Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-416/2023 14.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 XXX, Daşdəmirova (İsgəndərova) Laləxan Hümmət qızı, Ərizəçi3 və Daşdəmirova (Xurşidova) Sevda Hümmətovnanın iştirakı ilə Ərizəçilər Ərizəçi1 XXX, Daşdəmirova (İsgəndərova) Laləxan Hümmət qızı, Ərizəçi3 və Daşdəmirova (Xurşidova) X12 rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 14 aprel 2023cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 XXX, Daşdəmirova (İsgəndərova) Laləxan Hümmət qızı, Ərizəçi3 və Daşdəmirova (Xurşidova) Sevda Hümmətovna ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 XXX, X3, Laləxan Hümmət qızı, Ərizəçi3 və Daşdəmirova (nikahdan sonra Xurşidova) Sevda Hümmətovnaya məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmin vaxt “Hümmət” olmasına baxmayaraq səhvən “Hümbət”, şəxsiyyətini təsdiq edən sənədlərdə ata qrafasının boş olmasına baxmayaraq ata adının Cəmaləddin, mülkiyyətçi X1 adı həmin vaxt “Xeyrənsə” olmasına baxmayaraq səhvən “Xeyransa”, ata adı həmin vaxt “Haxverdi” olmasına baxmayaraq səhvən “Haqverdi”, mülkiyyətçi X4 adı həmin vaxt “Laləxan” olmasına baxmayaraq səhvən “Lalə”, ata adı həmin vaxt “Hümmət” olmasına baxmayaraq səhvən “Hümbət”, mülkiyyətçi Ərizəçi3 adı həmin vaxt “Eliyar” olmasına baxmayaraq səhvən “Elyar”, ata adı həmin vaxt “Hümmət” olmasına baxmayaraq səhvən “Hümbət”, mülkiyyətçi X8 ata adı həmin vaxt “Hümmətovna” olmasına baxmayaraq səhvən “Hümbət” kimi yazılmışdır. Mülkiyyətçi X9 26 yanvar 2018-ci il tarixdə ailə quraraq ərinin soyadına uyğun İsgəndərova, mülkiyyətçi X17 24 dekabr 2017-ci il tarixdə ailə quraraq ərinin soyadına uyğun Xurşidova soyadını qəbul etmişlər. Hər iki mülkiyyətçinin qızlıq soyadları Daşdəmirova olmuşdur. Digər mülkiyyətçi X3 06 oktyabr 2008-ci ildə vəfat etmişdir. Dövlət aktında onun və digər mülkiyyətçilərin ad və ata adlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında onun və digər ailə üzvlərinin ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki ad və ata adları ilə Dövlət aktındakı ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Daşdəmirova (İsgəndərova) Laləxan Hümmət qızı, Ərizəçi3 və Daşdəmirova (Xurşidova) Sevda Hümmətovna digər Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 aprel 1957-ci il tarixli doğum haqqında şəhadətnamənin və İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxx 1957-ci il tarixdə Qırğızıstan Respublikası Aravan rayonunda anadan olmuş, İsmayıllı rayonun Kəlbənd kəndində yaşayan şəxs Ərizəçi1dir. İş materiallarında olan 09 noyabr 1982-ci il tarixli Vİ-ГС 448809 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X10 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 26 yanvar 2018-ci il tarixli AZ-İİ 248508 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 arasında 26 yanvar 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1982-ci il tarixdə doğulmuş şəxs Ərizəçi2dır. İş materiallarında olan 01 sentyabr 1985-ci il tarixli Vİİ-ГС 429388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X21 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1985-ci il tarixdə doğulmuş şəxs Ərizəçi3dur. İş materiallarında olan 11 aprel 1987-ci il tarixli Vİİ-ГС 485686 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X17 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 24 dekabr 2017-ci il tarixli AZ-İİ 243040 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X17 arasında 24 dekabr 2017-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Xurşidov, arvada Xurşidova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1987-ci il tarixdə doğulmuş şəxs Ərizəçi4dır. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli AZ-İİ seriyalı 284772 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X3 06 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 10 may 2000-ci il tarixli JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X6, X5, X19, X20 və X2 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli 3-21-3-42/2-D-0001-8/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-0063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Kəlbənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli 33 nömrəli arayışdan görünür ki, JN-0063 KOD 40714018 nömrəli dövlət aktında vətəndaşların soyad, ad və ata adları texniki səhv olaraq X6, X5, X19, X20 və X2 qeyd olmuşdur. Əslində isə Ərizəçi1 XXX, X3, İsgəndərova (Daşdəmirova) Laləxan Hümmət qızı, Ərizəçi3 və Xurşidova (Daşdəmirova) Sevda Hümmətovna qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X28 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X11 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında iştirak edən ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999cu il tarixli 84 saylı qərarına uyğun olaraq Ərizəçi1 XXX, X3, X9, Ərizəçi3 və X8 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 10 may 2000-ci il tarixli JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi1 adı Hümbət, ata adı Cəmaləddin, mülkiyyətçi X1 adı Xeyransa, ata adı Haqverdi, mülkiyyətçi X4 adı Lalə, ata adı Hümbət, mülkiyyətçi Ərizəçi3 adı Elyar, ata adı Hümbət, mülkiyyətçi X8 ata adı Hümbət kimi yazılmışdır. Mülkiyyətçi X17 24 dekabr 2017-ci il tarixdə ailə quraraq ərinin soyadına uyğun Xurşidova, mülkiyyətçi X9 26 yanvar 2018-ci ildə ailə quraraq ərinin soyadına uyğun İsgəndərova soyadını qəbul etmişlər. Digər mülkiyyətçi X3 06 oktyabr 2008-ci ildə vəfat etmişdir. Dövlət aktında ad və ata adlarında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 10 may 2000-ci il tarixli JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adının Hümbət, ata adının Cəmaləddin, mülkiyyətçi X1 adının Xeyransa, ata adının Haqverdi, mülkiyyətçi X4 adının Lalə, ata adının Hümbət, mülkiyyətçi Ərizəçi3 adının Elyar, ata adının Hümbət, mülkiyyətçi X8 ata adının Hümbət kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 XXX (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X3 (01 noyabr 2022-ci il tarixli AZ-İİ seriyalı 284772 nömrəli ölüm haqqında şəhadətnamə), Daşdəmirova (nikahdan sonra İsgəndərova) Laləxan Hümmət qızı (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) və Daşdəmirova (nikahdan sonra Xurşidova) Sevda Hümmətovnaya (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən İsmayıllı rayonun Kəlbənd kəndində yerləşən 8,43 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Ərizəçi1 XXX, X3, X9, Ərizəçi3 və X8 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 10 may 2000-ci il tarixli JN-0063 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adının Hümbət, ata adının Cəmaləddin, mülkiyyətçi X1 adının Xeyransa, ata adının Haqverdi, mülkiyyətçi X4 adının Lalə, ata adının Hümbət, mülkiyyətçi Ərizəçi3 adının Elyar, ata adının Hümbət, mülkiyyətçi X8 ata adının Hümbət kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 XXX (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2010cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X3 (01 noyabr 2022-ci il tarixli AZ-İİ seriyalı 284772 nömrəli ölüm haqqında şəhadətnamə), Daşdəmirova (nikahdan sonra İsgəndərova) Laləxan Hümmət qızı (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) və Daşdəmirova (nikahdan sonra Xurşidova) Sevda Hümmətovnaya (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-416/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-416/2023
14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver