Məhkəmə qərarları › İş №2(037)-308/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-308/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-308/2021 07.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X12, X14, X7, X3 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN- 473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə arvadının soyadı Əliyeva əvəzinə Əmrahova kimi qeyd olunmuşdur. X23 xx xxxx 2002-ci il tarixdə Fikrət Zeynalov adlı şəxslə ailə quraraq ərinin soyadına uyğun Zeynalova, qızı Əminə Əmrahova xx xxxx 2015-ci il tarixdə Aqil Ələkbərov adlı şəxslə ailə quraraq ərinin soyadına uyğun Ələkbərova soyadını qəbul etmişdir. X17 xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə arvadının soyadında uyğunsuzluq olduğundan ondan miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Göstərilən şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. ИЕ 513644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X12 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İİ-ЖГ 300708 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X12 arasında xx xxx 1979-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əliyeva soyadı verilmişdir. Vİİ-ЖГ 283045 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X14 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Vİİ-ЖГ 459046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XİV-ЖГ 443097 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X9 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxx 2009-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi oğlu adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14313381 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, SƏYYAR- ASAN2 tərəfindən xx xxxx 2015-ci il tarixdə mülkiyyətçiyə X24 oğlu adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17093347 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxx 2017-ci il tarixdə mülkiyyətçiyə X7 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15586582 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə mülkiyyətçiyə X5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 010887 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2002-ci il tarixdə İsmayıllı rayon VVADQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X10 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Zeynalova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Əmrahova olmuşdur. AZ-İİ 036216 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2015-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X4 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Ələkbərova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Əmrahova olmuşdur. AZ-İ 197114 nömrəli xx xxxx 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X12 xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. xx xxxx 2006-cı il tarixli JN-473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, X12, X14, X7 və X2 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi X1 Əmrahova kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 500 nömrəli arayışdan görünür ki, JN-473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhv olaraq X11 yazılmışdır. 197114 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********82 nömrəli məktubdan görünür ki, ərizəçi JN-473A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi, X12, X14, X7 və X2 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN- 473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X1 Əmrahova kimi qeyd olunmuşdur. Mülkiyyətçi X8 xx xxxx 2002-ci il tarixdə İsmayıllı rayon VVADQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X10 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Zeynalova soyadını qəbul etmişdir. Ailə quranadək onun soyadı Əmrahova olmuşdur. Mülkiyyətçi X9 xx xxxx 2015-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X4 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Ələkbərova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Əmrahova olmuşdur. Mülkiyyətçi Zeynəb Əliyeva xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. Mülkiyyətçinin soyadı düzgün yazılmadığından ərizəçi arvadından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ ona izah olunmuşdur. Hazırki vəziyyətdə JN-473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin soyadının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2006-cı il tarixli JN-473A Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi, X12, X14, X7 və X3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar