Məhkəmə qərarları › İş №2(037)-416/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-416/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-416/2022 29.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 29 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X3 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adı “Hicran” əvəzinə səhvən “Ceyran” kimi qeyd olunmuşdur. Ərizəçinin ailəsində Ceyran adlı şəxs olmamışdır. Ərizəçi 04 iyul 2008ci il tarixdə rəsmi nikah qeyd etdirməklə X8 ilə ailə qurmuş və ərinin soyadına uyğun Haqverdiyeva soyadını götürmüşdür.“Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adında uyğunsuzluq olduğundan torpaq sahəsinə çıxarış ala bilmir. Qeyd etdiyi səhvin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvünə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. V-ЖГ 309485 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə Heydərova Hicran Qaraxan qızı adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE 02013276 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 25 avqust 2004-cü il tarixdə mülkiyyətçiyə X4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 19 avqust 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 413346 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Heydərova Hicran Qaraxan qızı 04 iyul 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə X8 ilə ailə qurmuşdur. Nikah bağlandıqdan sonra arvada Haqverdiyeva soyadı verilmişdir. Ailə quranadək ərizəçinin soyadı Heydərova olmuşdur. JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçinin soyad, ad və ata adı X1 qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli 711 nömrəli arayışdan görünür ki, JN- 006A Kod 40709018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 yazılmışdır. Düzgün yazılışı Heydərova Hicran Qaraxan qızı olmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli **********29 nömrəli məktubdan görünür ki, ərizəçi JN-006A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X4 və Heydərova Hicran Qaraxan qızının birgə mülkiyyətlərində olan torpaq sahələrinə dair tərtib olunmuş JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Heydərova Hicran Qaraxan qızının adı Ceyran kimi qeyd olunmuşdur. Ərizəçinin qızlıq soyadı Heydərova olmuş, 04 iyul 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə X8 ilə ailə qurmuş və ərinin soyadına uyğun Haqverdiyeva soyadını götürmüşdür. JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Göstərilən səhvin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvünə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adının Hicran əvəzinə Ceyran kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvünə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 15 may 2006-cı il tarixli JN-006A Kod 40709018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar