Məhkəmə qərarları › İş №2(037)-278/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-278/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-278/2021 07.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Ərizəçi1 və qeyrilərinin “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-100A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) xx xxxx 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN- 042B Kod 40708038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Sərdahar kəndində yerləşən 0,16 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun və qardaşının soyadları həmin vaxt “Cəbizadə”, anasının soyadı isə “Garayeva” olmasına baxmayaraq Şəhadətnamədə səhvən soyadları “Gərayeva” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onların soyadlarında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçilər Şəhadətnamədə mülkiyyətçi kimi onların soyadının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edirlər ki, onların şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki soyadları ilə Şəhadətnamədəki soyadları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adının onlara məxsus olması müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iddia ərizəsini müdafiə təmin olunmasını xahiş etdilər. Ərizəçi2 məhkəməyə ərizə ilə müraciər edərək, işi ilə bağlı Bakı Dəniz sahəsində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariaq Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1990-cı il tarixli, XV-JQ 307976 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1990-cı il tarixdə doğulmuş, atası X7, anası Ərizəçi3dır. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, XVİİİ-JQ 281690 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə doğulmuş, atası X7, anası Ərizəçi3dır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Ərizəçi3 xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonu, Sərdahar kəndində doğulmaqla, həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Ərizəçi1 xx.xx.1990-cı il tarixdə İsmayıllı rayonu, Sərdahar kəndində doğulmaqla, həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu, Sərdahar kəndində doğulmaqla, həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan JN-042B Kod 40708038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu şəhadətnamə İsmayıllı rayonu, Sərdahar kənd sakinləri X4, X8 və X3 verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın JN-042B Kod 40708038 saylı qərarı ilə verilmiş 0.64 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətinə verilib. Şəhadətnamə 5527 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X2 verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 45 saylı İsmayıllı rayonu Zərnava (Sərdahar kəndi ilə eyni nümayəndəliyə tabedir) kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İsmayıllı rayonu Sərdahar kənd sakini Ərizəçi3, Ərizəçi1 və Cəbizadə Cəbrayıl tahir oğlunun soyadları şəxsiyyət vəsiqələrindən fərqli olaraq, səhvən “Gərayeva və Gərayev” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4, X8 və X3 məxsus xx xxxx 1998-ci il tarixli 59 saylı, JN-042B Kod 40708038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi3 soyadı – “Gərayeva”, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadları isə-“Gərayev”, kimi qeyd edilmişdir. Həmin şəhadətnamədə olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın xx xxxx 1998-ci il tarixli 59 tarixli qərarı əsasında İsmayıllı rayonu, Sərdahar kəndində yerləşən 0,16 ha torpaq sahəsinin ərizəçilərin mülkiyyətinə verilməsinə dair JN-042B Kod 40708038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərdən Ərizəçi3 soyadı- “Gərayeva”, Ərizəçi1 və Ərizəçi2 soyadlarınin isə - “Gərayev“ kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçilər – Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu, Sərdahar kəndində yerləşən 0,16 ha torpaq sahəsinin ərizəçilərin mülkiyyətinə verilməsinə dair JN-042B Kod 40708038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərdən Ərizəçi3 soyadı-“Gərayeva”, Ərizəçi1 və Ərizəçi2 soyadlarınin “Gərayev“ kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçilər – Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar