Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-35/2022 12.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 12 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının keçmiş DTXK tərəfindən 06 dekabr 2005-ci il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-564A Kod 40719018 saylı şəhadətnamənin Ərizəçi, Mustafayeva Həcər, X16, X17, X32, X24, X9 və X13 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvləri Mustafayeva Həcər, X16, X17, X32, X24, X9 və X10 birgə mülkiyyətinə verilmişdir. Bu barədə DTXK tərəfindən 06.12.2006-cı il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-564A Kod 40719018 saylı Şəhadətnamə verilmişdir. Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Həmin şəhadətnamədə texniki səhv olaraq onun adı “Zəlimxan” əvəzinə “Zalıxan”, ata adı “Mərdanoviç” əvəzinə “Mərdan”, X44in şəxsiyyət vəsiqəsində ata adı olmadığı halda “Vəli”, X18 adı “Asya” əvəzinə “Asiya”, X11 adı “Səlimxan” əvəzinə “Səlimxa”, X5 “Hüseynova” əvəzinə “Mustafayeva” və ata adı “Şahvələd” əvəzinə “Şavələdovna”, X8 adı “Narxanım” əvəzinə “Nazxanım” yazılmışdır. X44 06.03.2015-ci ildə vəfat etmişdir. Hüquqmüəyyənedici sənəddə qeyd olunan ziddiyətlərə görə torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bu hüquqi əhəmiyyətli faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədəki yanlışlıqları digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki adları,soyadları və ata adları ilə Şəhadətnamədəki adları, soyadları və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin şəhadətnamənin ona və Mustafayeva Həcər, X16, X17, X32, X24, X9 və X13 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X24 ifadə verərək göstərdi ki, ərizəçi Zəlimxan Mərdanoviç əridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi onun və Ərizəçi, Mustafayeva Həcər, X16, X17, X32, X9 və X10 birgə mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamədə texniki səhv olaraq onun soyadı “Hüseynova” əvəzinə “Mustafayeva” və ata adı “Şahvələd” əvəzinə “Şavələdovna”,əri Ərizəçi adı “Zəlimxan” əvəzinə “Zalıxan”, ata adı “Mərdanoviç” əvəzinə “Mərdan”, Mustafayeva Həcərin şəxsiyyət vəsiqəsində ata adı olmadığı halda “Vəli”, X18 adı “Asya” əvəzinə “Asiya”, X11 adı “Səlimxan” əvəzinə “Səlimxa” və X8 adı “Narxanım” əvəzinə “Nazxanım” yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X33 ifadə verərək göstərdi ki, ərizəçi Zəlimxan Mərdanoviç qonşusudur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi Ərizəçi, Mustafayeva Həcər, X16, X17, X32, X24, X9 və X10 birgə mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə texniki səhv olaraq Ərizəçi adı “Zəlimxan” əvəzinə “Zalıxan”, ata adı “Mərdanoviç” əvəzinə “Mərdan”, X44in şəxsiyyət vəsiqəsində ata adı olmadığı halda “Vəli”, X18 adı “Asya” əvəzinə “Asiya”, X11 adı “Səlimxan” əvəzinə “Səlimxa”, X5 “Hüseynova” əvəzinə “Mustafayeva” və ata adı “Şahvələd” əvəzinə “Şavələdovna”, X8 adı “Narxanım” əvəzinə “Nazxanım” yazılmışdır. Həmin torpaq sahəsi onun tərəfindən alınsa da şəhadətnamədə olan yanlışlıqlara görə alqı-satqı edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 05.03.2013-cü il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə Qazaxıstan, Tülkübas rayonunda doğulmuş Ərizəçi İsmayıllı rayonu, Qəzli kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 02.11.2010-cu il tarixli, seriya AZE №08402330 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02.10.1970-ci il tarixdə Qazaxıstan,Çimkənt Vilayətində doğulmuş X2 rayonu, Mican kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 22.08.2012-ci il tarixli, seriya AZE №09788191 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 16.05.1975-ci il tarixdə Qazaxıstan,Tülkübas rayonunda doğulmuş X7 rayonu, Mican kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 27.10.2015-ci il tarixli, seriya AZE №15588793 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 16.05.1979-cu il tarixdə Qazaxıstan, Tülkübas rayonunda doğulmuş X3 rayonu, Qəzli kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 16.02.2015-ci il tarixli, seriya AZE №15025724 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09.09.1998-ci il tarixdə İsmayıllı rayonu, Mican kəndində doğulmuş X1 rayonu, Mican kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.03.2015-ci il tarixli, AZ-İ№716098 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mustafayeva Həcər 06.03.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28.10.2016-cı il tarixli, seriya AZE №16437107 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.08.1980-ci il tarixdə Qazaxıstan,Tülkübas rayonunda doğulmuş X6 rayonu, Mican kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 30.11.2017-ci il tarixli, seriya AZE №16528518 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26.03.2001-ci il tarixdə İsmayıllı rayonu, Mican kəndində doğulmuş X4 rayonu, Mican kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, bu X47 rayonu, Mican kənd sakinləri X34, X31, X25, X26, X17, X29, X12 və X13 verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə verilmiş 0.08 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətinə verilib. Şəhadətnamə 12415 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X48 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X23 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi X34, X31, X25, X26, X17, X29, X12 və X10 mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamədə texniki səhv olaraq ərizəçinin adı “Zəlimxan” əvəzinə “Zalıxan”, ata adı “Mərdanoviç” əvəzinə “Mərdan”, Mustafayeva Həcərin ölüm haqqında şəhadətnamədə ata adı olmadığı halda “Vəli”, X18 adı “Asya” əvəzinə “Asiya”, X11 adı “Səlimxan” əvəzinə “Səlimxa”, X5 “Hüseynova” əvəzinə “Mustafayeva” və ata adı “Şahvələd” əvəzinə “Şavələdovna”, X8 isə adı “Narxanım” əvəzinə “Nazxanım” yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi adının “Zəlimxan” əvəzinə “Zalıxan”, ata adı “Mərdanoviç” əvəzinə “Mərdan”, Mustafayeva Həcərin ölüm haqqında şəhadətnamədə ata adı olmadığı halda “Vəli”, X18 adı “Asya” əvəzinə “Asiya”, X11 adı “Səlimxan” əvəzinə “Səlimxa”, X5 “Hüseynova” əvəzinə “Mustafayeva” və ata adı “Şahvələd” əvəzinə “Şavələdovna”, X8 isə adı “Narxanım” əvəzinə “Nazxanım” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, X19, X32 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 22.08.2012-ci il tarixli, AZE № 09788191 saylı şəxsiyyət vəsiqəsi), X16 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 27.10.2015-ci il tarixli, AZE № 15588793 saylı şəxsiyyət vəsiqəsi), X9 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 16.02.2015-ci il tarixli, AZE № 15025724 saylı şəxsiyyət vəsiqəsi), X24 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 28.10.2016-cı il tarixli, AZE № 16437107 saylı şəxsiyyət vəsiqəsi), Mustafayeva Həcər (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 13.03.2015-ci il tarixli, AZ-İ № 716098 saylı ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 05.03.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin X34, X31, X25, X26, X17, X29, X12 və X10 mülkiyyətinə verilməsinə dair JN-564A Kod 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi adının “Zəlimxan” əvəzinə “Zalıxan”, ata adı “Mərdanoviç” əvəzinə “Mərdan”, Mustafayeva Həcərin ölüm haqqında şəhadətnamədə ata adı olmadığı halda “Vəli”, X18 adı “Asya” əvəzinə “Asiya”, X11 adı “Səlimxan” əvəzinə “Səlimxa”, X5 “Hüseynova” əvəzinə “Mustafayeva” və ata adı “Şahvələd” əvəzinə “Şavələdovna”, X8 isə adı “Narxanım” əvəzinə “Nazxanım” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, X19, X32 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 22.08.2012-ci il tarixli, AZE № 09788191 saylı şəxsiyyət vəsiqəsi), X16 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 27.10.2015-ci il tarixli, AZE № 15588793 saylı şəxsiyyət vəsiqəsi), X9 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 16.02.2015-ci il tarixli, AZE № 15025724 saylı şəxsiyyət vəsiqəsi), X24 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 28.10.2016-cı il tarixli, AZE № 16437107 saylı şəxsiyyət vəsiqəsi), Mustafayeva Həcər (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 13.03.2015-ci il tarixli, AZ-İ № 716098 saylı ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 05.03.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-35/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-35/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver