Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-296/2022 15.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 15 mart 2022ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, İsmayıllı rayon AİKnın 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən ailə üzvləri ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, X21, X23, X18, X13 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, oğlu X23 və qohumları X7 və X1 şahid qismində dindirilmələrini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştal kəndi ərazisində 5,97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı həmin vaxt “Tanrıverdi” olmasına baxmayaraq səhvən “Tanış” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onun ata adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X11 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Torpaq islahatı zamanı birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında anasının ata adı həmin vaxt “Tanrıverdi” olmasına baxmayaraq səhvən “Tanış” kimi yazılmışdır. Onların ailəsində Tanış adlı şəxs olmamışdır. Göstərilən JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X2 və X5 X11 ilə eyni məzmunlu ifadə verərək JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Ərizəçi, X17, X21, X23, X18 və X12 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi ata adı “Tanış” kimi qeyd olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2004-cü il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1936-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş Bədəlova X4 şəhəri Babək küçəsi ev 5-də yaşayır. İş materiallarında olan 874883 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, Rusiya Federasiyası Samara şəhər üzrə Bölməsi tərəfindən 11 fevral 2021-ci il tarixdə mülkiyyətçiyə X17 adı ilə pasport verilmişdir. İş materiallarında olan seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 15 fevral 1977-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş X3 rayonun Uştal kəndində yaşayır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 27 aprel 2016-cı il tarixli seriya AZE № 15856076 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27 aprel 2016-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş X6 rayonun Uştal kəndində yaşayır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P4357437 nömrəli pasportun surətindən görünür ki, 21 may 1974-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş şəxs X14r. İş materiallarında olan 213928 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, Rusiya Federasiyası Samara şəhər üzrə Bölməsi tərəfindən 10 iyun 2016-cı il tarixdə mülkiyyətçiyə X19 adı ilə pasport verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli **********78 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0075 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 42 nömrəli 07 fevral 2022-ci il tarixli arayışdan görünür ki, JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi Tanış qızı kimi yazılmışdır. Əslində Ərizəçi olmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən İsmayıllı rayonu Uştal kəndində yerləşən 5,97 ha torpaq sahəsi Ərizəçi, X17, X21, X23, X18 və X12 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0075 Kod 40710038 saylı dövlət aktında ərizəçinin ata adı həmin vaxt “Tanrıverdi” olmasına baxmayaraq səhvən “Tanış” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin ata adının Tanış kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi, X17, X21, X23, X18 və X13 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı əsasında İsmayıllı rayonu Uştal kəndində yerləşən 5,97 ha torpaq sahəsinin Ərizəçi Tanış qızı, X17, X21, X23, X18 və X12 birgə mülkiyyətinə verilməsinə dair JN-0075 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin, yəni Ərizəçi ata adının Tanış kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X17, X21, X23, X18 və X13 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-296/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-296/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver