Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-262/2023 10.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Məhərrəmov Ramı̇ n Tapdıq oğlu və Məhərrəmov Elmı̇ n Taptıq oğlunun İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 10 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Məhərrəmov Ramı̇ n Tapdıq oğlu və Məhərrəmov Elmı̇ n Taptıq oğlu ərizə ilə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002ci il tarixli 131 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” dair JN-0094 Kod 40710028 saylı dövlət aktının X8, X9, X6, Məhərrəmova (Səfərova) Ramilə Tapdıq qızı və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, aparılan torpaq islahatları zamanı ailə üzüvləri ilə birgə mülkiyyətlərinə İsmayıllı rayonun Soltankənd kəndi ərazisində 7,07 hektar torpaq sahəsi verilmişdir. Bu barədə JN 0094 Kod 40710028 olan “Torpağa mülkiyyətə dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında oğlu Ərizəçi2 adı texniki səhv olaraq Roman, digər oğlu Ərizəçi3 ata adı isə Tapdıq kimi yazılmışdır. Bu səbəbdən də torpaq sahəsinə dair müvafiq çıxarış ala bilmilər. Həmin səhvlərin düzəldilməsi ilə bağlı o, 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Xidmətdən bildirilmişdir ki, hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvlərin düzəldilməsi onların səlahiyyətinə aid deyildir. Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında yol verilmiş ad və ata adı səhvinin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədənkənar mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir. Qeyd etdiklərinə əsasən Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı əsasında İsmayıllı rayonu Soltankənd kəndində yerləşən 7.07 ha torpaq sahəsinə dair tərtib olunmuş JN-0094 Kod 40710028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8, X9, X6, Məhərrəmova (Səfərova) Ramilə Tapdıq qızına və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 digər Ərizəçi1la eyni məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi3 məhkəmə iclasına gəlməmiş, rəsmi müraciət edərək işə iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Ərizəçi3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, ərizəçiləri və ailə üzvülərini yaxından tanıyır. Ailədə Roman adlı şəxs yoxdur, onun adı Ramindir. X19 ərizəçilərə və ailə üzvülərinə məxsus olmsını təsdiq edir. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-0094 Kod 40710028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1, X8, Məhərrəmov Ramı̇ n Tapdıq oğlu, X9, X6, Məhərrəmova (Səfərova) Ramilə Tapdıq qızı və Məhərrəmov Elmı̇ n Taptıq oğlunun birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi2 adı Roman, Ərizəçi3 ata adı Tapdıq kimi qeyd olunmuşdur. Dövlət aktı 128178 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət aktının bir nüsxəsi Ərizəçi1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 avqust 2012-ci il tarixli AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş Ərizəçi1 İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 oktyabr 1962ci il tarixdə doğulmuş şəxs X4r. İİİ-CЛ 313294 nömrəli doğum haqqında şəhadətnamənin və AZE ******** №li şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxx 1980- ci ildə Ermənistan Respublikasında doğulmuş şəxs Ərizəçi2dur və o, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 fevral 1984cü il tarixdə doğulmuş şəxs X5r. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22 may 1985-ci il tarixdə doğulmuş şəxs X3r. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 avqust 1987ci il tarixdə doğulmuş şəxs X12r. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1989cu il tarixdə doğulmuş şəxs Məhərrəmov Elmı̇ n Taptıq oğludur. AZ-İ № 524484 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Mənaf Temir oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Səfərova soyadını götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli **********64 nömrəli məktubun surətindən görünür ki, Ərizəçi1 JN-0094 Kod 40710028 saylı dövlət aktında ad, soyad və ata adlarında səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquq müəyyənedici sənədlərdə ad, soyad və ata adlarının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İsmayıllı rayon İcra hakimiyyəti başçısının Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 282 № li, xx.xx.2022- ci tarixli arayışdan və həmin tarixli aktdan görünür ki, JN-0094 Kod 40710028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi2 adı səhvən X2 yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X26 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı əsasında İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 7.07 torpaq sahəsi Ərizəçi1, X8, Məhərrəmov Ramı̇ n Tapdıq oğlu, X9, X6, Məhərrəmova (Səfərova) Ramilə Tapdıq qızı və Məhərrəmov Elmı̇ n Taptıq oğlunun birgə mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0094 Kod 40710028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi2 adı həmin vaxt Ramin olmasına baxmayaraq Roman kimi, Ərizəçi3 ata adı Tapdıq kimi qeyd edilmişdir. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN- 0094 Kod 40710028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi2 adı həmin vaxt Ramin olmasına baxmayaraq Roman kimi, Ərizəçi3 ata adının Tapdıq kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X8 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Məhərrəmov Ramı̇ n Tapdıq oğlu (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi), X9 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X6 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Məhərrəmova (nikahdan sonra Səfərova) Ramilə Tapdıq qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Məhərrəmov Elmı̇ n Taptıq oğluna (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı əsasında İsmayıllı rayonu Soltankənd kəndində yerləşən 7.07 ha torpaq sahəsinin Ərizəçi1, X8, Məhərrəmov Ramı̇ n Tapdıq oğlu, X9, X6, Məhərrəmova (Səfərova) Ramilə Tapdıq qızı və Məhərrəmov Elmı̇ n Taptıq oğlunun birgə mülkiyyətinə verilməsinə dair JN- 0094 Kod 40710028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi2 adının Roman, Ərizəçi3 ata adının Tapdıq kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X8 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Məhərrəmov Ramı̇ n Tapdıq oğlu (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi), X9 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X6 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Məhərrəmova (nikahdan sonra Səfərova) Ramilə Tapdıq qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), Məhərrəmov Elmı̇ n Taptıq oğluna (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-262/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-262/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver