Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-417/2021 21.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X5, Namazova (nikahdan sonra Nəbiyeva) Gülbahar Sədri qızı, Namazova (nikahdan sonra Qədirova) Validə Sədri qızı, Musayeva (nikahdan sonra Namazova) Sevinc Şakir qızı, Namazova (nikahdan sonra İsrailova) Xədicə İslam qızına və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN- 0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı Hafiz əvəzinə Afiz kimi qeyd olunmuşdur. Mülkiyyətçi Gülbahar Namazova 22 avqust 1998-ci il tarixdə Teymur Nəbiyev adlı şəxslə ailə quraraq ərinin soyadına uyğun Nəbiyeva, mülkiyyətçi Namazova Validə 22 noyabr 2002-ci il tarixdə Nəbi Qədirov adlı şəxslə ailə quraraq ərinin soyadına uyğun Qədirova, mülkiyyətçi Sevinc Musayeva 25 avqust 1994-cü il tarixdə onunla ailə quraraq Namazova və mülkiyyətçi Xədicə Namazova 07 yanvar 2014-cü il tarixdə Rövşən İsrailov adlı şəxslə ailə quraraq İsrailova soyadını qəbul etmişlər. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adında uyğunsuzluq olduğundan torpaq sahəsi barədə sahiblik hüquqlarından istifadə edə bilmir. Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Göstərilən dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə oğlunun adı Hafis əvəzinə Afiz kimi yazılmışdır. Onların ailəsində Afiz adlı şəxs olmamışdır. Göstərilən “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X2 X1 ilə eyni məzmunlu ifadə verərək JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 03 may 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 04702584 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 27 oktyabr 2005-ci il tarixdə mülkiyyətçiyə X5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0673721 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X6 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13884907 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 27 sentyabr 2013-cü il tarixdə mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 07088689 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 31 mart 2009-cu il tarixdə mülkiyyətçiyə X10 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14646118 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 16 fevral 2015-ci il tarixdə mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli çıxarışdan görünür ki, X7 22 avqust 1998-ci il tarixdə İsmayıllı rayon Qalacıq kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X3 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Nəbiyeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Namazova olmuşdur. İİ-AZ 023041 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 noyabr 2002-ci il tarixdə Gəraybəyli İƏBN-də rəsmi nikah qeyd etdirməklə X12 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Qədirova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Namazova olmuşdur. Vİ-ЖГ 411079 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 avqust 1994-cü il tarixdə İsmayıllı rayon Qalacıq bölgüsü üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X17 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Namazova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Musayeva olmuşdur. AZ-İ 916957 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 07 yanvar 2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X15 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq İsrailova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Namazova olmuşdur. 22 mart 1998-ci il tarixli JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X5, X7, Ərizəçi, X11, X13 və X4 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi adı Afiz kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli **********64 nömrəli məktubdan görünür ki, JN- 0058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət olunmuş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı RİHB-nın Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli 42 nömrəli arayışdan görünür ki, JN- 0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi adı texniki səhv olaraq Afiz kimi qeyd olunmuşdur. Şəxsin bütöv adı Ərizəçidur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X5, X7, Ərizəçi, X11, X13 və X4 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin adı Afiz kimi qeyd olunmuşdur. Mülkiyyətçi X7 22 avqust 1998-ci il tarixdə İsmayıllı rayon Qalacıq kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X3 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Nəbiyeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Namazova olmuşdur. Mülkiyyətçi X11 22 noyabr 2002-ci il tarixdə Gəraybəyli İƏBN-də rəsmi nikah qeyd etdirməklə X12 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Qədirova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Namazova olmuşdur. Mülkiyyətçi X13 25 avqust 1994-cü il tarixdə İsmayıllı rayon Qalacıq bölgüsü üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X17 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Namazova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Musayeva olmuşdur. Mülkiyyətçi X14 07 yanvar 2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X15 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq İsrailova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Namazova olmuşdur. Dövlət aktında ərizəçinin adı düzgün qeyd olunmadığından torpaq sahəsinə dair sahiblik hüququndan istifadə edə bilmir. Göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət olunmuş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 22 mart 1998-ci il tarixli JN-0058 Kod 40716058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X5, Namazova (nikahdan sonra Nəbiyeva) Gülbahar Sədri qızı, Ərizəçi, Namazova (nikahdan sonra Qədirova) Validə Sədri qızı, Musayeva (nikahdan sonra Namazova) Sevinc Şakir qızı və Namazova (nikahdan sonra İsrailova) Xədicə İslam qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-417/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-417/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver