Məhkəmə qərarları › İş №2(037)-404/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-404/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-404/2023 10.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 10 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə 1.84 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN- 0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və ailə üzvləri mərhum anası X20, arvadı X9 və övladları Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızı, X24, X39 və X14 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qarakolluq kəndində yerləşən 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X29, X15,X30,X24, X39 və X12 birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Mərhum anası X16 adı həmin vaxt “Gülgəz” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Gülnaz”, arvadı X8 ata adı həmin vaxt “Seyfəd” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən ata adı “Seyfət” və qızı Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızının isə adı həmin vaxt “Aynurə” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Anurə” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn,qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması vəs.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X34 ifadə verərək göstərdi ki, Ərizəçi kəndçisidir. İsmayıllı rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN- 0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qarakolluq kəndində yerləşən 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X6 adı həmin vaxt “Gülgəz” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Gülnaz”, X8 ata adı həmin vaxt “Seyfəd” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən ata adı “Seyfət” və Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızının isə adı həmin vaxt “Aynurə” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Anurə” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1955-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Zöhrabov X28 rayonu, Qarakolluq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE №17094070 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonu,Qarakolluq kəndində anadan olmuş X1 rayonu, Qarakolluq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17846062 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonu, Qarakolluq kəndində anadan olmuş X3 rayonu,Qarakolluq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli, AA3956567 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonu, Qarakolluq kəndində anadan olmuş X4 rayonu, Qarakolluq kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar Asan 10 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0251231 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X2 rayonu, Qarakolluq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA0795571 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu, Qarakolluq kəndində anadan olmuş X7 rayonu, Qarakolluq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,14 mart 2006-cı il tarixli AZ-İ №160341 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X31 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin mart ayının 14 günündə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0034 Kod 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarı ilə İsmayıllı rayon Qarakolluq kənd sakinləri X29, X15, Ərizəçi (ərizəçi), X30,X24, X39 və X12 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Qarakolluq kəndi ərazisindən 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Dövlət Aktı 5761 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan 28 avqust 2001-ci il tarixli İİ-AZ №001763 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X27 28 avqust 2001-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər,ərə Adgözəlov və arvada Adgözəlova soyadı verilmişdir,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin avqust ayının 28 günündə 240 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X8 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X17 məhkəməyə ərizə göndərərək onun ata adı “Seyfəd” olmasına baxmayaraq JN-0034 Kod 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhfən ata adı “Seyfət” kimi yazılmışdır. Ona görə də JN-0034 Kod 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında onun ata adının “Seyfəd” kimi qeyd edilməsini xahiş etmişdir. İş materiallarında olan X10 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X21 məhkəməyə ərizə göndərərək onun adı “Aynurə” olmasına baxmayaraq JN-0034 Kod 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Anurə” kimi yazılmışdır. Ona görə də JN-0034 Kod 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında onun adının “Aynurə” kimi qeyd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X49 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X11 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qarakolluq kəndində yerləşən 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X29, X15, Ərizəçi (ərizəçi), X30,X24, X39 və X12 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X6 adı həmin vaxt “Gülgəz” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Gülnaz”, X8 ata adı həmin vaxt “Seyfəd” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən ata adı “Seyfət” və Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızının isə adı həmin vaxt “Aynurə” olmasına baxmayaraq JN-0034 KOD 40718048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Anurə” kimi yazılmışdır. X35 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qarakolluq kəndində yerləşən 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi (ərizəçi), X29, X15,X30,X24, X39 və X12 mülkiyyətlərinə verilməsinə dair JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X5 adının “Gülnaz”, X8 ata adının “Seyfət” və Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızının isə adının “Anurə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2008-ci il tarixli,AZE №0******* saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA3956567 saylı şəxsiyyət vəsiqəsi), X32 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA0795571 saylı şəxsiyyət vəsiqəsi), X18 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17846062 saylı şəxsiyyət vəsiqəsi),Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızına (Səyyar Asan 10 tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AA0251231 saylı şəxsiyyət vəsiqəsi), X9 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE №17094070 saylı şəxsiyyət vəsiqəsi) və X20 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,xx.xx.2006-cı il tarixli, AZ-İ №160341 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227,233,307-308, 311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 saylı qərarına əsasən JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qarakolluq kəndində yerləşən 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi (ərizəçi), X29,X15,X30,X24,X39 və X12 mülkiyyətlərinə verilməsinə dair JN-0034 KOD 40718048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X5 adının “Gülnaz”,X8 ata adının “Seyfət” və Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızının isə adının “Anurə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2008-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022ci il tarixli, AA3956567 saylı şəxsiyyət vəsiqəsi), X32 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA0795571 saylı şəxsiyyət vəsiqəsi), X18 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17846062 saylı şəxsiyyət vəsiqəsi), Zöhrabova (nikahdan sonra Adgözəlova) Aynurə Tahir qızına (Səyyar Asan 10 tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AA0251231 saylı şəxsiyyət vəsiqəsi), X9 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE №17094070 saylı şəxsiyyət vəsiqəsi) və X20 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, AZ-İ №160341 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar