahdan sonra Əsədova) Könül İbrahim qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZE № 15857225 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli AZE № 17093137 saylı şəxsiyyət vəsiqəsi) və Şahid1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 nömrəli qərarı ilə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin X17, Ərizəçi Qismət qızı, X11, X18, X12 və Şahid1 birgə mülkiyyətinə verilməsinə dair JN-853F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin, yəni Ərizəçi soyadının “Qismət” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli AZE № 08626555 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), İsmayılova (nikahdan sonra Abdullayeva) Sevinc İbrahim qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), İsmayılova (nikahdan sonra Əsədova) Könül İbrahim qızı (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZE № 15857225 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 17093137 saylı şəxsiyyət vəsiqəsi) və Şahid1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar