Məhkəmə qərarları › İş №2(037)-415/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-415/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-415/2022 27.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 27 aprel 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 20 fevral 2001ci il tarixli 120 saylı qərarına əsasən JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ona və digər mülkiyyətçilər X29, X18, Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızı və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir.Yuxanda qeyd edilən Dövlət aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Hüseyinağa”, olmasına baxmayaraq Dövlət aktında səhvən “Hüseynağa”, arvadı X7 həmin vaxt “Rəhimova”, olmasına baxmayaraq Dövlət aktında səhvən “İsayeva”, qızları X3 həmin vaxt “Rəhimova”, adı “Səadət”,ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”,adı “Sədaqət”,ata adı “Hüseynağa”, Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadı həmin vaxt “Rəhimova”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”,ata adı “Hüseynağa” və oğlu X9 isə ata adı həmin vaxt “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Hüseynağa” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi onun və ailə üzvlərinin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş,X29 ifadə verərək göstərdi ki, Ərizəçi əridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında əri Ərizəçi adı həmin vaxt “Hüseyinağa”, olmasına baxmayaraq Dövlət aktında səhvən “Hüseynağa”, qızları X3 həmin vaxt “Rəhimova”,adı“Səadət”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, adı “Sədaqət”, ata adı “Hüseynağa”,Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadı həmin vaxt “Rəhimova”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, ata adı “Hüseynağa”, oğlu X9 ata adı həmin vaxt “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Hüseynağa” və onun soyadı həmin vaxt “Rəhimova”, olmasına baxmayaraq Dövlət aktında səhvən “İsayeva” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X18 ifadə verərək göstərdi ki, Ərizəçi atasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir.Həmin Dövlət aktında atası Ərizəçi adı həmin vaxt “Hüseyinağa”, olmasına baxmayaraq Dövlət aktında səhvən “Hüseynağa”, anası X7 həmin vaxt “Rəhimova” olmasına baxmayaraq Dövlət aktında səhvən “İsayeva”, bacısı Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadı həmin vaxt “Rəhimova”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, ata adı “Hüseynağa”, qardaşı X9 ata adı həmin vaxt “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Hüseynağa” və onun soyadı həmin vaxt “Rəhimova”, adı “Səadət”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, adı “Sədaqət” və ata adı “Hüseynağa” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızı ifadə verərək göstərdi ki, Ərizəçi atasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında atası Ərizəçi adı həmin vaxt “Hüseyinağa”, olmasına baxmayaraq Dövlət aktında səhvən “Hüseynağa”, anası X7 həmin vaxt “Rəhimova” olmasına baxmayaraq Dövlət aktında səhvən “İsayeva”, bacısı X3 həmin vaxt “Rəhimova”, adı “Səadət”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, adı “Sədaqət”, ata adı “Hüseynağa”, qardaşı X9 ata adı həmin vaxt “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Hüseynağa” və onun soyadı həmin vaxt “Rəhimova”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva” və ata adı “Hüseynağa” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X15 ifadə verərək göstərdi ki, Ərizəçi atasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir.Həmin Dövlət aktında atası Ərizəçi adı həmin vaxt “Hüseyinağa”, olmasına baxmayaraq Dövlət aktında səhvən “Hüseynağa”, anası X7 həmin vaxt “Rəhimova” olmasına baxmayaraq Dövlət aktında səhvən “İsayeva”, bacısı X3 həmin vaxt “Rəhimova”, adı “Səadət”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, adı “Sədaqət”, ata adı “Hüseynağa”, bacısı Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadı həmin vaxt “Rəhimova”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, ata adı “Hüseynağa” və onun ata adı həmin vaxt “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Hüseynağa”kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səyyar-Asan 2 tərəfindən verilmiş 19.07.2013-cü il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960cı il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Rəhimov X13 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş 22.07.2021-ci il tarixli, seriya AA2346548 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,07.07.1970-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində doğulmuş X8 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş 19.09.2018-ci il tarixli, seriya AZE № 18302851 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.06.1990-cı il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş X4 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş 18.03.2019-cu il tarixli, seriya AA0186130 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08.08.1991-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş X5 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş 13.09.2019-cu il tarixli, seriya AA0723012 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,13.08.1995-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş X2 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sürətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakinləri X21, X33, X22, X24 və X11 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 12985 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X36 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X19 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21, X33, X22, X24 və X11 birgə mülkiyyətlərinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin adı həmin vaxt “Hüseyinağa”, olmasına baxmayaraq Dövlət aktında səhvən “Hüseynağa” kimi yazılmışdır. Bundan əlavə digər mülkiyyətçilər X7 həmin vaxt “Rəhimova”, olmasına baxmayaraq Dövlət aktında səhvən “İsayeva”, X3 həmin vaxt “Rəhimova”, adı “Səadət”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”, adı “Sədaqət”, ata adı “Hüseynağa”,Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadı həmin vaxt “Rəhimova”, ata adı “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “İsayeva”,ata adı “Hüseynağa” və X9 isə ata adı həmin vaxt “Hüseyinağa” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Hüseynağa” kimi yazılmışdır. Həmin Dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21, X33, X22, X24 və X11 mülkiyyətlərinə verilməsinə dair JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi adının “Hüseynağa”, X6 “İsayeva”, X1 “İsayeva”, adının “Sədaqət”, ata adının “Hüseynağa”, Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadının “İsayeva”, ata adının “Hüseynağa” və X9 ata adının “Hüseynağa” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X29 (Səyyar-Asan 10 tərəfindən verilmiş, 22.07.2021-ci il tarixli, AA2346548 saylı şəxsiyyət vəsiqəsi), X18 (Səyyar-Asan 10 tərəfindən verilmiş, 19.09.2018-ci il tarixli, AZE №18302851 saylı şəxsiyyət vəsiqəsi), Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızına (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, 18.03.2019-cu il tarixli, AA0186130 saylı şəxsiyyət vəsiqəsi), X10 (Səyyar-Asan 10 tərəfindən verilmiş,13.09.2019-cu il tarixli, AA0723012 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Səyyar-Asan 2 tərəfindən verilmiş,19.07.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi, X29, X18, Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızı və X9 mülkiyyətinə verilməsinə dair JN-0333 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi adının “Hüseynağa”, X6 “İsayeva”, X1 “İsayeva”, adının “Sədaqət”, ata adının “Hüseynağa”, Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızının soyadının “İsayeva”, ata adının “Hüseynağa” və X9 ata adının “Hüseynağa” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X29 (Səyyar-Asan 10 tərəfindən verilmiş, 22.07.2021-ci il tarixli, AA2346548 saylı şəxsiyyət vəsiqəsi), X18 (Səyyar-Asan 10 tərəfindən verilmiş, 19.09.2018-ci il tarixli, AZE №18302851 saylı şəxsiyyət vəsiqəsi), Rəhimova (nikahdan sonra Ağazadə) Nərmin Hüseyinağa qızına (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, 18.03.2019-cu il tarixli, AA0186130 saylı şəxsiyyət vəsiqəsi), X10 (Səyyar-Asan 10 tərəfindən verilmiş, 13.09.2019-cu il tarixli, AA0723012 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Səyyar-Asan 2 tərəfindən verilmiş,19.07.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar