Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-410/2023 16.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 16 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu İsa Məmmədov 18 oktyabr 2005-ci il tarixdə doğuş travması ilə, bud çanaq oynağının çıxığı ilə doğulmuşdur. Mütəmadi olaraq nevroloji xəstəxanalarda, X20 müalicədə olub. Müstəqil otura, dayana bilmir, əlil arabasında gəzdirilir. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. İsa 22 fevral 2006-cı il tarixdən İsmayıllı rayon X3 Poliklinika şöbəsinin “Nevroloji” kabinetində “G80.0 Kvadroplegik spastik sebral iflic. R62.0 İnkişaf mərhələlərinin ləngiməsi. F.80.0 Nitq və dilin inkişafının spesfik pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Oğlu onunla birlikdə yaşayır. Ona bütün qulluğu o göstərir. İsanın hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən oğlu İsa Məmmədovun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X16 izahat verərək göstərdi ki, X9 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. İsa uşaq vaxtından xəstə olmuş, müalicə olunsa da nəticəsi olmamışdır. Kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmir. Hərəkətlərinin mənasını dərk etmir. Ağır dərəcəli xəstədir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 avqust 1973-cü il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində doğulmuş, İsmayıllı şəhəri Ş.Seyfəliyev küçəsi ev 13-də yaşayan şəxs Ərizəçidır İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 dekabr 2005-ci il tarixli AZ-İ 070808 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X17 18 oktyabr 2005-ci il tarixdə Ərizəçidan doğulmuş X9 atası hesab edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli arayışdan və AA3425247 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18 oktyabr 2005-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş şəxs X12r. X1 və Ərizəçidır. AZ-İ 606345 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 23 mart 2013-cü il tarixdə vəfat etmişdir. X13 məxsus xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, X15 22 noyabr 2006-cı il tarixdən “Perinetal ensefalopati” anadangəlmə bud çanaq oynaq çıxığı diaqnozu ilə dispnaser qeydiyyatdadır. Dəfələrlə nevropatoloqun müayinəsində olmuş, 28 oktyabr 2016-cı il tarixdə nevropatoloqun baxışı zamanı “Uşaq serebral iflici, aşağı ətrafın paraplegiya əqli gerilik, inkişafın geri qalması” diaqnozu təyin edilmişdir. X4 0131 nömrəli xəstəlik tarixinin epikrizindən görünür ki, X15 18 fevral 2017-ci il tarixdə müayinədə olmş və ona “Perinatal ensefalopatiyanın müalicəsi kimi psixofiziki inkişafın kobud geriliyi, anadan gəlmə bud-çanaq oynağının çıxığı” diaqnozu qoyulmuş, mütəmadi nevroloqun nəzarəti, müalicə və X26 Dispanserində nəzarət məsləhət görülmüşdür. TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsindən görünür ki, X15 28 iyun 2018ci il tarixdə müayinədə olmuş və ona “kvadroplegik spastik serebral iflic” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 URM-nin 62 nömrəli stasionar reabilitasiya kartasından çıxarışın surətindən görünür ki, X15 04 may 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək müalicədə olmuş və ona “Kvadroplegik spastik serebral ific. Budun anadangəlmə ikitərəfli çıxığı. Müştərək daxili çəpgözlük. Nitq və dilin inkişafının spesifik pozuntuları. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən 21 fevral 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 633/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhərində yaşayan 18 oktyabr 2005-ci il təvəllüdlü X2 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində 22 fevral 2006-cı il tarixdən “G80.0 Kvadroplegik spastik sebral iflic. R62.0 İnkişaf mərhələlərinin ləngiməsi. F.80.0 Nitq və dilin inkişafının spesfik pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 19 aprel 2023-cü il tarixli 1086 nömrəli rəyindən görünür ki, X10 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) müəyyən edilir. Bunu anadangəlmə kobud nevroloji patologiyanın qeyd olunması, psixi inkişafda geri qalması sübut edir. İsa Məmmədovda kobud nevroloji patologiya fonunda əqli inkişafda kəskin geri qalması anadangəlmə əqli gerilik kimi qiymətləndirilir və əqli geriliyin dərəcəsinin ağır olduğu qənaətinə gəlməyə əsas verir. Anadangəlmə əqli gerilik sabit xarakter daşıyır və müalicə nəticəsində hər hansı yaxşılaşma qeyd olunmur. İsa Məmmədov ağır dərəcəli əqli gerilk nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. İsa Məmmədovda “ağır dərəcəli əqli gerilik” qeyd olunduğundan onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X15 18 oktyabr 2005ci il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. X19 M.R.X-nın X5 “Nevroloji” kabinetində 22 fevral 2006-cı il tarixdən “G80.0 Kvadroplegik spastik sebral iflic. R62.0 İnkişaf mərhələlərinin ləngiməsi. F.80.0 Nitq və dilin inkişafının spesfik pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X10 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) müəyyən edilir. Buna anamnestik məlumatlar, anadangəlmə kobud nevroloji patologiyanın qeyd olunması, psixi inkişafda geri qalması və s. təsdiq edir. X15 xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi İsa Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X2 MRX-nın X5 “Nevroloji” kabinetində 22 fevral 2006-cı il tarixdən “G80.0 Kvadroplegik spastik sebral iflic. R62.0 İnkişaf mərhələlərinin ləngiməsi. F.80.0 Nitq və dilin inkişafının spesfik pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası və digər xəstəxanalar tərəfindən verilmiş sənədlərə və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 rəyinə əsasən məhkəmə hesab edir ki, İsa Məmmədov öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 oktyabr 2005-ci il tarixdə doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-410/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-410/2023
16.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver