Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-350/2024 24.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək barəsində "Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən ona hesablanmış və **********02120 nömrəli abonent koduna vurulmuş 25920 kub metr təbii qazın dəyəri 3110.4 manat qəpik cərimə məbləği müəyyən edilmiş,qaz işlədicilərinin nominal saatlıq qaz sərfiyatına uyğun qaydada hesablanmanın aparılmaqla müəyyən edilməsini və artıq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2023-cü il tarixdə "Azəriqaz” İBnin İsmayıllı xidmət sahəsinin əməkdaşları yaşadığı İsmayıllı rayon Mican kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirərkən sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə 06 sentyabr 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur.Tərtib olunmuş aktda göstərilmişdir ki,sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmişdir. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 06 sentyabr 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatının 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır.Baxmayaraq ki, “dörd göz” adlanan PQ-3 markalı qaz pilitəsi 2 ədəd olmasına baxmayaraq onun yalnız 1 ədədi işlək vəziyyətdə olmuşdur. Aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonar cavabdeh təşkilat əsassız və qanunsuz olaraq 3110.40 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki,cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır.Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli,həmin aktı onlar imzalamalıdırlar.Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir.Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır.Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvartalı doldurmaq üçün qanunsuz olaraq cərimə etmişlər.Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə,onu da qeyd etmək istəyir ki, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır.Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq ötrüklə örtülməmişdir.Cavabdeh qanunsuz olaraq 06 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt əsasında **********02120 nömrəli abonent koduna 3110.40 manat borc hesablamışdır.Qeyd etmək istəyir ki,aşkar edilmiş həmin xəttdən heç bir vaxt istifadə edilməmiş,köhnə və istifadəsiz bir xəttdir.Aşkar edilən zaman da istifadəyə yararsız olub.Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyildir.Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hesab edir ki,tərtib olunmuş aktda göstərilənlər həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır.Smart kart tipli qaz sayğacına baxış keçirilmiş,baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır.Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır.Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də azaldılmalıdır. Belə ki, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin,o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir.Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır.Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən və 05 sentyabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları avqust ayında və arxaya hesablanmış növbəti 360 gündə və 12 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmış cərimənin ümumi məbləği azaldılmalıdır.Belə ki, məhkəməyə təqdim etdiyi **********02120 saylı abonentin saldosundan görünür ki,onun akta əsasən Cavabdehnə ümumilikdə 3110.4 manat borcu vardır.Hesab edir ki, onun 2023-cü ilin avqust ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarını pozmağı nəticəsində 3110.40 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir.Lakin "Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 05 sentyabr 2024-cü il tarixli ******* nömrəli aktda istehlakçı kimi ona məxsus fərdi yaşayış sahəsində qaz işlədici avadanlıqlar mövcud olmuşdur. Həmin avadanlıqlar aşağıdakılardır. Bir ədəd 28 kv kombi, iki ədəd qaz plitəsi PQ-3 qeydə alınmışdır.Qeydə alınmış bir ədəd 28 kv "Kombi” müəyyən olunmuş normativə əsasən saatlıq qaz sərfiyyatı 3 kub metr, bir ədəd PQ-3 adlanan məişət avadanlığının qaz sərfiyyatı isə saat hesabı ila 0.9 kub metr müəyyən olunmuşdur. Belə olan halda cəmi Kombi (28 kv) saat hesabı 3 kub metr+ bir ədəd PQ-3 adlandırılan avadanlıqda isə 0.9 kub metr qaz sərfiyatı cəmi - 3.9 kub metr saat hesabı ilə qaz sərf olunmuşdur.Lakin tərtib olunmuş tələbnamədə (qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 6 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur.Lakin isti hava şəraitində qazdan az istifadə olunduğu halda Cavabdeh İB bunları nəzərə almamışdır.Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə -1 ədəd 28 kv "Kombi” saat hesabı ilə 0,3 kub metr qaz sərf edir. Beləliklə 0,3 kub metr x 12 saat x 180 gün hesabı ilə - 6480 kub metr x 0.12 qəpik = 777.6 manat təşkil edir. 1 ədəd PQ-3 adlanan "dörd göz” qaz pilitəsi qaz sərfiyyatı 0.9 kub x 6 saat x 360 günə = 944 kub metr x 0.12 qəpik = 233.3 manat təşkil edir. Lakin nəzərə almaq lazımdır ki, avqust 2023-cü il tarixdan 2024-cü il yanvar ölkə üzrə isti hava şəraiti olmuşdur.Belə olan halda ona hesablanan cərimə qış aylarına aid ola bilərdi. Qış aylarında müəyyən olunmuş qaydalarla uyğun hesablansa belə hesablanan məbləğ 1010.90 manat qəpik ola bilərdi. Lakin cavabdeh ona 3110.40 manat məbləğində yüksək cərimə məbləği hesablanaraq abonent koduna işlənmişdir. Buna görə də hesab edir ki, onun qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır.Ona görə də "Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən ona hesablanmış və **********02120 nömrəli abonent koduna vurulmuş 25920 kub metr təbii qazın dəyəri 3110.4 manat qəpik cərimə məbləği müəyyən edilmiş,qaz işlədicilərinin nominal saatlıq qaz sərfiyatına uyğun qaydada hesablanmanın aparılmaqla müəyyən edilməsini və artıq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, dəftərxana vasitəsilə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Mican kənd sakini İddiaçı məhkəmədə iddia qaldıraraq əsassız hesablanmış 3110.40 manat cərimə məbləğinin yenidən hesablanmasını xahiş etmişdir.İddiaçı iddia ərizəsində "Azəriqaz" iB-nin əməkdaşlarının qanunsuz olaraq ona 3110.40 manat məbləğində cərimə yazdıqlarını və həmin məbləğin yenidən hesablanmasını xahiş etmişdir.Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Bele ki, xx.xx.2023-cü il tarixində Cavabdeh əməkdaşları İsmayıllı rayonu Mican kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akta əsasən xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin İstehlakçılara satılan qaza nəzarət Şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İsmayıllı XS-nin abonenti İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********02120 nömrəli abonent koduna 25920 m3 -3110.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.İddiaçı abonent koduna hesablanaraq vurulmuş 3110.40 manat məbləğində sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən görünür ki,İsmayıllı Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan sayğacdan kənar,qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. 06 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanaraq qaz işlədicələrindən 1 ədəd PQ3-ün maksimal saatlıq qaz sərfi 6 m³/saat qəbul edilməklə itirilmış qazın bərpası üçün 25920 m³ dəymiş ziyan hesablanmışdır. (6x12x360=25920 m3) 28 dekabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı **********02120 saylı abonent koduna 2023-cü ilin avqust ayı üzrə 3110.40 manat borc vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 05 sentyabr 2023-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********02120 nömrəli abonent koduna 25920 m3 - 3110.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin Ağsu X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd PQ 3-ün maksimal saatlıq qaz sərfi 6 m³/saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (6x12x360)=25920m³ dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 3110.40 manat borcun silinməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qərarın 5.2-ci bəndinə görə bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki,sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 25920 m3 miqdarında,yəni 3110.40 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, İddiaçı 2023-cü ilin sentyabr ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsada,Azəriqaz İB iddiaçının təbii qazdan 365 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 3110.40 manat cərimə hesablamışdır.İddiaçının qanunsuz qaz xəttindən 365 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (6x12x30=2160 m³) Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X3 İdarəsi tərəfindən tərtib olunmuş 06 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı hesablanmış 3110.40 manat cərimə məbləği azaldılaraq 259.2 manat müəyyən edilməlidir. (6x12x30=2160 m³ x 0.12=259.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 259.2 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********02120 nömrəli abonent koduna vurulmuş 3110.40 manat cərimə məbləği azaldılaraq 259.2 manat müəyyən edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-350/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-350/2024
24.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver