Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-412/2021 09.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı (KATV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 09 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 70 manat 20 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən 20 manat dövlət rüsumunun, ümumilikdə 240 manat 20 qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirakı etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Cavabdeh işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında vətəndaşların mənzillərinə kabel xətləri çəkilişi ilə məşğul olur. Son zamanlar bir çox vətəndaşlar iddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulmuşlar. ünvan 1 ünvanında yerləşən ev cavabdehə məxsus olmaqla həmin ünvandan X1 əvvəllər iddiaçı şirkətin abunəçisi olmuş və iddiaçı ilə Solmaz İbrahimova arasında 01.06.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Son abunə haqqının ödənilməsi 01.10.2012-ci il tarixdə baş vermiş və Solmaz İbrahimova ilə iddiaçı arasında bağlanmış müqavilə münasibətlərinə 19.12.2012-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. 13.09.2013-cü il tarixdə “xxxx-A” hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0634N saylı akt tərtib edilmişdir. Qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 22.01.2013-cü il tarixdə keçirilmişdir. Ona görə də qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 22.01.2013-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 13.09.2013-cü il tarixə qədər olan müddət üçün 234 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə 70 manat 20 qəpik təşkil edir. Belə ki, iddiaçı ilə “xxxx-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. İddiaçı “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 70 manat 20 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən 20 manat dövlət rüsumunun, ümumilikdə 240 manat 20 qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, sabiq hərbi qulluqçu olduğu üçün hazırda yaşadığı sözügedən mənzili 2011-ci ildə hərbi qulluqçulara tətbiq olunan güzəştli ipoteka şərtləri ilə almışdır. MA seriyalı ******* nömrəli Çıxarışa əsasən o, 10.06.2011-ci ildən mənzilin tam hüquqlu sahibidir. O uzun müddət, yəni 2002-2004-cü illər, 2006-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrdə xidmət etmiş və xidmət müddətində Naxçıvan şəhərində yaşamışdır. 2011-2014-cü illərdə mülkiyyətçisi olduğu evdə yaşamamış, həmin vaxt mülkiyyətindəki evdə yaşayan şəxsi tanımamış, evinin qohumları tərəfindən Solmaz İbrahimova adlı şəxsə kirayə verildiyini güman edir. İddiaçı onun hüquqlarını kobud şəkildə pozaraq məlumatı olmadan hüquqi sahibi olduğu evi tanımadığı və onun evində heç bir səlahiyyəti olmayan şəxslə adı iddia ərizəsində çəkilən X1 ilə müqavilə bağlayaraq kabel şəbəkəsinə qoşmuş, beləliklə həm də gələcəkdə qanunazidd hərəkətlərin baş verməsinə zəmin yaratmışdır. Daha sonra iddiaçı onun məlumatı və iştirakı olmadan sahibi olduğu mənzilə qanunazidd şəkildə baxış keçirmiş və onun iştirakı olmadan akt tərtib etmişdir. İddiaçının ona qarşı irəli sürdüyü iddia əsassızdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 13 sentyabr 2013-cü il tarixli 2538 saylı aktdan görünür ki, “xxxx” MMC, KATV-1 və Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarının iştirakı ilə 13.09.2013-cü il tarixdə Nizami rayonu, E.Süleymanov 92 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zamanı binanın 2 saylı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqvavilə bağlanmadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək məqsədi ilə mənzilin qapısını döyərkən mənzil sahibi qapını açmamış və həmin əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. İddiaçı MMC-nin (KATV1) 24 fevral 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə Nizami rayonu, M.X.Şərifli (E.Süleymanov) ev 92, mənzil 2 ünvanında yaşayan X1 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 01.06.2012-ci il tarixində həmin ünvan KATV1 Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 01.10.2012-ci il tarixədək son ödəməsini etmişdir. 19.12.2012-ci ildə tarixində 18,60 manat borc ilə şəbəkədən ayrılmışdır. İddiaçı MMC-nin (KATV1) 24 fevral 2020-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında 2538K saylı akt tərtib olunana qədər sonuncu dəfə 22.01.2013-cü il tarixdə binaya baxış keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 24 fevral 2020-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında 2538K saylı akt tərtib olunana qədər sonuncu dəfə 22.01.2013-cü il tarixdə binaya baxış keçirilmişdir. 18 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 150 manat pul vəsaitini xxxx-A-LLC-nin hesabına ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə X1 arasında kabel televiziyasının yayımlanması üçün 01.06.2012-ci il tarixdə müqavilə bağlanmış, Solmaz İbrahimova son abunə haqqından 01.10.2012-ci il tarixdə ödəniş aparmış və tərəflər arasında bağlanmış müqavilə münasibətlərinə 19.12.2012-ci ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. 13.09.2013-cü il tarixdə isə “xxxx-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 70 manat 20 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən 20 manat dövlət rüsumunun, ümumilikdə 240 manat 20 qəpik məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini tələb edir. Cavabdeh isə 2011-ci ildən evin mülkiyyətçisi olmasına baxmayaraq işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yaşadığını, həmin vaxt mülkiyyətində olan evdə olmadığını, Solmaz İbrahimova adlı şəxsi heç vaxt tanımadığını bildirir və evinin qohumları tərəfindən Solmaz İbrahimova adlı şəxsə kirayə verildiyini ehtimal edir. Ona görə də cavabdeh həmin borc məbləğinin ona aid olmadığını bildirir və iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, iş materiallarından da göründüyü kimi iddiaçı ilə hazırki mübahisə üzrə cavabdeh deyil, cavabdehlə prosessual bağlılığı olmayan, ümumiyyətlə tanımadığı Solmaz İbrahimova adlı şəxs arasında müqavilə münasibətləri yaranmışdır. İddiaçının müqavilədən əmələ gələn öhdəliklərlə bağlı ona vurulmuş zərərin və çəkdiyi xərclərin əvəzini ödəməyi cavabdehdən tələb etmək hüququnun əmələ gəlməsi üçün iddiaçı ilə hazırki mübahisə üzrə cavabdeh arasında müqavilə öhdəliyi olmalı idi. Belə olan halda iddiaya cavab verməli olmayan cavadehdən tələb olunan borc məbləğinin tutulması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, iddiaçı tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəltməklə, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (KATV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (KATV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-412/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-412/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver