Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-305/2022 09.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 14 saylı Regional Ərazi Filialını maraqlı şəxs qismində cəl etdiyi 28 dekabr 2016-cı il tarixli arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri 09 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1973,1974,1977 və 1979-cu illlərdə, eləcə də 1980-ci ildən 1997-ci ilədək olan dövrlərdə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində həmin dövrdə fəaliyyət göstərmiş “Engeles” adına kolxozda qaynaqçı işləməyi barədə qeydlər aparılmış İsmayıllı rayon Dövlət Arxivinin 28 dekabr 2016-cı il tarixli 417 nömrəli arxiv arayışının ona məxsus olması, həmin dövrlərdə Qalacıq kəndinin “Engeles” adına kolxozun texniki parkında 19 aprel 1978-ci il tarixdən 15 mart 1979-cu il tarixədək İsmayıllı kolxozlararası tikinti idarəsində, 21 mart 1979-cu il tarixdən 30 iyul 1979-cu il tarixədək Qutqaşen kolxozlararası tikinti idarəsində “əl ilə qaynaq olunan elektrik qaynaqçısı” kimi əmək fəaliyyəti göstərməyi (işləməyi) hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizəçi ərizə ilə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət edərək inzibati orqan tərəfindən verilmiş aktın ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi inzibati orqan tərəfindən verilmiş aktın ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda həmin məhkəməyə müraciət etməyərək mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir. Ərizədən görünür ki, ərizəçi inzibati orqan tərəfindən verilmiş aktın ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasnın Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə və ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Ərizəçi ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçi izah edilir ki, inzibati icraat qaydasında ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara a l d ı m: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 14 saylı Regional Ərazi Filialını maraqlı şəxs qismində cəlb etdiyi 28 dekabr 2016-cı il tarixli arxiv arayışının ona məxsus olması hüquq faktının müəyyən edilməsi tələbi barədə ərizəsinin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-305/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-305/2022
09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver