Məhkəmə qərarları › İş №2(037)-295/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-295/2025

05.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-295/2025 05.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 02 mart 1990-cı il tarixdə doğulmuş Callatov Roman Ehtibar oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, oğlu Roman anadan gəlmə xəstədir, sərbəst hərəkət edə bilmir. Evdə özünü aqressiv aparır, bərkdən qışqırır, əşyaları sındırır. Uzun illərdir müxtəlif xəstəxanalarda müayinə olunmuş və müalicələr almışdır. 29 avqust 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicə almışdır. Oğlu ikinci qrup əlildir və İsmayıllı RMX Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F71.1Orta dərəcədə əqli gerilik qulluğ və müalicə tələb edən davranış pozuntusu yaddaş və intellektin kəskin enməsi ilə” diaqnozu ilə qeydiyyatdadır. Oğlu Roman özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən 02 mart 1990-cı il tarixdə doğulmuş Callatov Roman Ehtibar oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Callatov Roman Ehtibar oğlu məhkəmə iclasına gəlməmiş. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahat verərək göstərdi ki, Callatov Roman Ehtibar oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1970-ci il tarixdə doğulmuş şəxs Ərizəçidır. - XV-ЖГ seriyalı 307007 nömrəli 26 mart 1990-cı il tarixli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02 mart 1990-cı il tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində doğulmuş şəxs Callatov Roman Ehtibar oğludur. Valideynləri Callatov Ehtibar Şəmsəddin oğlu və Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Callatov Roman Ehtibar oğlunun sağlamlıq vəziyyəti 14 aprel 2009-cu il tarixdə qiymətləndirilərək ona “oliqofreniya kəskin ifadə olunmayan imbesillik dərəcə, emoisonal-iradi pozğunluğu” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir.. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Callatov Roman Ehtibar oğlu “F71.0 orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır, 29 avqust 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicə almışdır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən 13 yanvar 2025-ci il tarixdə verilmiş 18-1-47/2-C-24xx-xx/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Qurbanəfəndi kəndində yaşayan 02 mart 1990-cı il təvəllüdlü Callatov X2 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi- Əsəb” kabinetində “F71.1Orta dərəcədə əqli gerilik qulluğ və müalicə tələb edən davranış pozuntusu yaddaş və intellektin kəskin enməsi ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır və müddətsiz İİ qrup əlildir. - İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qurbanəfəndi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli 5-54-24/3-2-09/2025 nömrəli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: əri-Callatov Ehtibar Şəmsəddin oğlu, özü-Ərizəçi, oğlu-Callatov Roman Ehtibar oğlu, oğlu-X3. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 17 mart 2025-ci il tarixli 894 nömrəli rəyindən görünür ki, Callatov Roman Ehtibar oğlu “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. Bunu tibbi sənədlər (doğuş travması ilə doğulması, qıcolma tutmalarının müşahidə edilməsi, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, əqli geriliklə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən uşaqlıqdan əlil olması) sübut edir. Roman Callatov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də Roman Callatov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Callatov Roman Ehtibar oğlu 02 mart 1990-cı il tarixdə doğulmuşdur. Uşaq anadangəlmə xəstədir. X5 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F71.1Orta dərəcədə əqli gerilik qulluğ və müalicə tələb edən davranış pozuntusu yaddaş və intellektin kəskin enməsi ilə” diaqnozu qeydiyyatdadır. Müxtəlif vaxtlarda müalicələr almışlar. İİ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 17 mart 2025-ci il tarixli 894 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Callatov Roman Ehtibar oğlu “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. Bunu tibbi sənədlər (doğuş travması ilə doğulması, qıcolma tutmalarının müşahidə edilməsi, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, əqli geriliklə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən uşaqlıqdan əlil olması) sübut edir. Roman Callatov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Roman Callatovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Callatov Roman Ehtibar oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 mart 1990-cı il tarixdə doğulmuş Callatov Roman Ehtibar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar