Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-403/2023 15.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi,miras qalmış yaşayış evinə və torpaq sahəsinə vərəsəlik üzrə payların müəyyən edilməsi və yenidən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə 15 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 tam olaraq miras paya dair verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və miras qalmış yaşayış evinə və torpaq sahəsinə miras payın yenidən vərəsələr arasında payların müəyyən edilməsi və əlavə şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2002-ci ildə Məhəmməd Məmmədovla ailə quraraq nikahlarını Göyçay rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər.Birgə nikahlarından övladları olmamışdır. Ərinə məxsus İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və 0.12 hektar həyətyanı torpaq sahəsi vardır.Ailə qurduqdan sonra, ərinə məxsus İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamış və ərinin ömrünun son günlərinə kimi yanında olmuşdur.2009-cu ildə əri vəfat etmişdir.Ərinin yas mərasimi onun tərəfindən təşkil edilmişdir.Belə ki,Göyçay şəhərindən heyvanlar alaraq ərinin yas mərasimini təşkil etmişdir. Ərinin vəfatından sonra miras qalmış yaşayış evini və torpaq sahəsini idarə etməklə faktiki olaraq qəbul etmişdir.Ərinin vəfatından sonra birinci nikahdan olan övladları öz aralarında mərhum atalarından miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, yaşayış evini və həyətyanı torpaq sahəsini miras əmlak kimi öz aralarında bölüşdürmüşlər, özlərinə düşən hissəni başqa şəxslərə sataraq satışdan əldə etdikləri vəsaiti götürərək ailələri ilə birlikdə həmin evdən köçüb getmişlər.Lakin o həmin əmlak bölgüsündən kənarda qalmaqla,qanunsuz olaraq miras payından məhrum edilmişdir. Kimsəsiz şəxs kimi onu həmin həyətdə heç bir kommunal şəraiti olmayan yardımçı tikiliyə yerləşdirmişlər.2023-cü ildə ərindən miras qalmış 0.12 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisinin 15 fevral 2023-cü il tarixli 141 saylı müraciətə cavab məktubunda X24 miras qalmış əmlaka mərhumun oğlu Cavabdeh2 tam olaraq miras payına dair “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə verildiyi qeyd edilərək miras payın yenidən bölünməsi və ona düşən hissəyə əlavə şəhadətnamə verilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bildirmək istəyir ki, İsmayıllı rayon Notariat Ofisi mərhum ərinin ölümündən sonra ondan miras qalmış İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən yaşayış evinə və 0,12 hektar həyətyanı torpaq sahəsinə dair vərəsəlik işi açarkən vərəsələrin dairəsini düzgün müəyyən etməmişdir.Belə ki,ərinin ölümündən sonra oğlu Cavabdeh2 evə dair sənədləri ələ keçirmiş,özünü yeganə vərəsə elan etməklə miras əmlaka dair öz adına 2018-ci ildə tam vərəsəlik haqqında şəhadətnamə almışdır.Cavabdeh2 bu hərəkətləri barədə xəbərsiz olmuşdur.Hesab edir ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 60-cı maddəsində vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün tələb olunan aşağıdakı faktların müəyyən edilməsi zəruri hesab olunur. Həmin maddəyə əsasən,notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını,mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notariat Ofisi miras əmlakın tərkibini müəyyən etməmişdir.Göründüyü kimi o X29un nikahda olan arvadıdır. Miras əmlaka sahiblik etməklə mirası faktiki olaraq qəbul etməyinə baxmayaraq,Cavabdeh2 özünü yeganə vərəsə kimi göstərməklə öz adına "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almış və onu miras əmlakın bölünməsindən məhrum etmişdir. Mirasın faktiki qəbul edilməsi mirasın harda olmasından və nədə ifadə edilməsindən asılı olmayaraq,həmin mirasdan ona düşən paya mütənasib qəbul etməni özündə ehtiva edir. Miras açıldığı zaman miras qoyana məxsus olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi vərəsənin mirası qəbul etməsini istisna etmir. Eyni zamanda digər vərəsənin vərəsəlik şəhadətnaməsi alması da başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmir. O, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 tam olaraq miras paya dair verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi,miras qalmış yaşayış evinə və torpaq sahəsinə miras payın yenidən vərəsələr arasında payların müəyyən edilməsi və əlavə şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. X34 2001-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra atası Məhəmməd Məmmədov 2002-ci ildə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir və birgə nikahlarından övladları olmamışdır. 2009-cu ildə atası vəfat etmişdir.Atasının yas mərasimini qardaşları ilə birlikdə təşkil etmişdir. İddiaçı atasının yas mərasiminin təşkil edilməsində iştirak etməmiş,əvəzində isə yas mərasiminin təşkil edilməsi üçün alınmış heyvanları və həyətdə təmir-bərpa işləri görülməsi üçün alınmış mişar daşlarını satmışdır.Atasından miras qalmış həyət iddiaçı tərəfindən natəmiz vəziyyətə salınmışdır.Yaranmış natəmizliyə görə həyətə girmək istəmir. Eyni zamanda iddiaçı həyətdə nalayiq söyüşlər söyərək qonşularla aralarında narazılıq yaratmışdır. Mərhum atasından İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və 0.12 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Atasından qalan miras əmlakı qoruyub saxlamış və həmin əmlakı idarə etmişdir.İddiaçı atasından miras qalmış əmlakların qorunub saxlanılmasında və idarə edilməsində iştirak etməmişdir.Hazırda iddiaçı atasından miras qalan əmlakda yaşayır və onu həmin əmlakdan heç kim çıxarmır. Atasının vəfatından sonra ondan qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən ona 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O,iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək göstərdi ki,İsmayıllı şəhərində yaşayır.X34 2001-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra atası Məhəmməd Məmmədov 2002-ci ildə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və birgə nikahlarından övladları olmamışdır.Atasının yas mərasimini o və qardaşları təşkil etmişlər.İddiaçı atasının yas mərasiminin təşkil edilməsində iştirak etməmiş, əvəzində isə yas mərasiminin təşkil edilməsi üçün alınmış heyvanları və həyətdə təmir-bərpa işləri görülməsi üçün alınmış mişar daşlarını satmışdır. İddiaçı hazırda atasından miras qalan əmlakda yaşayır və onu həmin əmlakdan heç kim çıxarmır. Mərhum atasından İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və 0.12 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır.Miras əmlakın bölünməsi ilə bağlı iddiaçı ilə aralarında razılaşma əldə olunmamışdır.O,vərəsə kimi atasından miras qalan əmlaklardan payını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,İsmayıllı kəndində yaşayır.X34 2001-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra atası Məhəmməd Məmmədov 2002-ci ildə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir.Atasının yas mərasimini qardaşları ilə birlikdə təşkil etmişdir.İddiaçı atasının yas mərasiminin təşkil edilməsində iştirak etməmiş, əvəzində isə yas mərasiminin təşkil edilməsi üçün alınmış heyvanları və həyətdə təmir-bərpa işləri aparmaq üçün alınmış mişar daşlarını satmışdır. Atasından miras qalmış həyət iddiaçı tərəfindən natəmiz vəziyyətə salınmışdır. Mərhum atasından İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və 0.12 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır.Hazırda iddiaçı atasından miras qalan əmlakda yaşayır və onu həmin əmlakdan heç kim çıxarmır. Miras əmlakın bölünməsi ilə bağlı iddiaçı ilə aralarında razılaşma əldə olunmamışdır. O, vərəsə kimi atasından miras qalan əmlaklardan payını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu,İsmayıllı kəndində yaşayır. X34 2001-ci ildə vəfat etmişdir.Anasının vəfatından sonra atası Məhəmməd Məmmədov 2002-ci ildə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Atasına məxsus həyət iddiaçı tərəfindən natəmiz vəziyyətə salınmışdır.Atasının səhəti pisləşdiyindən həyət bacanı təmizlətdirmişdir. 2009-cu ildə atası vəfat etmişdir.Atasının yas mərasimini qardaşları ilə birlikdə təşkil etmişdir.İddiaçı atasının yas mərasiminin təşkil edilməsində iştirak etməmiş, əvəzində isə yas mərasiminin təşkil edilməsi üçün alınmış heyvanları və həyətdə təmir-bərpa işləri aparmaq üçün alınmış mişar daşlarını satmışdır. Mərhum atasından İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və 0.12 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Hazırda iddiaçı atasından miras qalan əmlakda yaşayır və onu həmin əmlakdan heç kim çıxarmır. İddiaçı ilə aralarında miras əmlakın bölünməsi ilə bağlı razılaşma əldə olunmamışdır. O, vərəsə kimi atasından miras qalan əmlaklardan payını istəyir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X23 arasında 12 oktyabr 2002-ci il tarixdə Göyçay rayon VVADQ Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 451 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra qadına “Mamedova” soyadı verilmişdir. İşdə olan JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakini X11 İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamə 12922 nömrə ilə qeydə alınaraq iki nüsxədə tərtib olunaraq bir nüsxəsi X11 verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu ildə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin iyul ayının 16 günündə 40 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 15 fevral 2023-cü il tarixli, N-141 saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka mərhumun oğlu Cavabdeh2 tam olaraq miras paya dair şəhadətnamə verilmiş, miras payın yenidən bölünməsi və əlavə şəhadətnamə verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1955-ci ildə Göyçay rayonu, Alxasava kəndində doğulmuş Məmmədova X16 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İşdə olan Səyyar Asan 10 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE №******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1966-cı ildə İsmayıllı rayonu,İsmayıllı kəndində doğulmuş Məmmədov X17 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE №04703643 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, XX.XX.1950-ci ildə İsmayıllı rayonu,İsmayıllı kəndində doğulmuş X4 şəhəri,S.Vurğun küçəsi D-1,ev 5A-da qeydiyyatdadır. İşdə olan Asan 3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA3509745 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1962-ci ildə İsmayıllı rayonu,İsmayıllı kəndində doğulmuş X5 rayonu,İsmayıllı kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE №16527540 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1960-cı ildə İsmayıllı rayonu,İsmayıllı kəndində doğulmuş X1 rayonu,İsmayıllı kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 3- 48-23RA/2-M/14-91 nömrəli arayış və arayışa əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, İsmayıllı rayonu Mican kənd İƏD üzrə RİH-nin nümayəndəliyinin 59 nömrəli arxiv fondunda saxlanılan 2006-2010-cu illərin İsmayıllı (Aşağıbaş) kəndi üzrə Təsərrüfatbaşına kitabında X6na məxsus İsmayıllı rayonu, Aşağıbaş ərazisində 1965-ci ildə inşa edilmiş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evi olduğu qeyd olunmuşdur. İşdə olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli reyestrdə 2V-243 nömrəli qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əlavə edilmiş 07 mart 2018-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, Cavabdeh2 ərizə ilə Cavabdeh1na müraciət edərək İsmayıllı Bələdiyyəsi tərəfindən verilmiş arayışı və digər zəruri sənədləri notariat kontoruna təqdim etmiş və mərhum atası X7 miras qalan əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.Həmin ərizədə miras əmlaka qanun və ya vəsiyyətnamə üzrə, həmçinin məcburi paya vərəsəlik hüququ olan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulan başqa birinci növbə vərəsələrin olmadığı barədə qeyd edilmiş və Cavabdeh2 həmin qeydin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İşdə olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli reyestrdə 2V-243 nömrəli qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.3968 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 miras qalan əmlakdan 1/1 hissədə pay almasına dair Cavabdeh1 tərəfindən Cavabdeh2 adına 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də mərhumun vərəsələri sırasında Cavabdeh2 başqa digər şəxslərin, o cümlədən hazırkı iş üzrə iddiaçının adı qeyd edilməmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X6 İddiaçı ilə 12 oktyabr 2002-ci il tarixdə Göyçay rayon VVADQ Şöbəsində rəsmi nikah bağlamışlar və həmin nikah 451 nömrə ilə dövlət qeydiyyatına alınmış, evləndikdən sonra qadına “Məmmədova” soyadı verilmişdir. X3 əvvəlki evlilikdən Cavabdeh2, X25 və X13 adlı uşaqları olmuşdur. X20 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evi və JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. X6 vəfat etdikdən sonra Cavabdeh2 vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək mərhumun ondan başqa digər vərəsələrinin olmadığını bildirmiş, notarus tərəfindən vərəsələrin dairəsi müəyyən edilməyərək Cavabdeh2 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki,məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır.X29 xx.xx.2009-cu il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evi və JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsi daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli,yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı,yəni bir tərəfdən vəsiyyət edə bilməyi,digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququ subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4-cü mаddəsinə əsаsən,əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə,mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər.Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin tələblərinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 352-ci maddəsinin tələblərinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququ hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, İddiaçı miras qoyan X29un arvadı, Cavabdeh2, Ətraf Mamedov və Xaləddin Mamedov isə övladları olmaqla mirasın açıldığı vaxt onun vərəsələri olmuşlar. Belə ki,işin müəyyən edilmiş hallarından da görünür ki,X29 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı İddiaçı və oğlanları Cavabdeh2, Ətraf Mamedov və Xaləddin Mamedov miras açıldıqdan sonra miras evdə və həyətyanı torpaq sahəsində yaşamaqla, həmçinin miras evin və həyətyanı sahənin qorunub saxlanmasında,abadlaşmasında,birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, eyni zamanda mərhum öldükdən sonra onun dəfn mərasimini təşkil etməklə ondan qalmış mirası faktiki qəbul etmişlər.Ona görə də məhkəmə hesab edir ki, X29un birinci növbəli vərəsələri,arvadı İddiaçı və oğlanları Cavabdeh2,Ətraf Mamedov və Xaləddin Mamedov ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da həm İddiaçı, həm də Cavabdeh2,Ətraf Mamedov və Xaləddin Mamedov mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir:mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi;mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi);vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa,uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgərvərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Qeyd olunmalıdır ki,mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər.Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir.Bundan başqa iş materiallarında olan Cavabdeh2 Cavabdeh1na yazdığı ərizəsindən görünür ki, ərizəçi notariat kontoruna müraciət edərək mərhum atası X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin notariat kontoruna güzgün olmayan məlumat verərək ondan başqa digər birinci növbədə vərəsələrin olmadığını bildirmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq o, bu barədə düzgün məlumat verməyə borclu idi. Eyni zamanda,“Notariat haqqında” Azərbaycan Respublikası qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın qeyd olunan maddələrinin mənasına görə notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə birinci növbədə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını,birinci növbədə vərəsələrin dairəsini müəyyən etməyə borcludur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Göründüyü kimi Cavabdeh2 birinci növbədə vərəsələr barəsində düzgün məlumat verməmiş,eyni zamanda,notarius birinci növbədə vərəsələrin dairəsini müəyyən etməyə borclu olduğu halda bunu etməmiş,mirasın qəbul edilmə əsaslarını yoxlamamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı,Ətraf Mamedovun və Xaləddin Mamedovun qanun üzrə vərəsəlik hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər),valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı X3 arvadı olmaqla, o, da X29un birinci növbədə vərəsəsidir və X29un vəfatından sonra ondan miras qalan əmlaka sahiblik etməyə faktik başlamaqla mirası qəbul etmişdir. Lakin Cavabdeh2 müraciəti əsasında X24 miras qalan əmlaklara Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən iddiaçı birinci növbədə vərəsə kimi nəzərə alınmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən X29un birinci növbədə vərəsələrinin kimlərdən ibarət olması dəqiqləşdirilməmiş, mərhumun mirasının açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün kifayət qədər tədbirlər görülməmişdir.Nəticədə miras əmlakda iddiaçının payı müəyyən edilməmiş,onun adı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilməmiş, həmçinin iddiaçının adına vərəsəlik hüququ haqqında digər şəhadətnamə tərtib edilməmişdir.X24 miras qalan əmlaklara bütövlükdə Cavabdeh2 adına 28 iyun 2018-ci il tarixli 2V-243 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da X29un birinci növbədə vərəsəsi kimi hazırki iş üzrə iddiaçının miras əmlakdan pay almaq hüququ pozulmuşdur. Şərh olunan əsaslara görə və qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, X2 miras qalan əmlaklara dair Cavabdeh1 tərəfindən Cavabdeh2 adına verilmiş 28 iyun 2018-ci il tarixli 2V-243 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla tərtib edilmədiyinə görə etibarsız hesab edilməlidir. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki‚ X3 vərəsələrindən arvadı İddiaçı və oğlanları Cavabdeh2, X25 və X13 mirasa faktiki sahiblik etməklə onu faktiki qəbul edərək fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən istifadə etmişlər‚ həmçinin sahibliyi həyata keçirmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X2 miras qalmış mübahisəli İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evinə və JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair mirası faktiki qəbul etmiş onun birinci növbəli vərəsələri kimi arvadı İddiaçı və oğlanları Cavabdeh2,X14 və X8 hər birinin ayrı-ayrılıqda 1/4 hissədə bərabər payları müəyyən edilməlidir. Məhkəmə digər vərəsə X15 münasibətdə qeyd edir ki, iş materiallarında olan X15 məxsus şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Məhəmməd” deyil, “İsmayıl” kimi qeyd edilmişdir. Şamama Abbasova mərhumun vərəsəsi olduğunu bildirsə də,bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki,X12 ata adı “İsmayıl” olduğundan X3 vərəsəsi kimi qəbul edilməməli və mərhumdan miras qalan əmlaklara dair payı müəyyən edilməməlidir. Məhkəmə iddia tələbinin əlavə şəhadətnamənin verilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, əlavə şəhadətnamənin verilməsi notarusun səlahiyyətinə aid olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və X2 miras qalmış İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evinə və JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair 1/4 hissədə İddiaçı,1/4 hissədə Cavabdeh2, 1/4 hissədə X14 və 1/4 hissədə X8 hər birinin ayrı-ayrılıqda payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin yenidən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariat ofisinin səlahiyyətinə aid olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli reyestrdə 2V-243 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X2 miras qalmış İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1965-ci ildə inşa olunmuş ümumi sahəsi 110.2 kv.metr olan fərdi yaşayış evinə və JN-031A KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə dair 1/4 hissədə İddiaçı,1/4 hissədə Cavabdeh2,1/4 hissədə X14 və 1/4 hissədə X8 hər birinin ayrı-ayrılıqda payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-403/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-403/2023
15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver