Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-368/2023 05.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı Rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 05 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 55 nömrəli qərarı ilə 1.17 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, X8 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəsini müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 55 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun Göytəpə kəndi ərazisində 1.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında atasının soyad, ad və ata adı həmin vaxt “X15” olmasına baxmayaraq səhvən “X14” kimi, bacıları Şəfiqə və Nəsibənin soyadı həmin vaxt “Şiraliyeva” olmasına baxmayaraq səhvən “Şirəliyeva” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında atasının soyad, ad və ata adında, bacılarının isə soyadında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyəti orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 55 nömrəli qərarı ilə 1.17 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Ərizəçi1, X8 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi1 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid2 ifadə verərək göstərdi ki, ərizəçilər onun bibiləridir. Torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətinə 1.17 hektar torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında babası Şahnaz Şiralıyevin soyad, ad və ata adı həmin vaxt “X15” olmasına baxmayaraq səhvən “X14” kimi, bibiləri Şəfiqə və Nəsibə Şiraliyevanın soyadı həmin vaxt “Şiraliyeva” olmasına baxmayaraq səhvən “Şirəliyeva” kimi yazılmışdır. Göstərilən JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Ərizəçi2, Ərizəçi1 və X6 məxsus olmasını təsdiq edir. Digər Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verərək, JN-0059 Kod 40712048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Ərizəçi2, Ərizəçi1 və X6 məxsus olması faktını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X14, Ərizəçi2, X9 və X4 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X10 atasının soyad, ad və ata adı “X14” kimi, Ərizəçi1 və X2 “Şirəliyeva” kimi qeyd olunmuşdur. Dövlət aktı 1658 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X13 verilmişdir. 06 avqust 2007-ci il tarixli AZ-İ № 238110 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 02 avqust 2007-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2018-ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1967-ci il tarixdə İsmayıllı rayonun Göytəpə kəndində doğulmuş Ərizəçi2 İsmayıllı rayonun Göytəpə kəndində yaşayır. Səyyar-Asan 10 tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1969-cu il tarixdə İsmayıllı rayonun Göytəpə kəndində doğulmuş Ərizəçi1 İsmayıllı rayonun Göytəpə kəndində yaşayır. 04 aprel 2011-ci il tarixli AZ-İ № 409780 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 13 mart 2011-ci il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 3-21-3-4212-Ş-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan səhvlərin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 55 nömrəli qərarı əsasında İsmayıllı rayonu Göytəpə kəndində yerləşən 1.17 ha torpaq sahəsi X14, Ərizəçi2, X9 və X4 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Şahnaz Şiralıyevin soyad, ad və ata adı həmin vaxt “X15” olmasına baxmayaraq səhvən “X14” kimi, Şəfiqə və Nəsibə Şiraliyevanın soyadı həmin vaxt “Şiraliyeva” olmasına baxmayaraq səhvən “Şirəliyeva” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X3, ad və ata adının “X14” kimi, Ərizəçi1 və X1 “Şirəliyeva” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (xx.xx.2007-ci il tarixli, AZ-İ № 238110 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və X6 (xx.xx.2011-ci il tarixli, AZ-İ № 409780 saylı ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 55 nömrəli qərarı ilə İsmayıllı rayonu Göytəpə kəndində yerləşən 1.17 ha torpaq sahəsinin X14, Ərizəçi2, X9 və X4 birgə mülkiyyətinə verilməsinə dair JN-0059 Kod 40712048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni X3, ad və ata adının “X14” kimi, Ərizəçi1 soyadının “Şirəliyeva” kimi, X1 “Şirəliyeva” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (xx.xx.2007-ci il tarixli, AZ-İ № 238110 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və X6 (xx.xx.2011-ci il tarixli, AZ-İ № 409780 saylı ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-368/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-368/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver