Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-328/2022 13.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə 13 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, 27 may 1989-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu Rusif Fətəliyev 27 may 1989-cu il tarixdə anadan olmuşdur. Doğulduqdan bir müddət sonra onun qüsurlu olduğunu bilmişlər. Tez-tez həkim müayinələrində olmuş və müalicə almış, lakin səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Vaxt keçdikcə onun vəziyyəti daha da ağırlaşmışdır. Oğlu İsmayıllı rayon X4 Poliklinika Şöbəsinin “Nevroloji” və “Ruhi-əsəb” kobinetlərində “keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları. Tetraplegiya. Orta dərəcəli əqli gerilik” diaqnozu ilə dispenser qeydiyyatındadır. Oğlu onun himayəsində yaşayır və ona bütün qulluqları ailəsi göstərir. Son dövrlər oğlunun vəziyyəti daha da ağırlaşmış və idarə olunmaz hala gəlmişdir. O, etdiyi hərəkətləri dərk etmir və öz hərəkətlərinə cavab vermək iqtidarında deyildir. Ona görə də ərizəçi onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılması üçün müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 izahat verərək göstərdi ki, X8 barəsində İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Oğlu Rusif anadangəlmə qüsurludur. Rusif onlarla birlikdə yaşayır. Müalicə olunsa da səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Ona bütün qulluqları onlar göstərirlər. Rusif Fətəliyev kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. X10 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin oğlu Rusif anadangəlmə qüsurludur. Uzun illərdir müalicə alsa da sağlamlığında yaxşılığa doğru dəyişiklik olmamışdır. Son zamanlar Rusifin vəziyyəti daha da ağırlaşmışdır. O, etdiyi hərəkətlərin mənasını dərk etmir. Rusif kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1966-cı il tarixində İsmayıllı rayonu Quşencə kəndində doğulmuş Ərizəçi həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş AZE seriyalı 15026217 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27 may 1989-cu il tarixində İsmayıllı rayonu Quşencə kəndində doğulmuş X1 rayonu Quşencə kəndində qeydiyyatdadır. İş materiallarında olan 12 avqust 1989-cu il tarixli XİV-ЖГ seriyalı 443374 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 27 may 1989-cu il tarixdə doğulmuş, atası X9, anası X6r. İş materiallarında olan 15026217 nömrəli Ambulator xəstənin tibbi kartoçkasının surətindən görünür ki, X1 rayon X4 Poliklinika Şöbəsində müxtəlif vaxtlarda müayinə və müalicə almışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin X22 Fiallı İsmayıllı rayon qəbul şöbəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli **********8 nömrəli arayışdan görünür ki, X5 Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X22 filialından İ qrup əlil (müddətsiz) olmaqla aylıq 220 manat sosial müavinət və aylıq 130 manat İ qrup əlilliyə görə sosial müavinət alan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 rayon X14 hüquqi Şəxsin 18 yanvar 2022-ci il tarixli 135 saylı arayışından görünür ki, X1 rayon X2 Poliklinika Şöbəsinin “Nevroloji” və “Ruhi-əsəb” kabinetlərində “keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları. Tetraplegiya. Orta dərəcəli əqli gerilik” diaqnozu ilə dispenser qeydiyyatındadır. İsmayıllı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(037)-328/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respubdikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 may 2022-ci il tarixli 1704 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Buna görə də X16 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli 1704 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X16 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 27 may 1989-cu il təvəllüdlü X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 may 1989-cu il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, həmin kənddə yaşayan X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-328/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-328/2022
13.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver