Məhkəmə qərarları › İş №2(037)-276/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-276/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-276/2021 05.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın xx xxxx 1998ci il tarixli 44 saylı qərarına əsasən JN-024A Kod 40721028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) xx xxxx 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-024A Kod 40721028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Vəng kəndində yerləşən 0,24 ha torpaq sahəsi atası X8 və X3nın mülkiyyətinə verilmişdir. X3 2005-ci ildə, atası X15 isə 2008-ci ildə vəfat etmişdir. Valideynlərindən miras qalmış əmlakları adına rəsmiləşdirmək üçün Notariat Ofisinə müraciət etmiş, lakin valideynlərinin adlarında uyğunsuzluq olduğundan rəsmiləşdirmə aparaılması mümkün olmamışdır. Belə ki, yuxanda qeyd edilən Şəhadətnamədə onun atasının və anasının ad soyad və ata adları qeyd edilmişdir. Atasının adı həmin vaxt “Cəlil”, anasının adı isə “Nazəni” olmasına baxmayaraq Şəhadətnamədə səhvən, atasının adı “Cəmil”, anasının adı isə “Nazan” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün X24 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun valideynlərinin adlarında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Şəhadətnamədə mülkiyyətçi kimi onun valideynlərinin adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun valideynlərinin şəxsiyyət vəsiqələrində və digər sənədlərindəki adları ilə Şəhadətnamədəki adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adının onun valideynlərinə məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-024A Kod 40721028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu şəhadətnamə İsmayıllı rayonu, Vəng kənd sakinləri X16 və X13 verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 44 saylı qərarı ilə verilmiş 0.24 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətinə verilib. Şəhadətnamə 1584 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X10 verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2016-cı il tarixli AZ-İ 803185 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2005-ci il tarixli AZ-İ 160311 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2005-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli 170 saylı İsmayıllı rayon Notariat Ofisindən verilmiş məktubdan görünür ki, X15 və X6 vərəsəsi Ərizəçidur. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş Cəfərov X19 rayonu, Vəng kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 65 saylı İsmayıllı rayon Ruşan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi valideynləri, X16 və X2 yaşamaqla, həmin kənddə vəfat etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X27 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X16 və X13 məxsus JN-024A Kod 40721028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin valideynləri səhvən, atasının adı “Cəmil”, anasının adı isə “Nazan” kimi yazılmışdır. Həmin şəhadətnamədə olan bu yanlışlıq ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın xx xxxx 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu, Vəng kəndində yerləşən 0,24 ha torpaq sahəsinin X16 və X11 mülkiyyətinə verilməsinə dair JN-024A Kod 40721028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni X7 adının “Cəmil“, X6 adının isə “Nazan” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçinin valideynləri X15 və X9 aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu, Vəng kəndində yerləşən 0,24 ha torpaq sahəsinin X16 və X11 mülkiyyətinə verilməsinə dair JN-024A Kod 40721028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni X7 adının “Cəmil“, X6 adının isə “Nazan” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçinin valideynləri X15 və X9 aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar