Məhkəmə qərarları › İş №2(037)-373/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-373/2022

02.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-373/2022 02.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbi, iddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın faktiki olaraq qəbul olunması faktının müəyyən olunması, buna uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin İsmayıllı rayon Notariat Ofisinə həvalə edilməsi, cavabdehlərə verilmiş vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə 02 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən İddiaçı3 adına qeydə alınmış fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı Cavabdeh4 Yunus oğlu cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X8 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028 olan, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi tamamilə faktiki qəbul etdiyi üçün onlara mülkiyyət hüququnun tanınması, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlərə verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamənin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh4 Yunus oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum atası X8 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028 olan, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 avqust 2022-ci il tarixli qərardadı ilə hər iki mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş, işə 2(037)-373/2022 nömrəsi verilmişdir. İddiaçı1 öz iddia tələbini müdafiə etdiyini, Həsən Davudovun iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, məlum hadisələrlə bağlı 1988-ci ildən Ermənistandan köçdükdən sonra İsmayıllı rayonunun Soltankənd kəndində məskunlaşmışlar. Ermənistanda olan evlərini oğlu Əfqan Soltankənd kəndində olan erməni evi ilə dəyişmiş və orada yaşamışlar. Yaşayış evinə dair oğlu Əfqanın adına 1988-ci ildə texniki pasport hazırlanmışdır. Yaşayış evinin yerləşdiyi 0,16 hektar torpaq sahəsi onun, əri Yunis Davidovun, qızı İddiaçı2 və oğlu İddiaçı3 birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Hələ onlar Ermənistanda yaşadıqları vaxtlarda oğlu Həsən Rusiyaya getmiş, orada yaşamış və işləmişdir. Hərbi xidməti də Rusiya ordusunda keçmişdir. Həsən 2001-ci ildə Azərbaycana gələrək evlənmiş və qısa müddət ərzində ailəsini də götürərək Rusiyaya qayıtmışdır. Əri Yunis 2013-cü ildə vəfat etmişdir. Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə gələrək hüzr məclisində iştirak edərək geri qayıtmışdır. Gəldiyi vaxtda da ata evində qalmamış, Qalagah kəndində yaşayan qaynatasının evində qalmışdır. Əri vəfat etdikdən sonra oğlu Əfqan dəfn və yas mərasimlərini təşkil etmiş, xərci o çəkmişdir. Altı ay müddətində oğlu Əfqan, ondan sonra isə digər oğlu Eldar üç ilə yaxın onunla qalmışdır. Bütün bu müddət ərzində qızı Radə də onunla qalaraq ona baxmışdır. Oğlu Əfqan evin və torpaq sahəsinin saxlanılması üçün mütamadi olaraq Rusiyadan ona pul göndərmişdir. 2016-cı ilə qədər nə Həsən, nə də ailə üzvləri Əfqanın adına olan, onun yaşadığı evdə yaşamamışlar. Həsən 2016-cı ildə ailə üzvüləri ilə birlikdə müvəqqəti yaşamaq üçün Rusiyadan köçüb gəlmişdir. İlk vaxtlar ona yaxşı baxsalar da sonradan gəlini Gülnaz onunla yola getməmişdir. Bu barədə oğlanları və qızı da bilirdi. Bütün bunlar oğlu Həsənin gözü qarşısında baş vermişdir. Məcburiyyət qarşısında qalaraq üç ilə yaxındır ki, qonşu kənddə yaşayan qızı Radənin yanına köçmüşdür. 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində oğlu Əfqanın adına olan yaşayış evi qəzalı vəziyyətə düşdüyündən sökülmüşdür. İcra Hakimiyyətinin qərarı əsasında həmin evin yerində oğlu Əfqanın adına həmin evdən kiçik ölçüdə yaşayış evi tikilmişdir. Cavabdehlər özlərini həmin torpaq sahəsinin və evin sahibi kimi aparırlar. Lakin istər Həsənin və arvadı Gülnazın, istərsə də onun uşaqlarının həmin evə və torpaq sahəsinə heç bir hüquqları yoxdur. Əri Yunis öldükdən sonra vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair onun, qızı Radənin və oğlu Əfqanın adına çıxarış alınmışdır. Oğlu Həsən və onun uşaqları Rusiya vətəndaşıdırlar. Gülnaz isə qonşu Qalagah kəndində qeydiyyatdadır. X19 gələrkən onun bir neçə iribuynuzlu mal-qarası və qoyun-quzusu olsa da Həsən onların hamısını sataraq özü üçün xərcləmişdir. Oğlu Həsən və gəlini Gülnaz onu evə buraxmırlar. Həsən atasının dəfn mərasimində iştirak etməmiş, dəfn və hüzr mərasimlərinə xərc çəkməmiş, evin və həyətyanı torpaq sahəsinin saxlanılmasına heç bir vəsait xərcləməmişdir. Atasından qalan miras əmlakı qəbul etməmişdir. Buna görə də oğlu Həsən torpaq sahəsindən və evdən heç bir miras payı tələb edə bilməz. Yunis Davidovdan miras qalan torpaq payını o, qızı Radə və oğlu Əfqan miras kimi qəbul etmişdir. Fərdi yaşayış evinin texniki pasportu oğlu Əfqanın adına olmuş, ev zəlzələ nəticəsində yararsız vəziyyətə düşdüyü üçün həmin evin yerində Əfqanın adına yeni ev tikildiyindən həmin ev Əfqanın mülkiyyətidir. Ona görə də onun, oğlu Əfqanın və qızı Radənin birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun ona və digər cavabdehlər İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı3 öz iddia tələbini müdafiə etdiyini, Həsən Davudovun iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistanda olan evlərini İsmayıllı rayonunun Sotankənd kəndində olan erməni evi ilə dəyişmiş və orada yaşamışlar. Yaşayış evinə dair 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” onun adınadır. Yaşayış evinin yerləşdiyi 0,16 hektar torpaq sahəsi isə “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun, X23un, anası İddiaçı1 və bacısı İddiaçı2 birgə mülkiyyətində olmuşdur. X22 2013-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına rasmləşdirilməklə onun, İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Qardaşı Cavabdeh4 də daxil olmaqla hamısının Rusiyada yaşayış evləri və iş yerləri vardır. Qardaşı Həsən hələ onlar Ermənistanda yaşadığı vaxtlar Rusiyaya köçmüş və hərbi xidməti də Rusiya vətəndaşı kimi orada çəkmişdir. 2001-ci ildə evlənmək üçün Azərbaycana gəlmiş və qısa müddətə ailəsini də götürərək Rusiyaya qayıtmışdır. Atası xəstə olduğu üçün müalicə etdirmək məqsədi ilə Rusiyaya aparmışdır. Müalicə nəticə verməmiş və atası 23 yanvar 2013-cü i tarixdə orada vəfat etmişdir. Atasını yaşadıqları kəndə gətirərək dəfn etmişlər. Atasının dəfn və yas mərasimi xərclərini o çəkmişdir. Bütün qardaşları dəfn mərasimində iştirak etsələr də Həsən dəfn mərasimində iştirak etməmiş, bir neçə gün sonra hüzr məclisində iştirak etmiş, sonra geri qayıdaraq bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtlarda da qaynatasının evində qalmışdır. Atası vəfat etdikdən sonra altı aya yaxın müddətdə o, anasının yanında qalaraq anasına qulluq göstərmişdir. Ondan sonra 2013-cü ildən 2015-ci ilədək qardaşı Eldar, bacısı Radə ilə birlikdə anasının yanında yaşamışlar. Bir neçə il əvvəl Həsənin ailəsi ilə birlikdə Azərbaycana köçmək barədə fikrinin olduğunu, bir müddət sonra isə Azərbaycana köçərək anası ilə birlikdə ona məxsus evdə yaşadığını eşitmişdir. Anası xəstə olduğu üçün Azərbaycana gəlmiş və qardaşı Həsən və onun ailəsinin anasına yaxşı baxmadığını görmüşdür. Anasının səhhəti və yaşayış şəraiti onu qane etmədiyindən anasını müayinə və müalicə etdirmək üçün Rusiyaya aparmışdır. Anası qısa müddət ərzində Rusiyada qaldıqdan sonra orada yaşaya bilmədiyini, öz evinə qayıtmaq istədiyini bildirdiyindən qardaşı Osman 2019-cu ilin may ayında onu öz evinə gətirmişdir. Qardaşı Həsənə anasına yaxşı baxmağı tapşırsa da növbəti dəfə gələndə anası orada yaşaya bilmədiyini, Həsənin ailəsinin onunla yola getmədiyini bildirmişdir. Məcburiyyət qarşısında anası müvəqqəti olaraq qonşu kənddə yaşayan bacısı Radənin evinə getmişdir. Bundan sonra da qardaşlar Həsəni yola gətirməyə çalışsalar da nəticəsi olmamışdır. Əvəzində anası evdən gedəndən sonra Həsən xeyli sayda anasına məxsus mal-qaranı və qoyunquzusunu sataraq özü üçün xərcləmişdir. Pandemiya ilə əlaqədar olaraq 2019-cu ildən sonra iki il müddətində Azərbaycana gəlib-gedə bilməmişdir. Anasının Həsənin arvadı ilə bir evdə yaşaması mümkün deyildir. O, ailəsi ilə birlikdə köçüb anası ilə yaşacaqdır. Ötən müddət ərzində mülkiyyətlərində olan torpaq sahəsini və fərdi yaşayış evinin saxlanılması üçün lazım olan xərcləri o çəkmişdir. Bu məqsədlə tez-tez Rusiya Federasiyasından anasına və bacısına pul göndərmişdir. Atasından qalan miras payını da faktiki olaraq o qəbul və idarə etmişdir. 2019-cu ildə baş vermiş zəlzələ zamanı mülkiyyətində olan evin yararsız vəziyyətə düşməsi barədə məlumatı olmuşdur. Ona bildirmişlər ki, həmin ev rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiyanın qərarı ilə söküləcək və həmin evin yerində yenisi inşa ediləcəkdir. Onun da evinin sökülərək yerində yenisinin tikilməsinə heç bir etirazı olmamışdır. Mübahisəli ev onun mülkiyyətidir. Həyətyanı torpaq sahəsi isə onun, anası Xəzəlin və bacısı Radənin birgə mülkiyyətlərindədir. Atasından qalan miras əmlakı Həsən qəbul etməmişdir. Buna görə də Həsən torpaq sahəsindən və evdən heç bir miras payı tələb edə bilməz. Ona görə də birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun ona və digər cavabdehlər İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 öz iddia tələbini müdafiə etdiyini, Həsən Davudovun iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, məlum hadisələrlə bağlı ailəliklə 1988-ci ildə Azərbaycana gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmışlar. Qardaşı Əfqan Ermənistanda olan evi burdakı evlə dəyişmiş, onun adına texniki pasport hazırlanmışdır. Valideynlərinin, qardaşı Əfqanın və onun adına həmin kənddə evin yerləşdiyi 0,16 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə müvafiq şəhadətnamə də tərtib olunmuşdur. Qardaşı Həsən hələ onlar Ermənistanda yaşadıqlarə vaxt işləməyə Rusiyaya getmiş və orada yaşamışdır. 2001-ci ildə kəndə gələrək İsmayıllı rayonun Qalagah kəndindən evlənmiş və qısa müddət ərzində ailəsini də götürərək yenidən Rusiyaya qayıtmışdır. X23 2013-cü ildə vəfat etmişdir. Qardaşları atasının dəfn mərasimində iştirak etsələrdə qardaşı Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə Azərbaycana gəlmiş, hüzrdə iştirak edərək geri qayıtmışdır. Bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtda da Qalagah kəndində qaynatasının evində qalmışdır. Atasının dəfn və hüzür mərasimlərinin xərcini qardaşı Əfqan çəkmişdir. Atası vəfat etdikdən sonra qardaşı Əfqan altı ay müddətində, digər qardaşı Eldar isə 2013-cü ildən 2015-ci ilə qədər onunla birlikdə analarının yanında qalmış və ona baxmışdır. Bu müddət ərzində qardaşı Əfqan miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və ona pul göndərmişdir. Qardaşı Həsən 2016-cı ildə ailə üzvüləri ilə birlikdə müvəqqəti yaşamaq üçün Azərbaycana gəlmiş, mülkiyyətlərində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçərək anası ilə birlikdə yaşamışlar. Qardaşı Əfqanın adına olan mübahisəli ev 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyündən sökülmüşdür. İsmayıllı rayon İcra Hakimiyyətinin qərarı əsasında həmin evin yerində qardaşı Əfqanın adına həmin evdən kiçik ölçüdə yaşayış evi tikilmişdir. Qardaşı Həsən və onun arvadı anası Xəzəl ilə yola getmədiklərindən anası məcburiyyət qarşısında qalaraq onun yanına köçmüş və üç ilə yaxındır ki, onunla birlikdə yaşayır. Anasına hər cür qulluq göstərsə də özünü həmin evdə rahat hiss etmir və öz evinə qayıtmaq istəyir. Lakin qardaşı və onun arvadı onları və anasını həmin evə buraxmırlar. Mübahisəli ev qardaşı Əfqanın mülkiyyətidir. Həyətyanı torpaq sahəsi isə onun, anası Xəzəlin və qardaşı Əfqanın birgə mülkiyyətlərindədir. Bu barədə adlarına müvafiq çıxarış da alınmışdır. Atasından qalan miras əmlakı Həsən qəbul etməmişdir. Həsən torpaq sahəsindən və evdən heç bir miras payı tələb edə bilməz. Ona görə də birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun ona və digər cavabdehlər İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı3 nümayəndəsi Davidov X16 Davidovun izahatına uyğun izahat verərək İddiaçı3 iddia tələbinin təmin edilməsi, Cavabdeh4 iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 və İddiaçı3 nümayəndəsi Vəkil iddiaçıların izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilmiş və İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin üzərində İddiaçı3 adına İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan fərdi yaşayış evinə dair 1988-ci ilin oktyabr ayında texniki pasport hazırlanmışdır. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəində Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarı ilə İddiaçı3 məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yerində yeni mənzil inşa edilmişdir. Gülnazdan başqa digər cavabdehlər Rusiya vətəndaşıdırlar. Gülnaz özü isə Qalagah kəndində qeydiyyatdadır. Yunis Davidov vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərinin xərcini oğlu Əfqan çəkmiş, altı aya qədər anasının yanında qalaraq ona baxmışdır. Bununla da İddiaçı3 atasından miras qalan əmlakı 2013-cü ildə faktiki olaraq qəbul etmişdir. Eyni zamanda İddiaçı3 miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və bacısına pul göndərmişdir. Bu da mirasın onun tərəfindən faktiki olaraq qəbul etməklə yanaşı, nümayəndə vasitəsilə qəbul olunmasını da təsdir edir. Yunis Davidovun digər oğlu Eldar isə atası vəfat etdikdən sonra 2015-ci ilə qədər anasının yanında yaşamışdır. X11 başqa kənddə ərdə olsa da 2016-cı ilə qədər anası ilə birlikdə Əfqanın evində yaşamışdır. Cavabdehlər Xəzələ yaxşı baxmadığı üçün məcburiyyət qarşısında o qızının yanına köçmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) da göstərilmişdir. “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli fərmanının 1-ci bəndinə əsasən müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin təqdim edildiyi şəxslərin siyahısını yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməlidirlər. Həmin Fərmanla müəyyən edilmişdir ki, siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin edilməlidir. Bununla da o nəticəyə gəlmək olar ki, İddiaçı3 adına hazırlanmış texniki pasport mülkiyyət sənədidir. 2019-cu ildə baş vermiş zəlzələ zamanı mülkiyyətində olan evin yararsız vəziyyətə düşməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında sökümüş və həmin evin yerində tikilmiş yeni yaşayış evi İddiaçı3 gözlənilən mülkiyyətidir. 0,16 hektar həyətyanı torpaq sahəsinin üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh4 atasından miras qalan əmlakı istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməmişdir. Miras əmlakın faktiki qəbul olunması ilə bağlı heç bir aktiv hərəkətlər etməmiş, mirasın qəbul olunması ilə bağlı qanunla müəyyən olunmuş altı ay müddətini ötürmüşdür. Cavabdehlərin istər fərdi yaşayış evində, istərsə də torpaq sahəsində mülkiyyət hüquqları və həmin əmlaklara hüquqi bağlılıqları yoxdur. Ona görə də iddiaçıların birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən İddiaçı3 mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh4 öz iddia tələbini müdafiə etdiyini, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı iddia tələblərini qəbul etmədiyin ibildirdi və izahat verərək göstərdi ki, məlum hadisələrlə bağlı 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan əvvəl Oğuz rayonuna, sonra isə İsmayıllı rayonun Soltankənd kəndinə gələrək orada məskunlaşmışlar. Digər qardaşları kimi o, da işləmək və yaşamaq üçün Rusiyaya getmişdir. Rusiya vətəndaşı olmaqla hərbi xidməti də orada çəkmişdir. 2001-ci ildə Azərbaycana gələrək ailə qurmuş və qısa müddət ərzində geri qayıtmışdır. Hər il müxtəlif vaxtlarda bir neçə dəfə valideynlərinin yanına 2-3 ay müddətinə gələrək bütün təsərrüfat işlərində onlara köməklik etmşdir. X23 23 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Dəfn mərasimində iştirak edə bilməmişdir. Dəfndən bir neçə gün sonra gəlmiş 4-5 gün qaldıqdan sonra geri qayıtmışdır. Atasının qırx mərasimində gəlib iştirak etmişdir. Atasının vəfatından sonra qardaşları Əfqan, Osman və Eldar da müxtəlif vaxtlarda valideynlərinin yanına gələrək bir müddət qalmış, sonra qayıdıb getmişlər. Qardaşlarının ailəsi burda yaşadıqları müddətdə bacısı Radə onların ailə işlərinə müdaxilə etdiyindən burda qalıb yaşaya bilməmişlər. Anası xəstə olduğundan qardaşları onu anasının yanına köçməyə məcbur etmişlər. O, da 2016-cı ildə ailəsi ilə birlikdə anasının yanına köçmüşdür. Bacısı evlərinə tez-tez söz-söhbət salaraq onların birgə yaşamaqlarına mane olurdu. Anası müalicə üçün bir müddət Rusiyaya getmişdir. 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev yararsız hala düşdüyündən beş ay ailəsi ilə birlikdə qarajda yaşamışlar. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyanın qəzalı olduğu təsdiqini tapmış yaşayış evlər barədə məlumat cədvəlində onun adı qeyd edilmişdir. Müraciətinə əsasən dövlət tərəfindən ailə üzvüləri də nəzərə alınmaqla onlara yeni ev tikilmişdir. Evin sökülməsində və tikilməsində o usta kimi işləmiş və buna görə əmək haqqı da almışdır. İşləyən fəhlələrə və evin tikintisində çalışan digər şəxslərə özü və ailə üzvüləri tərəfindən lazımı qulluqlar göstərilmişdir. Bunun üçün o, xeyli vəsait xərcləmişdir. Hesab edir ki, orada yaşadıqlarına görə ev onlar üçün tikilmişdir. Anası Rusiyadan qayıdandan sonra yenə də evlərində sözsöhbət olmuş və anası xəstələnmişdir. Kənd həkimi anasına ilkin tibbi yardım göstərmiş, sonra anasını qonşu kənddə yaşayan bacısı Radənin evinə aparmışdır. O, anasının evinə qayıdaraq onlarla birgə yaşamasına etiraz etməsə də qardaşları və bacısı buna imkan vermirlər. Qonşuları da onun və ailəsinin uzun müddətdir həmin evdə yaşadıqlarını təsdiq etməklə bu barədə müvafiq akt tərtib etmişlər. Yəni miras əmlak uzun müddətdir faktiki olaraq onun istifadəsindədir və atasından qalan mirası faktiki olaraq qəbul etmişdir. O, atasına məxsus miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı Rayon Notariat ofisinə ərizə ilə müraciət etsə də notariat ofisinin xx.xx.2022-ci il tarixli 413 nömrəli məktubu ilə ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İmtina məktubunda səbəb kimi onun miras əmlakın qəbul edilməsi üçün nəzərədə tutulmuş müddətin ötürülməsi, həmçinin inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş vərəsələrin dairəsi barədə ərizədə adının göstərilməməsi qeyd olunmuşdur. Həmin günü ona məlum olmuşdur ki, onun xəbəri olmadan anası İddiaçı1, qardaşı İddiaçı3 və bacısı İddiaçı2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə uyğun olaraq İddiaçı3 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Çıxarışda İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 payı müəyyən edilmişdir. 2013-cü ildə atası vəfat etdikdən sonra həmin il bir neçə dəfə Azərbaycana gəlib-getsə də, atasının hüzr mərasmində iştirak etsə də qanunu bilmədiyindən mirası qəbul etməklə bağlı hərəkətlər etməmiş, notariat ofisinə müraciət etməmişdir. Qeyd etdiyi kimi uzun müddətdir ailəsi ilə birgə mübahisəli evdə yaşadığından və ailə üzvüləri (ana, qardaş və bacı) ilə aralarında mübahisə olmadığından əvvələr atasına məxsus əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı düşünməmişdir. 2016-cı ildən yaşadığı evdə və həyətdə müəyyən tikinti işləri aparmışdır. Hesab edir ki, İddiaçı1 və digərlərinin onların torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbi əsassızdır, vərəsələrin dairəsi tam müəyyən edilmədən verilmiş vərəsəlik haqqnda şəhadətnamə və şəhadətnamə əsasında çıxarış etibarsızdır. Ailəsi ilə birlikdə yaşamağa digər yeri yoxdur. Ona görə də İddiaçı1 və digərlərinin onlara qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddianın rədd edilməsi, mərhum atası X8 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN- 085F Kod 40710028, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı iddia tələblərini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki,əri Cavabdeh4 qardaşlarının təkidi ailəsi ilə birlikdə Rusiyadan köçüb Azırbaycana gəlmiş və İsmayıllı rayonu Soltankənd kəndində qaynX23a məxsus evdə yaşamışlar. Ev zəlzələ nəticəsində yararsız hala düşdüyündən onların müraciətləırinə əsasən dövlət tərəfindən orada yenisi inşa edilmişdir. Evin sökülməsində və tikilməsində əri Həsən usta kimi işləmiş, o da öz növbəsində işləyən usta və fəhlələrə qulluq göstərmişdir. Qayınanası İddiaçı1 da bir müddət onlarla yaşamışdır. Baldızı İddiaçı2 onun qayınanası ilə birgə yaşamaqlarına mane olmuşdur. Onun nəticəsidir ki, qayınanası Xəzəl onlarla yaşamaq istəməyərək qızı İddiaçı2 yanına getmişdir. Onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Ona görə də iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Həsən qızı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı iddia tələblərini qəbul etmədiyini bildirdi cavabdeh Gülnaz Əsgərovanın izahatına uyğun izahat verərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, onun hüqüquqlarını müdafiə edən qanuni nümayəndəsi Cavabdeh4 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh3 qarşı iddia tələbinin də rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh4 izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, zəlzələdən dağılmış evin yerində Həsən və onun ailə üzvlərinin sayı nəzərə alınmaqla yeni ev tikilmişdir. Bu fakt İcra Hakimiyyətindən alınmış siyahıda Həsənin və onların ailə üzvülərinin adının olması ilə təsdiq olunur. İddiaçı Radə ərə gedib və ər evində yaşayır. Həsən və onun ailə üzvləri Rusiyada qeydiyyatda olmalarına baxmayaraq altı ildir ki, həmin evdə yaşayırlar. Həsənin vərəsə kimi müəyyən hüquqları vardır. Vərəsə mirasın qəbul olunması ilə bağlı istənilən vaxt muraciət edə bilər. Heç kim vərəsəni vərəsəlik hüququndan məhrum edə bilməz. Həsən atasının hüzr məclisində iştirak etmiş, bu məqsədlə bir neçə dəfə Azərbaycana gəlib qaytmışdır. 2016-cı ildən yaşadığı evə və həyətyanı torpaq sahəsi üçüin lazımı xərcləri çəkməklə mirası faktiki olaraq qəbul etdiyini nümayiş etdirmişdir. Valideynləri və qardaşları ilə münasibətləri yaxşı olduğundan mirasın qəbul edilməsi ilə bağlı rəsmi müraciət etməmişdir. İddiaçılar tərəfindən qısa müddət ərzində Yunis Davidovdan miras qalan torpaq sahəsinə dair sənədlər hazırlanmışdır. Həsən mirasın qəbul edilməsi ilə bağlı 2022-ci ilin may ayında Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisi tərəfindən qanunla müəyyən olunmuş müddəti ötürdüyündən müraciəti təmin olunmamışdır. Mirasın qəbul olunması faktının müəyyən olunması başqa qaydada mümkün olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Ona görə də İddiaçı1 və digərlərinin cavabdehlərə qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddianın rədd edilməsi, Həsənin mərhum atası X8 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Ərazi İdarəsi və maraqlı tərəf İsmayıllı Rayon notariat ofisinə məhkmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə iclaslarının cavabdeh və maraqlı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. X2 ifadə verərək göstərdi ki, o İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Məlum hadisələrlə bağlı mərhum Yunus Davidov ailəsi ilə birlikdə Ermənistandan köçərək İsmayıllı rayonun Soltankənd kəndinə gəlmişlər və həmin vaxt evi erməni ilə dəyişmişlər. 2016-cı ildən Həsən ailəsi ilə birlikdə həmin evdə yaşayır Zəlzələdən sonra dəyişdikləri ev yararsız vəziyyətə düşdüyündən sökülərək dövlət hesabına yeni ev inşa edilmişdir. Nümayəndəliyə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən mübahisəli torpaq sahəsinin və evin kimin mülkiyyətində olduğunu bilmir. Təsərrüfatbaşına kitabda əvvəl yalnız İddiaçı1 adı olmuşdur. Sonradan özlərinin xahişləri ilə Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adları da həmin kitaba qeyd edilmiişdir. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən onun imzası ilə verılmiş 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışda İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət, 49 nömrəli 16 fevral 2022-ci il tarixli arayışda isə İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət olması qeyd edilmişdir. Əslində isə Cavabdeh4 özü, uşaqları Cavabdeh2 və Cavabdeh3 Rusiya vətəndaşıdır, onların Azərbaycan Respublikasında qeydiyyatları yoxdur. Arvadı Cavabdeh1 isə Qalagah kəndində qeydiyyatdadır. X4 ifadə verərək göstərdi ki, mübahisəli fərdi yaşayış evi qardaşı İddiaçı3 mülkiyyətindədir. Hələ Ermənistandan köçərkən qardaşı Əfqan evi Soltankənd kəndində yaşayan erməni evi ilə dəyişmişdir. Qardaşı Həsən onlar Ermənistanda yaşadıqları vaxt Rusiyaya getmiş, hərbi xidməti də orada keçmişdir. Atası 2013-cü ildə vəfat etmişdir. Onlar atasının dəfn mərasimində iştirak etsələrdə qardaşı Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə gələrək hüzrdə iştirak edərək geri qayıtmışdır. Bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtda da həmin evdə qalmamış, Qalagah kəndində qaynatasının evində qalmışdır. Qardaşı Əfqan atasının dəfn və hüzür mərasimlərinin xərcini çəkmiş, atası vəfat etdikdən sonra altı ay anası ilə birlikdə qalaraq ona qulluq göstərmişdir. O da 2013-cü ildən 2015-ci ilədək həmin evdə onlarla birlikdə yaşamışdır. Bacısı Radə onlarla bərabər yaşamış, o geri qayıtdıqdan sonra bacısı 2016-cı ilədək həmin evdə anası Xəzəllə qulluq etmək üçün qalmışdır. Qardaşı Əfqan miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və bacısına pul göndərmişdir. 2016-cı ildə həmin evə digər qardaşı Cavabdeh4 öz ailəsi ilə köçmüşdür. Anası xəstələndiyi üçün Əfqan anasını müalicə etdirmək üçün Rusiyaya aparmışdır. 2019-cu ilin may ayında anasının təkidi ilə qardaşı Osman anasını geri qaytarmışdır. Osman onlara bildirmişdir ki, qardaşı Həsən anasına yaxşı baxmır. Anası Xəzələ yaxşı baxmadıqlarına görə məcburiyyət qarşısında yaşamaq üçün bacısı Radənin yanına getmişdir. 2019-cu ildə təbii fəlakət nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Dövlət hesabına həmin evin yerində yeni ev inşa edilmişdir. Yeni inşa edilmiş ev qardaşı İddiaçı3 məxsusdur. Atasından qalan mirası anası Xəzəl, bacısı Radə və qardaşı Əfqan qəbul edərək idarə edir X5 X4 ilə eyni məzmunlu ifadə verdi. X3 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. X20 vəfat etdikdən sonra 2016-cı ildən həmin evdə mərhumun oğlu Cavabdeh4, arvadı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İki il əvvəl Həsənin anası İddiaçı1 həmin evdə Həsən və ailəsi ilə birlikdə yaşasa da hazırda orada yaşamır. Onların yaşadığı ev qəzalı vəziyyətdə olduğundan dövlət tərəfindən yenidən inşa edilmişdir. Dövlət tərəfindən ev Həsənin ailəsinin sayına uyğun tikilimişdir. Ev tikildikdən sonra da həmin evdə Həsənin ailəsindən başqa heç kim yaşamamışdır. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. X20 vəfat etdikdən sonra Həsənin hüzr məclisində iştirak etdiyini görmüşdür. Həmin vaxtlarda Həsən atası evində qalırdı. 2016-cı ildən həmin evdə mərhumun oğlu Cavabdeh4, arvadı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İki il əvvəl Həsənin anası İddiaçı1 da həmin evdə Həsən və ailəsi ilə birlikdə yaşamışlar. Lakin Xəzəl hazırda o evdə yaşamır. Onların yaşadığı ev qəzalı vəziyyətdə olduğundan dövlət tərəfindən yenidən inşa edilmişdir. Ev tikildikdən sonra da həmin evdə Həsənin ailəsindən başqa heç kim yaşamamışdır Həsən yaşadığı həyətdə öz hesabına tikinti işləri aparmışdır. 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən inventar nömrəsi 173 olan 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan fərdi yaşayış evinin sahibi İddiaçı3dur. JN 085F KOD 40710028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 29 iyul 1999-cu il tarixli 64 saylı qərarı ilə İsmayıllı rayonun Soltankənd kəndi ərazisindən 0,16 hektar həyətyanı torpaq sahəsi X17, İddiaçı1, X15, İddiaçı3 mülkiyyətinə verilmişdir. AZ-İ 542645 nömrəli 28 yanvar 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X18 23 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayonun İHB-nın Soltankənd kənd təsərrüfatbaşı kitabının 80-ci səhvəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində fərdi yaşayış evində ailə başçısı kimi İddiaçı1 qeyd edilmişdir. İsmayıllı rayonunda ziyan dəymiş yaşayış evləri və sosial obyektlərə baxışın nəticələrinə dair 15 fevral 2019-cu il tarixli baxışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində ziyan dəymiş evə baxış keçirilərkən Cavabdeh4 yaşadığı evin bir mərtəbəli 3 otaqlı ümumi sahəsi 120 kv.metr, ailə üzvünün sayının 5 nəfər olduğu qeyd edilmişdir. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəində ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumatların surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində olan Cavabdeh4 yaşadığı evin bir mərtəbəli 4 otaqlı ümumi sahəsi 120 kv.metr, ailə üzvünün sayının 5 nəfər olduğu qeyd edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 07/312 nömrəli 16 may 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, fərdi yaşayış evi 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış evinin əvəzi olaraq AR Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. İnşa edilmiş yaşayış evi Cavabdeh4 təhvil verilmişdir. Volqoqrad vilayəti İlovlinsk bələdiyyə rayonu İlovlinsk şəhər qəsəbəsinin inzibatçılığı tərəfindən 18 aprel 2022-ci il tarixli təsərrüfat kitabından çıxarışdan müəyyən edilir ki, Cavabdeh4 İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A ünvanında təsərrüfat sahibi olmaqla ailə tərkibi oğlanları - Cavabdeh3 və Osman Davidov, qızı - Cavabdeh2 ibarətdir və onların 1000 kv.metr əkin torpaq sahəsi vardır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 avqust 2022-ci il tarixli 33/3142 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh4 2013-cü il tarixdə iki dəfə, 2014-cü il tarixdə iki dəfə, 2015-ci il tarixdə bir dəfə, 2016-cı ildə beş dəfə, 2017-ci ildə dörd dəfə, 2018-ci ildə dörd dəfə, 2019-cu ildə dörd dəfə, 2020-ci ildə bir dəfə, 2021-ci ildə bir dəfə dövlət sərhəddindən giriş-çıxış etmişdir. İsmayıllı rayonun İHB-nın Qalagah kənd təsərrüfatbaşı kitabının 82-ci səhvəsinin 39 nömrəli şəxsi hesabdan çıxarışn surətindən müəyyən edilir ki, Cavabdeh1 ailə üzvü olmaqla İsmayıllı rayonun Qalagah kəndində qeydiyyatdadır. Mərkəzi məlumat bazasından çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh1 qohumları barədə məlumatlar tapılmışdır. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1 oğlu, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarətdir. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 nömrəli 16 fevral 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarətdir. İsmayıllı rayonun Soltankənd kənd sakinləri tərəfindən tərtib olunmuş 18 aprel 2022ci il tarixli aktda qeyd edilmişdir ki, həmin kənd ərazisində yerləşən evdə Cavabdeh4, arvadı - Cavabdeh1, uşaqları - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 2016-cı ildən yaşayırlar. Əvəllər anası - İddiaçı1 da onlarla birgə yaşasa da iki ilə yaxın müddətdir ki, həmin evdə yaşamır. Qeyd edilən evdə həmin ailədən başqa heç kim yaşamır. Onlar ev sahibi kimi Cavabdeh4 tanıyırlar. İddiaçı1, İddiaçı3 və İddiaçı2 İsmayıllı rayon notariat ofisinə təqdim etdikləri 12 may 2022-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, onlar vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında 12 may 2022-ci il tarixli şəhadətnamənin surətindən müəyyən edilir ki, 23 yanvar 2013-cü il tarixdə vəfat etmiş X10 vərəsələri arvadı İddiaçı1, oğlu - İddiaçı3, qızı - İddiaçı2dır. Onların hər birinə miras əmlakdan 1/3 pay ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilmişdir İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 17 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh4 verilmiş 20 may 2022-ci il tarixli 413 nömrəli məktubunun surətindən müəyyən edilir ki, qanunvericiklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və inzibati ərazi nümayəndəliyinin verdiyi vərəsələrin dairəsi barədə arayışda adının qeyd olunmaması və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Qeyd olunan səbəblərə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilidi ki, tərəflər məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistanda olan evlərini İsmayıllı rayonunun Sotankənd kəndində olan erməni evi ilə dəyişmiş və orada yaşamışlar. Yaşayış evinə dair 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” İddiaçı3 adınadır. Yaşayış evinin yerləşdiyi 0,16 hektar torpaq sahəsi isə “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı3, X23un, anası İddiaçı1 və bacısı İddiaçı2 birgə mülkiyyətində olmuşdur. Yunus Davidov 2013-cü ildə vəfat etmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 İsmayıllı rayon Notariat ofisinə müraciətlərinə əsasən 12 may 2022-ci il tarixdə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onlar vəfat etmiş Yunus Davıdovun vərəsələri hesab edilərək hər birinə miras əmlakdan 1/3 pay müəyyən edilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilməklə İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Yunus Davidov 23 yanvar 2013-cü il tarixdə vəfat edən zaman qeyd edilən yaşayış evində Yunus Davidovla yanaşı onun arvadı İddiaçı1 və qızı İddiaçı2 yaşamışdır. Yunus Davidovun dəfn və hüzür mərasimlərinin xərcini Əfqan çəkmiş, atası vəfat etdikdən sonra altı ay anasının yanında qalmışdır. İddiaçı3 miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və bacısına pul göndərmişdir. Yunus Davidov vəfat etdikdən sonra vərəsələr mirasın qəbul olunması ilə bağlı notariat orqanına rəsmi müraciət etməmşilər. 2016-cı ildə Cavabdeh4 öz ailəsi - arvadı Cavabdeh1, qızı - Cavabdeh2 və oğlu - Cavabdeh3 ilə müvəqqəti yaşamaq üçün həmin evə köçmüşlər. Onlar 2016-cı ildən İddiaçı3 məxsus evdə yaşasalar da evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət və digər hüquqları olmamışdır. Cavabdeh4 Ermənistanda yaşadıqları vaxt yaşamaq və işləmək üçün Rusiyaya getmişdir. Cavabdeh4 özü, uşaqları Cavabdeh2 və Cavabdeh3 Rusiya vətəndaşıdır, onların Azərbaycan Respublikasında qeydiyyatları yoxdur. Arvadı Cavabdeh1 isə Qalagah kəndində qeydiyyatdadır. Cavabdeh4 Rusiya Federasiyası İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A-da təsərrüfatı vardır. İddiaçı1 İsmayıllı rayonun Solktankənd kəndində təsərrüfatbaşına kitabda ailə başçısı kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyin 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışında İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1 oğlu, gəlini – Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qlzı və Cavabdeh3 ibarət olduğu, həmin nümayəndəliyin 49 nömrəli xx.xx.2022-ci il tarixli digər arayışında isə İddiaçı1 ailə tərkibinin özü, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qlzı və Cavabdeh3 ibarət olduğu qeyd edilmişdir. 2019-cu ilin əvvəllərində Həsən və onun ailəsinin İddiaçı1 ilə münasibətləri pozulduğundan İddiaçı1 qonşu kənddə yaşayan qızı İddiaçı2 yanına köşmüşdür. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində İddiaçı3 fərdi yaşayış evinə ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı ev kimi qeydiyyata alınmışdır. Həmin vaxt qeyd edilən evdə Cavabdeh4 öz ailəsi ilə yaşadığından komissiya siyahıda Həsənin və onun ailəsinin də adını qeyd etmişdir. Komissiyanın siyahısına əsasən İddiaçı3 zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evinin əvəzində yeni yaşayış evi inşa edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 İsmayıllı rayon Notariat ofisinə müraciətlərinə əsasən 12 may 2022-ci il tarixdə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onlar vəfat etmiş Yunus Davıdovun vərəsələri hesab edilərək hər birinə miras əmlakdan 1/3 pay müəyyən edilmişdir. Mirasdan pay almaq üçün diğər vərəsələr qanunla müəyyən olunmuş müddətdə Notariat ofisinə müraciət etməmişlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin payı müəyyən edilməklə İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilmişdir. Cavabdeh4 atası vəfat etdikdən sonra bir neçə dəfə hüzr mərasimlərində iştirak etmək üçün Azərbaycana gəlib-getsə də atasından qalan mirasın qəbulu ilə bağlı aktiv hərəkətlər aparmamış, qanunla müəyyən olunmuş müddət ərzində Notariat ofisinə müraciət etməmişdir. Bu faktı Cavabdeh4 etiraf edərək bunun səbəbini qanunu bilməməsi ilə əsaslandırmışdır. 2022-ci ilin may ayında mirasın qəbul olunması ilə bağlı İsmayıllı rayon notariat ofisinə müraciət etsə də qanunvericiklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim edilmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən İddiaçı3 mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun onlara və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdehlərdən Gülnaz Əsgərova, Cavabdeh2 və Cavabdeh3 hüqüquqlarını müdafiə edən qanuni nümayəndəsi Cavabdeh4 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh4 İddiaçı1 və qeyrilərinin iddia tələbini qəbul etmir, öz iddia tələbini müdafiə edərək cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı mərhum atası X8 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028 olan, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakların atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4 bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısına üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daxil edilmişdir. “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli fərmanının 1-ci bəndindən müəyyən edilir ki, müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməlidirlər. Həmin fərmanın 2-ci bəndindən müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər. Məhkəmə İddiaçılar İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin torpaq sahəsindən çıxarılmaları tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, 0,16 hektar torpaq sahəsi “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı3, Yunis Davidovun, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olmuşdur. Birgə mülkiyyətdə olan torpaq sahəsindən 2013cü ildə vəfat etmiş Yunis Davidova düşən torpaq payı miras əmlak kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə əsasən vərəsələri arvadı İddiaçı1, oğlu İddiaçı3, qızı İddiaçı2 olmaqla aralarında bölünməklə onların hər birinə 1/3 payı müəyyən edilmişdir. Qeyd edilən şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilməklə İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Cavabdeh4 və onun ailə üzvüləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istər 1996-cı il tarixdə verilmiş şəhədətnamədə , istərsə də qanun üzrə vərəsəlik hüququ haqqında 12 may 2022-ci il tarixli şəhadətnaməyə əsasında 17 may 2022- ci ildə qeydə alınmış çıxarışda adları olmadığından həmin torpaq sahəsinin üzərində heç bir hüquqları yoxdur. Ona görə də iddia tələbi JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış **********74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar Xəzəl Davidov, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmasına dair hissədə təmin edilməlidir. Məhkəmə İddiaçılar Xəzəl Davidov, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı3 adına 1988-ci ilin oktyabr ayında tərtib edilmiş texniki pasporta əsasən İsmayıllı rayonun Soltankənd kəndində yerləşən, inventar nömrəsi 173, 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan, İsmayıllı RİH-nin xx.xx.1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evi baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyündən və həmin evin yerində onun əvəzinə dövlət tərəfindən İddiaçı3 üçün yeni ev tikildiyindən qeyd olunan hüquq normalarının tələbinə əsasən yeni tikilən ev İddiaçı3 gözlənilən mülkiyyəti olduğundan iddiaçılar Xəzəl Davidov, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 , Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılmasına dair hissəsi İddiaçı3 iddia tələbinə münüsibətdə təmin edilməlidir. Məhkəmə iddiaçılar Xəzəl Davidov, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin fərdi yaşayış evindən çıxarılma tələbinə dair hissəsi üzrə İddiaçı1 və İddiaçı2 münasibətdə qeyd edir ki, İddiaçı3 adına 1988-ci ilin oktyabr ayında tərtib edilmiş texniki pasporta əsasən İsmayıllı rayonun Soltankənd kəndində yerləşən, inventar nömrəsi 173, 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan, İsmayıllı RİH-nin xx.xx.1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş, fərdi yaşayış fonduna daxil olan yaşayış evi baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyündən və həmin evin yerində onun əvəzinə dövlət tərəfindən İddiaçı3 üçün yeni ev tikildiyindən yeni tikilən ev İddiaçı3 gözlənilən mülkiyyəti olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2nin həmin evə heç bir hüquqları olmadığından onların qeyd edilən tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur və iddia tələbi qeyd edilən hissədə onlara münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin Maddə 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə iddiaçı Cavabdeh4 Yunus oğlunun iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İsmayıllı rayonun Soltankənd kəndi ərazisində 0,16 hektar torpaq sahəsi “JN- 085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı3, Yunis Davidovun, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olmuşdur. Birgə mülkiyyətdə olan torpaq sahəsindən 2013-cü ildə vəfat etmiş Yunis Davidova düşən torpaq payı miras əmlak kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə əsasən vərəsələri - arvadı İddiaçı1, oğlu İddiaçı3, qızı İddiaçı2 olmaqla aralarında bölünməklə onların hər birin 1/3 payı müəyyən edilmişdir. Qeyd edilən şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilməklə İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Əqan Davidov miras əmlakın faktiki qəbul olunması ilə bağlı hərəkətlər etmiş, mirasın qorunub saxlanılması üçün mütamadi olaraq anası İddiaçı1 vəsait göndərmişdir. Bununla da o, atasından qalan miras əmlakı istər faktiki, istərsə də nümayəndə vasitəsilə qəbul etdiyini nümayiş etdirmişdir. Digər vərəsələr İddiaçı1 və İddiaçı2 miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı Cavabdeh4 özünün vərəsəliyi qəbul etməsini sübut etməlidir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh4 atasının vəfatından sonra, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməmiş, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır, O, qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməsini, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını, əmlak vergisini ödəməsini, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Yaşayış evi isə 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” əsasən İddiaçı3 adina olmuşdur. Həmin ev baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyündən və evin yerində onun əvəzinə dövlət tərəfindən İddiaçı3 üçün yeni ev tikildiyindən yeni tikilən ev İddiaçı3 gözlənilən mülkiyyətidir. Həmin daşınmaz əmlak Cavabdeh4 atasından miras qalan əmlak deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməli, Cavabdeh4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi torpaq sahəsindən çıxarımaya dair hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış **********74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi fərdi yaşayış evindən çıxarılmasına dair hissədə İddiaçı3 münasibətdə təmin edilsin. Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış, **********74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində 0,16 hektar həyətyanı torpaq sahəsində yerləşən iddiacı İddiaçı3 məxsus yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi fərdi yaşayış evindən çıxarılmasına dair hissədə iddiaçılar İddiaçı1, İddiaçı2 münasibətdə rədd edilsin. İddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı atası X8 mülkiyyətində olmuş, İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən (JN- 085F Kod ********) 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə İ növbə vərəsə kimi mirası faktiki qəbul etmə faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat Ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin və eyni zamanda həmin şəhadətnamə əsasında İddiaçı3 verilmiş daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 17 may 2022-ci il tarixdə qeydə alınan, **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1 və Cavabdeh2 Həsən qızından 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Cavabdeh4 Yunus oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar